Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos-Ayres) ─ Uruqvay yazıçısı, 31 dek

Orasio Kiroqa

  • Ana Səhifə
  • Vikipediya
  • Orasio Kiroqa

Orasio Silvestre Kiroqa Fortesa (isp.: Horacio Silvestre Quiroga Forteza; 31 dekabr 1878[…], Salto – 19 fevral 1937[…], Buenos-Ayres) ─ Uruqvay yazıçısı, 31 dekabr 1878 ildə Salto şəhərində anadan olub. 19 de algo de 1937 Buenos Aires vəfat edib.

Orasio Kiroqa
Horacio Quiroga
Doğum adı Horacio Silvestre Quiroga Forteza
Təxəllüsü S. Fragoso Lima
Doğum tarixi 31 dekabr 1878(1878-12-31)[…]
Doğum yeri
  • Salto, Salto departamenti[d], Uruqvay
Vəfat tarixi 19 fevral 1937(1937-02-19)[…] (58 yaşında)
Vəfat yeri
  • Buenos-Ayres, Argentina
Vəfat səbəbi sianiddən zəhərlənmə[d]
Fəaliyyəti hekayə yazıçısı[d], dramaturq, şair, yazıçı, dramaturq
Əsərlərinin dili ispan dili
İstiqamət modernizm
İlk əsəri Mərcan qayaları/ Los arrecifes de coral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqadır. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat etdi. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyil göstərirdi. 1899-cu ildə Parisi ziyarət edir. Uruqvaya qayıdaraq ispan dilini tədris edir, jurnalistika ilə məşğul olur və fotoqraflığa meyil göstərir. İlk çıxışını 1901-ci ildə ispan dilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə etdi. 1902-ci ildən əsasən Argentinada yaşayırdı. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak etmişdir. Selvaya aşiq olur, və orada bir neçə il ailəsi ilə birlikdə yaşayır. 1915-ci ildə intihar edən həyat yoldaşını itirdi. 1920-ci illərdə kinoda ssenari müəllifi kimi çalışmış, film tənqidi ilə məşğul olmuş, qəzet və jurnallara yazmışdır. Yazıçının ikinci evliliyi uğursuz oldu. Prostat xərçəngindən əziyyət çəkən yazıçı, dostun gözünün qabağında siyanid içib. Dözülməz ağrıdan bir neçə dəqiqədən sonra Orasio Kiroqa vəfat etdi.

Osario Kiroqa Edgar Poun üslubuna oxşar qaranlıq fantaziya ilə bürünmüş, təbiətin qaranlıq, ölümcül qüvvələri və insan psixikası haqqında qısa hekayə və romanların müəllifidir. Bir neçə nəslin uşaqları arasında populyarlaşan selvanın təbiəti və heyvanları haqqında hekayələri də hər kəsə məlumdur.

Ölümdən sonrakı tale

Kiroqanın romançılığı Xulio Kortasarın yaradıcılığına böyük təsir göstərdi. Yazıçının nəsrinə əsaslanaraq Mario Soffiçi, Pablo Trapero və digər rejissorlar filmlər çəkib. 1983 ildə Enrike Amorim Kiroqa haqqında xatirələr yazıb.

Kitablar

  • Mərcan qayaları/ Los arrecifes de coral (1901, şeir)
  • Başqasının cinayəti/ El crimen del otro (1904, novellalar)
  • Qovulmuşlar/ Los perseguidos (1905, novellalar)
  • İztirablı sevginin hekayəsi/ Historia de un amor turbio (1908, roman)
  • Sevgi, dəlilik və ölüm nağılları/ Cuentos de amor, de locura y de muerte (1917, novellalar)
  • Selva nağılları/ Cuentos de la selva (1918, uşaqlar üçün hekayələr)
  • Vəhşi/ El salvaje (1920, novellalar)
  • Qurban olanlar/ Los sacrificados (1920, pyeslər)
  • Anakonda/ Anaconda (1921, hekayələr)
  • Səhra/ El desierto (1924, hekayələr)
  • Kəsilən toyuq və digər hekayələr/ La gallina degollada y otros cuentos (1925, hekayələr)
  • Sürgünlər/ Los desterrados (1926, hekayələr)
  • Keçmiş sevgi/ Pasado amor (1929, roman)
  • Digər tərəfdə/ Más allá (1935, novellalar)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Orasio Kiroqa haqqında məlumat. Orasio Kiroqa nədir? Orasio Kiroqa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hürufizm

  • Fevral 27, 2026

    E.ə. 341

  • Fevral 26, 2026

    Britaniyalılar

  • Fevral 23, 2026

    Fevral

  • Fevral 27, 2026

    Anoreksiya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst