Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qreqorio Fuentes( isp. Gregorio Fuentes; 11 iyul 1897, Lansarote, Kanar adaları – 13 yanvar 2002) — Ernest Heminqueyin "Qoca və dəniz" povestinin qəhrəmanı Sant

Qreqorio Fuentes

  • Ana Səhifə
  • Vikipediya
  • Qreqorio Fuentes

Qreqorio Fuentes( isp. Gregorio Fuentes; 11 iyul 1897, Lansarote, Kanar adaları – 13 yanvar 2002) — Ernest Heminqueyin "Qoca və dəniz" povestinin qəhrəmanı Santiyaqonun mümkün prototipi kimi tanınan kubalı balıqçı və dənizçi.

Qreqorio Fuentes
Gregorio Fuentes

Fuentes 1993-cü ildə

Məşğuliyyəti: 

Balıqçı

Doğum tarixi:

11 iyul 1897

Doğum yeri:

Las-Palmas, İspaniya

Vətəndaşlığı:

Куба Kuba
Испания İspaniya

Vəfat etmə tarixi:

13 yanvar 2002-ci il (104 yaş)

Vəfat etmə yeri :

Koximar, Kuba

Həyatı

Fuentes Kanar adalarında balıqçı və fermerlərin ailəsində anadan olmuşdur. Onun 6 yaşı olarkən atası Kubaya üzən qayığın göyərtəsində vəfat edir. Qreqorio digər miqrantlarla birgə Kubaya qədər üzür və ömrünün sonunadək Havana yaxınlığında yerləşən Koximar adlı balıqçı qəsəbəsində yaşayır. 1928-ci ildə o, ilk dəfə Ernest Heminqueylə tanış olur, 1933-cü ildə isə yazıçıya məxsus "Pilar" adlı yaxtanın kapitanı olur. Onlar biryerdə balıq ovlamaq üçün dənizə çıxırdılar və bir gün 300 funtluq marlin balığı ovlayırlar. İkinci dünya müharibəsi başlayarkən yazıçı öz yaxtasını alman sualtı qayıqlarına qarşı istifadə etmək qərarına gəlir və yaxtaya pulemyot quraşdırır.

Müharibə illərində alman sualtı qayıqları bəzən Kuba ətrafında üzür və özlərinin qida və su ehtiyatlarını təmin etmək üçün balıqçı gəmilərinə yaxınlaşırdılar. Heminquey qayığa yaxınlaşıb ona mərmi atmağı və pulemyotdan güllələməyi planlaşdırırdı lakin bunu etmək ona nəsib olmadı. Buna baxmayaraq, onun heyəti bir neçə dəfə sualtı qayıqları müşahidə etmiş və bu barədə Pentaqona məlumat ötürmüşdü. Bu təhlükəli səyahətlərdə yazıçını Fuentes müşayiət edirdi.

"Qoca və dəniz" povesti 1952-ci ildə çap olunmuşdur və buna görə yazıçı ədəbiyyat üzrə Nobel mükafatı və Pulitser mükafatlarına layiq görülmüşdür. Yazıçı özü baş qəhrəmanın hansısa real bir şəxsin prototipi olduğunu təkzib etsə də yazıçının 20 illik dostu olan Fuentes Santiyaqo obrazının prototiplərindən biri hesab olunur. Balıqçı həmçinin 1958-ci ildə povestinin ekranlaşdırılması zamanı Santiyaqo rolunu oynayan aktyor Spenser Treysiyə öz məsləhətlərini vermişdir.

Heminqueyin intiharından sonra onun öz vəsiyyətinə əsasən qayıq Fuentesin şəxsi mülkü oldu lakin balıqçı onu dövlətə verməyi qərara aldı və daha sonra qayıq muzeydə nümayiş olunmağa başladı.

20-ci əsrin sonlarından etibarən artıq yaşlanmış Fuentes Kubada məşhurlaşmağa başladı, əcnəbi jurnalistlər onun görüşür və ondan yazıçı dostu barəsində xatirələrini dinləyirdilər. Onunla 15 dəqiiqəlik müsahibənin qiyməti 50 dollar idi. 2001-ci ildə Fuentes ispan vətəndaşlığı əldə etdi. O, öz həyat yoldaşı Dolores Perezlə 70 il birgə yaşadı və onların 4 qızı var idi. Qreqorio 2002-ci ildə 104 yaşında xərçəngdən vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qreqorio Fuentes haqqında məlumat. Qreqorio Fuentes nədir? Qreqorio Fuentes nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Qapıçı (futbol)

  • Fevral 23, 2026

    Azərbaycan sufizmi

  • Fevral 20, 2026

    Kiril qrafikası

  • Fevral 23, 2026

    Nitra

  • Fevral 23, 2026

    Linqvistika

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst