Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonunun mərkəzidir.

Lökbatan

  • Ana Səhifə
  • Vikipediya
  • Lökbatan

Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonunun mərkəzidir.

Lökbatan
40°19′38″ şm. e. 49°43′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Bakı rayonları
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 4 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 41365 (2022) nəfər
Xəritəni göstər/gizlə
Lökbatan xəritədə
Lökbatan
Lökbatan
Lökbatan xəritədə
Lökbatan
Lökbatan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb.

Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar.

Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur. Son dəfə vulkan oyanması 2022-ci ildə qeydə alınıb.

Tarixən qəsəbənin adındakı defis çıxarılaraq Lökbatan kimi yazılmaqdadır.

1992–1993-cü illərdə Ermənistan tərəfdən işğal edilmiş ərazilərdən olan xeyli sayda məcburi köçkünlər bu qəsəbədə məskunlaşmışlar.[mənbə göstərilməlidir]

Mədəniyyəti

Yaxın illərdə qəsəbədəki Heydər Əliyev parkı təmir olunmuş, Heydər Əliyev muzeyi fəaliyyətə başlamışdır. Burada 5 məktəb var (288, 233,166, 139 və 106 saylı məktəblər).

2009-cu ildə Sədərək və Binə ticarət mərkəzləri, daha sonra isə Karvan ticarət mərkəzi burada fəaliyyətə başlamışdır.

2 məscid (Qəsəbə məscidi və Sədərək məscidi), 1 qəbristanlıq və 1 Şəhidlər Xiyabanı vardır. Qəbristanlıqda 1950-ci il və daha əvvəldən qalma qəbirlərə rast gəlinir. Bəzi qəbirlərin yalnız mamırla örtülmüş baş daşları görünür.

Coğrafiyası və iqlimi

Abşeron yarımadasının cənub qərbində yerləşir. Torpağı gillidir və dəniz sahilində olduğundan ərazisində bir neçə çimərlik var.

Yaşayış sahələri

Mərkəzi küçəsi "28 May" küçəsidir. 2-ci ən böyük küçə "20 Yanvar" küçəsidir.

2010-cu ilin əvvəllərindən qəsəbədə yenidən bərpa olunmuş 1941–1945-ci il müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinə olan abidə abadlaşdırılmışdır. Bu illərdə Qarabağ döyüşlərində şəhid olmuş qəsəbə sakinlərinin adları və Milli Qəhrəmanlarının adları qeyd olunmuşdur.

  • Sənaye müəssisələri – 6
  • Təhsil ocaqları – 8 (Məktəblər — 5, lisey və peşə məktəbləri − 2, musiqi məktəbi — 1, uşaq yaradıcılıq mərkəzi — 1)
  • Səhiyyə ocaqları − 6 (Xəstəxana — 2, doğum evi — 1, poliklinika — 1, uşaq sanatoriyası — 1, təcili tibbi yardım stansiyası — 1)
  • Uşaq bağçaları — 7
  • Mədəniyyət evi − 1
  • Kitabxana — 1
  • Məscid — 2
  • Tarixi abidələr — 1 (Qurd qapısı-Qasımbəy Çapdıran) Əlvan metallar Zavodunun arxası

Təzə Evlər

Bakı şəhərinin Lökbatan qəsəbəsinin bir hissəsinə sakinlər tərəfindən verilən addır. Lökbatan qəsəbəsi Bakı şəhərinin ən böyük rayonu olan Qaradağın mərkəzidir. Təzə evlər qəsəbənin 1980-ci illərdən sonra salınmış hissəsidir. Əsasən 5 mərtəbəli evlərdən və üç 9 mərtəbəli binadan ibarətdir. Son illərdə daha yaxşı abadlaşdırılıb. Qəsəbənin girişində Qaradağ şadlıq sarayının qarşısından sağa dönən yoldan etibarən Təzə evlər başlayır. Digər məhəllələrdən fərqli olaraq rusdilli əhali daha az, məcburi köçkünlər və qəsəbənin yeni sakinləri daha çoxdur. Şəhər tipli yaşayış sahəsidir. 288 saylı orta məktəb, yeni tikilən xəstəxana burada yerləşir. Lökbatana ən yaxın qəsəbələr Puta və Qobu qəsəbələridir.

Əhalisi

40 mindən çox əhalisi olan bu qəsəbədə əsas peşə neftçilik olsa da sahibkarların və iş adamlarının yaşadığı bir qəsəbəyə çevrilməkdədir.

Şəxslər

  • Ataməli Musaoğlu — Vətən müharibəsi şəhidi
  • Pərviz Məmmədov — Vətən müharibəsi şəhidi
  • Firəngiz Rəhimbəyova — Aktrisa, müğənni

Həmçinin bax

  • Lökbatan (film, 1933)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lökbatan haqqında məlumat. Lökbatan nədir? Lökbatan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Xoşxəbər (İğdır)

  • Fevral 27, 2026

    Usuliddin

  • Fevral 27, 2026

    III Kazimir

  • Fevral 27, 2026

    Böyükağa Talıblı

  • Fevral 27, 2026

    Coldplay

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst