Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məryəm Mirzəxani (fars. مریم میرزاخانی‎; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatını

Məryəm Mirzəxani

  • Ana Səhifə
  • Vikipediya
  • Məryəm Mirzəxani

Məryəm Mirzəxani (fars. مریم میرزاخانی‎; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013) və Filds medalı laureatı (2014). Filds Medalı almış ilk qadın.

Məryəm Mirzəxani
fars. مریم میرزاخانی‎‎
Doğum tarixi 12 may 1977(1977-05-12)
Doğum yeri
  • Tehran, İran[…]
Vəfat tarixi 14 iyul 2017(2017-07-14)[…] (40 yaşında)
Vəfat yeri
  • Stenford, Kaliforniya, ABŞ
Vəfat səbəbi süd vəzi xərçəngi
Uşağı 1
Elm sahələri Lobaçevski həndəsəsi
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Prinston Universiteti,
  • Stenford Universiteti (2008)
Təhsili
  • Harvard Universiteti (–2004),
  • Şərif Texnik Universiteti (–1999)
Üzvlüyü
  • Fransa Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (2015),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (2016)
mmirzakhani.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən Həyatı və Təhsili

Məryəm 1977-ci ildə 3 may tarixində Tehranda anadan olmuşdur. Atası Əhməd elektrik mühəndisi idi. O Nadir İstedadlıların İnkişafı üçün Milli Təşkilatın tərkibində olan Fərzanegan Məktəbində oxuyub. 1994-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk iranlı qadın tələbə oldu.

1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasıda yüksək xal toplamışdır.

O riyaziyyat üzrə bakalavr dərəcəsini Şərif Texnologiya Universitetində 1999-cu ildə almışdır. Daha sonra diplom işi üçün ABŞ-yə gedən Məryəm fəlsəfə doktoru elmi dərəcəsini 2004-cü ildə Harvard Universitetində Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə almışdır.

Karyerası

Məryəm 2004-cü ildə Clay Riyaziyyat Universitetində tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən Stanford Universitetində professor kimi fəaliyyət göstərməyə başlamışdır.

Şəxsi həyatı

2005-ci ildə Mirzəxani çexiyalı nəzəri kompüter alimi və tətbiqi riyaziyyatçı və hazırda Stanford Universitetində professor olan Jan Vodrakla ailə həyatı qurmuşdur. Anahita adında bir qız övladları var.

Ölümü

Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. 2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmışdır. 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada vəfat etmişdir.

İran prezidenti Həsən Ruhani və digər rəsmilər Məryəmin vəfatından sonra başsağlığı və Məryəmin elmi naliyyətlərini təqdir edən ismarıclar yayımlamışlar. Şərif Universiteti Mirzəxaninin təhsil aldığı riyaziyyat fakültəsinin Mirzəxani adlandırılacağını bəyan etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məryəm Mirzəxani haqqında məlumat. Məryəm Mirzəxani nədir? Məryəm Mirzəxani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Goldman Sachs

  • Fevral 28, 2026

    Bakıxanov (Sabunçu)

  • Mart 01, 2026

    Brandeys Universiteti

  • Fevral 23, 2026

    Nikel

  • Fevral 27, 2026

    Nandukimilər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst