Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiya

Loki (komiks)

  • Ana Səhifə
  • Vikipediya
  • Loki (komiks)

Loki – Marvel Comics nəşriyyatı tərəfindən 1962-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li, Larri Liber və Cek Körbidir. Personajın ilkin versiyası 1949-cu ildə "Venus" komiksində görünmüşdür. Müasir versiyası isə 1962-ci ildə "Journey into Mystery" komiksinin 85-ci sayında peyda olmuşdur. Loki ögey qardaşı və superqəhrəman olan Torun əsas düşmənlərindən biridir. Personaj Skandinaviya mifologiyasında eyniadlı personaj əsasında yaradılmışdır və antiqəhrəman kimi təsvir olunur.

Loki
ing. Loki
Loki "Thor: First Thunder" I Cild, #2 nəşrinin (dekabr, 2010) üz qabığında. Rəssam: Cey Anakleto
Loki "Thor: First Thunder" I Cild, #2 nəşrinin (dekabr, 2010) üz qabığında. Rəssam: Cey Anakleto
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi Tarixi:
Venus #6 (avqust 1949)
Müasir:
Journey into Mystery #85 (oktyabr 1962)
Yaradıcı(lar) Sten Li
Larri Liber
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Loki Lafeyson
Doğum yeri Yotunhaym
Cinsiyyəti kişi
Boyu 193 sm
Çəkisi 238 kq
Göz rəngi yaşıl
Saç rəngi qara
Növü Yotun (Buz nəhəngi)
Komiks bioqrafiyası
Kainat Earth-616
Üzvlükləri İntiqam hərəkatı[ing.]
Heyranedici Qisasçılar[ing.]
İntriqaçılar[ing.]
Gənc Qisasçılar[ing.]
Yaxınları Odin (ögey atası), Tor (ögey qardaşı)
Düşmənləri Tor, Dəmir adam, Şahingöz, Qisasçılar
Ləqəbləri Loki Odinson, Sekkure, İkol
Gücləri manipulyasiya və hiylə ustası, uzunömürlülük, supergüc, superdayanıqlılıq, telepatiya, uçmaq, ölçülərarası teleportasiya, illüziya, görünüşünü dəyişmək, hipnoz, yuxugörən

Loki IGN tərəfindən "Bütün dövrlərin ən böyük supercinayətkarları" siyahısında 2009-cu 8-ci yerdə, 2014-cü ildə 4-cü yerdə göstərilmişdir.

Loki personajı Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi.

Mündəricat

Nəşrolunma tarixi

Loki ilk dəfə "Venus" komiksinin 6-cı buraxılışında (avqust 1949) görünmüşdür. Loki Yeraltı dünyaya sürgün edilmiş yunan tanrılarından biri kimi təsvir olunmuş və şeytanı təcəssüm etmişdir. Loki Yupiterdən Yerə gedib nifrət səpələmək üçün icazə istəmişdir.

Lokinin müasir versiyası isə ilk dəfə "Journey into Mystery" komiksinin 85-ci buraxılışında (oktyabr 1962) debüt etmişdir. Burada Loki Torun əzəli düşməni kimi təqdim edilmişdir. Müasir Lokinin yaradıcıları Sten Li, Cek Körbi və Larri Liberdir.

Torun əzəli düşməni olduğundan tez-tez Tor komikslərində peyda olur. Bundan əlavə, personaj Qisasçılar, İks-adamlar, Müdafiəçilər və Hörümçək-adam komikslərində də görünmüşdür. 2004-2010-cu illərdə buraxılmış "Loki" komiks seriyasının baş qəhrəmanı olmuşdur.

Bioqrafiya

Lokinin ilk dəfə göründüyü "Journey into Mystery" komiksinin 85-ci buraxılışı.

Uzun illər bundan öncə Asqard hökmdarı Bor buz nəhənglərinə qarşı döyüşərkən yaralanmış bir buz nəhənginin dalınca düşür, lakin qəflətən qarşılaşdığı sehrbaz tərəfindən qara döndərilir. Borun oğlu Odin atasını tapır və Bor oğlundan sehrbazı tapıb onu azad etməsini istəyir. Lakin Odin atasını xilas etmək üçün heç bir cəhd göstərmir. Bor Odini lənətləyir: o, ölmüş kralın oğlunu götürəcək və onu öz oğlu kimi böyüdəcək. Heç bir həftə keçməmiş asqardlılara başçılıq edən Odin şəxsi döyüşdə Laufeyi öldürür. Laufeyi öldürdükdən sonra Odin buz nəhənglərinin əsas qalasında gizlədilmiş asqardlı ölçüsündə olan uşaq tapır. Tapdığı uşaq Loki idi: Laufey onu kiçik ölçüsünə görə xalqından gizlədirdi. Odin ona yazığı gəldiyi və atası Laufey döyüşdə layiqli rəqib olduğuna görə Lokini övladlığa götürür və onu bioloji oğlu Torla birlikdə böyüdür.

Uşaqlığı və yeniyetməliyi boyunca Loki Torla arasındakı fərqlərə görə asqardlıların ona göstərdiyi münasibətə öyrəşir. Asqardlılar hər şeydən öncə döyüşdə gücə, əzmə və cəsarətə dəyər verirdilər və Loki bu keyfiyyətlərinə görə qardaşından geri qalırdı. Ölçü və gücə görə geri qalsa da, bir sehrbaz kimi özünü inkişaf etdirir. Loki böyüyəndə onun gücləri də mənfiyə doğru yönəlir və "Yalan və hiylə tanrısı" ləqəbini qazanır. Sonda isə Loki intiqam və gücə həris birinə çevrilir. Tordan xilas etmək üçün bir çox hiylələrdən istifadə edir. Getdikcə statusu böyüyür və "Şər tanrısı" ləqəbini qazanır. Əsrlər boyunca Loki Asqardın hakimiyyətini ələ keçirməyə Toru məhv etməyə çalışır. Bu məqsədlə hətta dəfələrdə Asqardın düşmənlərinə kömək edir.

Media

Tom Hiddlston 2013-cü ildə Loki kimi.

Film

  • Loki "Halk Tora qarşı" video filmində görünmüş və Qraham Maktaviş tərəfindən səsləndirilmişdir.
  • Lokinin yeniyetmə versiyası "Tor: Asqard nağılları" video filmində peyda olmuş və Rik Qomez tərəfindən səsləndirilmişdir.
  • Loki personajını Marvel Kinematoqrafiya Kainatında Tom Hiddlston tərəfindən canlandırılmışdır: "Tor" (2011), "Qisasçılar" (2012), "Tor 2: Zülmət aləmi" (2013), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və başlıqsız Qisasçılar filmi. Hiddlston "Qisasçılar: Altron dövrü" filminin çəkilişlərində iştirak etsə də, səhnələri kəsilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Loki (komiks) haqqında məlumat. Loki (komiks) nədir? Loki (komiks) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nohur

  • Fevral 27, 2026

    İbrahimqulu şah

  • Fevral 27, 2026

    Arslanşah

  • Fevral 27, 2026

    Niyazqulular

  • Fevral 27, 2026

    Natalya Qonçarova

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst