Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xocəsən — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qa

Xocəsən

  • Ana Səhifə
  • Vikipediya
  • Xocəsən

Xocəsən — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən şəhər tipli qəsəbəsi Biləcəri qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu şəhər tipli qəsəbə mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.

Xocəsən
40°24′47″ şm. e. 49°46′20″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 30 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Xocəsən xəritədə
Xocəsən
Xocəsən

Mündəricat

Tarixi

Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilmişdir. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir.

Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılmışdı. Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (qara Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər).

Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Kənddən təxminən min metr şimalda (indiki "Pepsi" zavodu yaxınlığında) qədim Şah Abbas karvansarası olub. Bu karvansara 1947-ci ilədək hərbi hissə kimi istifadə olunub. Hərbi hissə oradan köçürüləndən sonra sovet ordusu tərəfindən dinamit qoyularaq partladılıb. Kəndin qədim məscidi də var. Ancaq məscid təmirsiz vəziyyətdədir.

Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuşdur.

İnzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olmuşdur.

Xocəsən qəsəbəsinin ərazisi 18 kv. km olmaqla rayon mərkəzindən 9 km məsafədə yerləşir. Hər iki qəsəbədə birlikdə qeydiyyatda olan əhalinin sayı 21800 nəfər, faktiki isə 50 000 nəfərdən çoxdur.

Qəsəbədə 3 orta məktəb (103, 217, 313 saylı), 1 uşaq bağçası (328 saylı), 1 səhiyyə müəssisəsi, qəsəbə klubu və 1 kitabxana, 10-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda “Stend Atıcılığı İdman Komleksi” və Bakı Beynəlxalq Avtovağzalıda qəsəbə ərazisində yerləşir.

Qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrdən sərinləşdirici içkilər istehsalı ilə məşğul olan "Pepsi-cola", "Coca-Cola", "Lider Cola", "Aqua-vita" müəssisələri var.

Qəsəbə ərazisində Böyük Vətən müharibəsində həlak olmuş xocəsənlilərin xatirəsinə inşa edilmiş abidə kompleksi mövcuddur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1999-cu ildə yaradılmış, işçilərinin sayı 5 nəfərdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xocəsən haqqında məlumat. Xocəsən nədir? Xocəsən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Oologiya

  • Fevral 23, 2026

    21 may

  • Fevral 25, 2026

    Nubiya

  • Fevral 25, 2026

    Amorf yarımkeçiricilər

  • Fevral 22, 2026

    Avstraliya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst