Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müə

Malaya Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Malaya Universiteti

Malaya Universiteti — Malayziyanın Kuala–Lumpur şəhərində ictimai tədqiqat universiteti. Universitet Malayziyanın ən qədim və ən yüksək səviyyəli ali təhsil müəssisəsidir və yeni müstəqillik qazanmış Malayada yeganə universitet idi. Universitet Malayziyanın 5 Baş nazirini və ölkənin digər görkəmli siyasi, biznes və mədəniyyət xadimlərini yetişdirmişdir.

Malaya Universiteti
Əsası qoyulub 1934
Ölkə
  •  Malayziya
Sayt um.edu.my
3°07′15″ şm. e. 101°39′23″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Malaya Universiteti
Tan Tek Guan binası
Malaya Universitetinin kampusunun mərkəzindən yaxınlıqdakı bir neçə ofis binasının görünüşü
Universitetin kitabxanası

1949-cu ilin oktyabrında Kral VII Edvard Tibb Kolleci ilə Raffles Kollecinin birləşməsi universitet yaratdı. İlk onillikdə sürətli böyümə universitetin 15 yanvar 1959-cu ildə biri Sinqapurda, digəri isə Kuala-Lumpurda yerləşən 2 müstəqil bölmədə təşkil edilməsinə səbəb oldu. 1960-cı ildə Malaya və Sinqapur hökumətləri universiteti 2 ayrı Milli Universitetlərə böldü. Bir filial Sinqapurda yerləşirdi və Sinqapur Malayziyadan müstəqillik qazandıqdan sonra Sinqapur Universitetinə çevrildi (1980-ci ildə Sinqapur Milli Universiteti ilə birləşdi), digər filial isə Malaya Universiteti adını saxlayaraq Kuala–Lumpurda yerləşirdi.

Qanun 1961-ci ildə qəbul edildi və Malaya Universiteti 1962-ci il yanvarın 1-də təsis edildi.

2012-ci ildə Universitetə Ali Təhsil Nazirliyi tərəfindən muxtariyyət verilmişdir.

Akademik strukturu

Fakültələri

  1. Humanitar və sosial elmlər
  2. İqtisadiyyat
  3. Pedaqogika
  4. Mühəndislik
  5. Hüquq
  6. Tibb
  7. Stomatologiya
  8. Kompüter elmləri informasiya elmləri
  9. Biznes və mühasibatlıq
  10. Təbiət elmləri
  11. Dillər və dilçilik
  12. Memarlıq

Akademiyaları

  1. İslamşünaslıq
  2. Malayziyaşünaslıq

Mərkəzləri

  1. Sivilizasiyaların dialoqu
  2. Mədəniyyət
  3. Bədən tərbiyəsi və idman
  4. Elm
  5. Ailə münasibətləri
  6. Davamlı təhsil

İnstitutları

  1. Tədqiqat və İdarəetmə
  2. Aspirantura
  3. Asiya və Avropa
  4. Beynəlxalq Dövlət siyasəti və İdarəetmə
  5. Çin tədqiqatları
  6. Elm

Kitabxanaları

Universitetin kitabxanasında 2 mln. çox kitab və Elektron Resurs yerləşir.

  • Mərkəzi kitabxana
  • Əsas kitabxana
  • Filial kitabxanaları
  • T.J. Danaraj Tibb kitabxanası
  • Əhməd İbrahim Hüquq kitabxanası
  • Za'ba Memorial kitabxanası
  • Xüsusi kitabxana
  • Şərqi Asiya Tədqiqatları kitabxanası
  • Təhsil kitabxanası
  • Mühəndislik fakültəsinin kitabxanası
  • Hindistan tədqiqatları Kitabxanası
  • İslam Araşdırmaları İnsitutunun kitabxanası
  • Dillər və Dilçilik kitabxanası
  • Malayşünaslıq kitabxanası

Muzey və Qalereyaları

Malaya İncəsənət Qalereyası
  • Asiya İncəsənət Muzeyi
  • Zoologiya Muzeyi və Biologiya Elmləri İnstitutu
  • Geologiya Muzeyi
  • Malay Araşdırmalar Muzeyi və Malay Tədqiqatları Akademiyası
  • Malaya İncəsənət Qalereyası

Malaya Universitetinin ərazisində 15 yataqxanası, həmçinin Asiya İncəsənət Muzeyi, Rəsm qalereyası, Tibb Mərkəzi, Nəbatat bağı (Rimba İlmu), teatrı var.

Reytinqı

Malayziyanın 1 nömrəli universiteti və Cənub-Şərqi Asiyanın ən yaxşı 3 universitetindən biri hesab olunur. Həmçinin QS, Dünya universitetlərinin akademik reytinqi, U.S. News & World Report kimi ABŞ-ın nüfuzlu nəşriyyatlarına görə dünyanın ən yaxşı 300 universiteti arasında yer alır.

Hal-hazırda MU QS World University Rankingsın reytinqində dünyada 65-ci, Times Higher Education World University Rankinga görə ən yaxşı 300 universitet arasında yer alır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, malaya universiteti sözünün mənası, malaya universiteti haqqında məlumat. malaya universiteti nədir? malaya universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sparqapis

  • Fevral 27, 2026

    Birlik Kuboku

  • Mart 06, 2026

    Hücum kənarı

  • Fevral 27, 2026

    Qulyelmo Markoni

  • Fevral 27, 2026

    Muğan şahlığı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst