Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədqala (rus. Мамедкала – Mamedkala) — Dağıstan respublikasının Dərbənd rayonunda şəhər tipli qəsəbədir. Qəsəbə Dərvaqçayın sahilində, Şimali Qafqaz dəmir yo

Məmmədqala

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədqala

Məmmədqala (rus. Мамедкала – Mamedkala) — Dağıstan respublikasının Dərbənd rayonunda şəhər tipli qəsəbədir. Qəsəbə Dərvaqçayın sahilində, Şimali Qafqaz dəmir yolunun eyni adlı stansiyasının yaxınlığında yerləşir.

Qəsəbə
Məmmədqala
rus. Мамедкала
42°10′10″ şm. e. 48°07′46″ ş. u.HGYO
Ölkə  Rusiya
Respublika Dağıstan
Rayon Dərbənd
Daxili bölgüsü Duzlaq, Əliyev Adına, Mixaylovka, Tumayevka, Zareçnoye
Tarixi və coğrafiyası
Əvvəlki adı Xanməhəmmədqala
Yaşayış məntəqəsi statuslu 1965
Sahəsi 4.20 km²
Mərkəzin hündürlüyü 14 m
Saat qurşağı UTC+03:00
Əhalisi
Əhalisi 11 029 nəfər (2010)
Sıxlığı 2 625.95 nəf./km²
Milli tərkibi Dargilər, Azərbaycanlılar, Tabasaranlılar
Dini tərkibi İslam
Rəsmi dili Rus dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368621
Digər
admmamedkala.ru  (rus.)
Məmmədqala xəritədə
Məmmədqala
Məmmədqala
Məmmədqala xəritədə
Məmmədqala
Məmmədqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Tərəkəmə mahalında yerləşən qəsəbənin bünövrəsi XVIII əsrdə Qubalı Fətəli xan tərəfindən salınmışdı. Qaytaq üsmisi Əmir Həmzə ilə mübarizə aparan Fətəli xan üsminin qardaşı oğlu Xan Məhəmmədi öz tərəfdaşına çevirib, 1775-1778 illərdə onu üsmiyə qarşı çıxartmaq niyyəti ilə yüz kəndli ailəsi ilə birlikdə Dərbənddən 100 fərsah kənara köçürmüşdü. Burada salınan qala Xanməhəmmədqala adı ilə tanındı. Üsmiliyin ərazisində yerləşən bu qala Əmir Həmzənin vəfatına kimi üsmiliyə tabe olmamışdı. XIX əsrin əvvəlində bu yer artıq Xanməmmədqala və ya sadəcə Məmmədqala kimi qeydə alınırdı.

Sovet dövründə qəsəbə Məmmədqala dəmiryol stansiyası, Məmmədqala, Mixaylovka, Tumayevka, Duzlaq kəndləri və Ş. Əliyev adına sovxoz yaşayış məntəqələrinin birləşdirilməsi yoluyla ilə yaradılmışdır.

Coğrafiya

Məmmədqala qəsəbəsi Dərbənd şəhərindən 22 km şimal-qərb, Mahaçqala şəhərindən 112 km cənub-şərq istiqamətində yerləşir.

Əhali

Məmmədqala yaşayış məntəqəsində əhalinin etnik tərkibi
Etnik
qrup
1886-cı il 1970-ci il 1979-cu il 1989-cu il 2002-ci il 2010-cu il
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
dargi ... ... 1 847 36.17% 2 214 38.09% 2 461 41.09% 2 794 33.37% 4 001 36.28%
azərbaycanlı 160 100% 408 7.99% 511 8.79% 613 10.23% 2 059 24.59% 3 548 32.17%
tabasaranlı ... ... 921 18.03% 1 155 19.87% 1 339 22.35% 1 850 22.09% 1 966 17.83%
ləzgi ... ... 885 17.33% 962 16.55% 621 10.37% 442 5.28% 492 4.46%
ağul ... ... ... ... 112 1.93% 225 3.76% 592 7.07% 403 3.65%
qumuq ... ... 295 5.78% 298 5.13% 271 4.52% 257 3.07% 273 2.48%
rus ... ... 441 8.64% 265 4.56% 198 3.31% 134 1.60% 145 1.31%
lak ... ... 191 3.74% 180 3.10% 168 2.80% 173 2.07% 113 1.02%
avar ... ... 10 0.20% 13 0.22% 34 0.57% 29 0.35% ... ...
noqay ... ... ... ... ... ... 4 0.07% 1 0.01% ... ...
rutul ... ... 1 0.02% 2 0.03% 1 0.02% 1 0.01% ... ...
digər ... ... 108 2.11% 101 1.74% 55 0.92% 42 0.50% 88 0.80%
cəmi 160 100% 5 107 100% 5 813 100% 5 990 100% 8 374 100% 11 029 100%

Tanınmış şəxsləri

  • dənizçi Bağır Mansuroviç Mansurov — 2025-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin fərmanı ilə "Cəsarət" ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmmədqala sözünün mənası, məmmədqala haqqında məlumat. məmmədqala nədir? məmmədqala nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çaykənd (Qaraqoyunlu)

  • Fevral 27, 2026

    Karlo Ançelotti

  • Mart 01, 2026

    Simurq PİK

  • Mart 01, 2026

    Layoş Koşut

  • Mart 01, 2026

    Jan Piaje

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst