Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin

Ləzgi dili

  • Ana Səhifə
  • Vikipediya
  • Ləzgi dili

Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir.

Ləzgi dili
Orijinal adı Лезги чІал
Ölkələr Rusiya, Azərbaycan
Region Dağıstan
Rəsmi status Dağıstan
Danışanların ümumi sayı təxm. 0.5 milyon.
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri
Ləzgi dilləri
Samur[d]
ləzgi dili
Yazı kiril əlifbası (ləzgi yazısı)
Dil kodları
QOST 7.75–97 лез 390
ISO 639-1 —
ISO 639-2 lez
ISO 639-3 lez
Dilin strukturlarının dünya atlası lez
Atlas of the World’s Languages in Danger 1072
Ethnologue lez
IETF lez
Glottolog lezg1247
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.

Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır:

  1. Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri
  2. Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri
  3. Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri

Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.

Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)
2000 2005 2010 2015 2020
98,72 % 87,26 % 48,25 % 39,22 % 28,79 %

Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.

Mündəricat

Təsnifat

Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.

Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur.

Ləzgi dili, digər Qafqaz dilləri kimi aqqlütinativ dildir yəni, flektiv Hind-Avropa və sami dillərindən fərqli olaraq Ləzgi dilində bütün söz kökləri öz mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Ləzgi dilinin təkcə son şəkilçilərin köməyi ilə ifadə olunma gücü, aşağıdakı nümunə ilə göstərilə bilər:

Ləzgi dili Hind-Avropa dilləri
İnglis dili Alman dili Rus dili
xür village Dorf деревня
xüreh in the village in dem Dorf в деревне
xürewaybur those who live in the village die, die in dem Dorf leben те, кто живут в деревне
xürewaybrukay one of those who live in the village eine(r) von denen, die in dem Dorf leben одни из тех, кто живет в деревне
xürewaybrukaya? Are you one of those who are living in the village? Sind Sie eine(r) von denen, die in dem Dorf leben? Являетесь ли вы одними из тех, кто живет в этой деревне?

Ləzgi dili digər dillərindən fərqli olaraq qarışıq və mürəkkəb dil qaydaları az olan, nizamlı və bütöv bir dildir.

Coğrafi yayılma

Azərbaycan

Son 10 ildə (2009-2019) Azərbaycanda Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.

Ana dili və sərbəst danışdığı dil (2009)
Etnik qrup Sayı Ləzgi dili

ana dili saymayan

Ləzgi dili

sərbəst danışan

Azərbaycan dili

sərbəst danışan

Rus dili

sərbəst danışan

ləzgi 180 300 9.10% 91.70% 96.30% 23.70%
Ana dili və sərbəst danışdığı dil (2019)
Etnik qrup Sayı Ləzgi dili

ana dili saymayan

Ləzgi dili

sərbəst danışan

Azərbaycan dili

sərbəst danışan

Rus dili

sərbəst danışan

ləzgi 167 600 24.90% 85.20% 96.10% 38.90%

Dağıstan

Son 10 ildə (2010-2021) Dağıstanda Ləzgilərin umumi Ləzgicə bilənlərin sayı 357 185 nəfərdən 101 402 yani 28,39% azalaraq 255 783 nəfər olmuşdur. Əsas səbəb Ləzgicə bilən yaşlı nəsli Ləzgicə bilməyən yeni nəsilin əvəz etməsidir.

Dağıstan Respublikası üzrə:
Ana dil 2010 2021
Ləzgi dili 357 185 12,27 % 255 783 8,04 %
Rus dili 2 633 950 86,92 % 2 765 902 90,51 %

Yazı sistemləri

Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri kiril qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər.

А а Б б В в Г г Гъ гъ Гь гь Д д Е е
Ё ё Ж ж З з И и Й й К к Къ къ Кь кь
КI кI Л л М м Н н О о П п ПI пI Р р
С с Т т ТI тI У у Уь уь Ф ф Х х Хъ хъ
Хь хь Ц ц ЦI цI Ч ч ЧI чI Ш ш Щ щ Ъ ъ
Ы ы Ь ь Э э Ю ю Я я

Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.

Həmçinin bax

  1. Le. d.a.d.s. — Ləzgi dilini ana dili sayanlar.
  2. Le.d.s.d. — Ləzgi dilində sərbəst danışanlar.
  3. Az.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.
  4. Ru.d.s.d. — Rus dilində sərbəst danışanlar.
Sitat səhvi: " q " adlı qrup üçün teqləri mövcuddur, lakin müvafiq teq tapılmadı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ləzgi dili haqqında məlumat. Ləzgi dili nədir? Ləzgi dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Səfəvilər sülaləsi

  • Fevral 23, 2026

    Qərb yarımkürəsi

  • Fevral 23, 2026

    2 may

  • Fevral 21, 2026

    Günəş enerjisi

  • Fevral 23, 2026

    Brüssel

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst