Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir.

Məxmərək

  • Ana Səhifə
  • Vikipediya
  • Məxmərək

Məxmərək və ya rubella qızılca xəstəliyini törədən infeksiyadır. Virus RNA qrupundan olan "Togavirus" ailəsinə aiddir.

Məxmərək
XBT-10-KM B06.9, B06
XBT-9-KM 056
DiseasesDB 11719
MedlinePlus 001574
MeSH D012409
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xəstəlik dövrü

Məxmərək səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2–3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.

Müalicəsi

Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür. Ümumi sağalma 14–21 gün çəkir. Məxmərək xəstəliyindən sonra insan orqanizmində heç bir fəsad qalmır. Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur. Müvafiq tələbat yarandığı halda həkim tərəfindən vitaminlər, zökəm və öskürəyə qarşı dərmanlar təyin edilə bilər.

Yoluxma

Məxmərək virusu xəstə adamın burun və boğazında yerləşir.

Sağlam insanın yoluxması:

  • xəstə insanın burun və ya boğazından gələn seliklə birbaşa əlaqədə olmaq
  • xəstə insanın asqırması və öskürməsi zamanı havaya səpilən viruslardan yoluxma.

Məxmərək infeksiyası hamiləlik zamanı yoluxan qadında ciddi fəsadlar yarada, hətta hamiləliyin pozulmasına gətirib çıxara bilər. Amerika Birləşmiş Ştatlarında 1964–1965 ci illərdə məxmərək xəstəliyinin geniş yayıldığı bir dövrdə 20.000-dən artıq uşaqda potoloji fəsadlara və 10.000-dən artıq uşaq düşüklərinə rast gəlinmişdir.

Yekun

Keçirilmiş məxmərək xəstəliyindən sonra davamlı, ömürlük immunitet yaranır. Xəstəlikdən qorunmağın ən yaxşı yolu peyvənd edilməsindən ibarətdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məxmərək haqqında məlumat. Məxmərək nədir? Məxmərək nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Siyasi partiya

  • Fevral 27, 2026

    Bölük

  • Fevral 27, 2026

    Vasili Radlov

  • Fevral 27, 2026

    Ozon təbəqəsi

  • Fevral 27, 2026

    İapet

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst