Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Livanlıların ümumi sayı 14-15 milyon nəfər təşkil edir. Livanın özündə isə onların ümumi sayı 3 971 941 nəfər təşkil edir. Bu isə ölkə əhalisinin 95 % bərabərdi

Livanlılar

  • Ana Səhifə
  • Vikipediya
  • Livanlılar

Livanlılar — Livan ərazisində yaşayan əhali, milli kimlik.

Livanlılar
Lebanese people.JPG
Ümumi sayı
8-14 mln. nəf
Yaşadığı ərazilər
Braziliya 7 000 000
Livan 4,000,000
Argentina 1,500,000
Kolumbiya 700,000
ABŞ 504,000
Meksika 400,000
Venesuela 340,000
Kanada 250,000
Fransa 225,00
Dili

Ərəb dili
Fransız dili
İngilis dili

Dini

İslam
Xristian

Qohum xalqlar

Assuriyalılar

Mündəricat

Yayılması və sayları

Livanlıların ümumi sayı 14-15 milyon nəfər təşkil edir. Livanın özündə isə onların ümumi sayı 3 971 941 nəfər təşkil edir. Bu isə ölkə əhalisinin 95 % bərabərdir. Digər xalqlar arasında fələstinlilər, kürdlər, ermənilər (4%), yunanlar, türklər və s. xalqlar nəzərdə tululur. Şəhərlərə görə əhali: Beyrut — 1,5 mln, Tərabülüs əş-Şam — 200 mi ., Zəhlə — 200 min., Sayda — 100 min., Sur— 70 min. İllik təbi artım 1,34 % təşkil edir. Hər min nəfərə 10,68 nəfər doğulduğu halda, hər 1000 nəfərə 6,32 nəfər həyatını itirir. Onların Cənubi Amerika, Şimali Amerika, Avropa, Afrika və Yaxın Şərq ölkələrində böyük diasporaları vardır. Dünyada ən böyük diasporaları Braziliyada yerləşir.

Formalaşmaları

Livanlılar semit xalqlarına daxildirlər. Onlsrın kökü Arameylər və Finikyalılara gedib çıxır. Ancaq onlar ərazilərini işğal etmiş semit və qeyri semit qrupuna daxil olan xalqlarla qarışmışlar. Onların genindı misirlilər, romalılar, farslar, yunanlar, ərəblər, assuriyalılar və xaçlı yürüşləri zamanı gəlmiş avropalıların qanı vardır.

İnanc

Müxtəlif konfesiyaya daxil olan xristianların sayı 40 % çatır (digər məlumata görə 30 %). Fransız mandatlığı dönəmində Şərqi Katolik kilsəsinə, xaldey katolik kilsəsi, maruni kilsəsi, melkit katolik kilsəsi, erməni katolik kilsəsi və süryani katolik kilsəsinə daxil olanları sayı əhalinin yarısına bərabər olmuşdur. Livan əhalisinin hazırda 40 % şiə müsəlmanlardır. Onlar əsasən ölkənin sərhəd zonalarında yaşayırlar. Əhalinin az bir hissəsini sünnilər və ismaililər təşkil edir.

Dil

Livanlıların böyük qismi ərəb dilinin livan dialektində danışır. Bununlabelə Kipr adasında yaşayan livanlılar kipr-ərəb dilində danışırlar. Müəyyən qismi isə fransız dili və ingilis dilində danışır.

Adət-ənənə

Digər ərəb ölkələrində olduğu kimi ailə şəklində yaşayırlar. Ancaq qərb təsiri açıq şəkildə təsir göstərmişdur. Bu əsasən şəhərlərdə özünü açıq adın büruzə verir. Dağlıq kəndlərdə isə əvvəlki yaşayış tərzi qorunmuşdur. Uzun zaman əsarətdə qalmaları, asimilyasiyaya məruz qalmaları sayəsində etik müxtəliflikdən irəli gələrək qarşılıqlı anlaşma meydana gəlmişdir.

  • Yaşayış yeri.

Livanlıların böyük qismi şəhərlərdə yaşayır. Livanlıların ənənəvi evləri müxtəlifdir.

  • Geyim.

Onlar müasir geyimlər geyinirlər. Qadınlar isə şəriətə uyğun şəkildə başlarını örtürlər. Livanlı dizaynerlər dümyada məşhurdular. Onlar Milan və Paris kimi moda mərkəzlərində çalışırlar.

  • Təsərrüfat

Kənd təsərrüfatı ilə məşğul olanlar banan, potağal, limon, dağlıq ərazilərdə üzüm yetişdirilir. Üstəlik burada alma, armud, ərik, gilənar sahələri belə mövcuddur. Tərəvəzçilik və tütünçülük kimi sahələrdə inkişaf etdirilmişdirr. Ölkədə 1995-ci ildə 420 min baş keçi, 245 min baş qoyun, 79 min baş iri buynuzlu qaramal yetişdirilirdi.

Livan diasporu

Livanda yaşamayan livanlılar nəzərfə tutulur. Ən böyük duaspora Latın Amerikasında yaşayır. Təkcə Braziliyada 7 milyon livanlı yaşayır. Bu isə Livanın özündən iki dəfə çoxdur. Onların ilk dalğası 1860-cı ildə, ikinci dalğa Birinci Dünya müharibəsi dönəmində, üçüncü dalğa isə 1950-1960-ci illərdə Livan vətəndaş müharibəsi dönəmində ayaq basmışlar. Köç günümüzdə belə azda olsa davam edir. Latın Amerikada olan məşhur livanlılar: Karlos Slim (Meksikalı milyarder), Mişel Temer (Braziliyanın vitse-prezidenti), Salma Hayek (Meksikalı aktrisa), Şakira (Kolumbiyalı məşhur müğənni).

Ədəbiyyat

  • Fisk, Robert. Pity the Nation: The Abduction of Lebanon. New York: Nation Books, 2002.
  • Firzli, Nicola Y. Al-Baath wa-Lubnân [Arabic only] («The Baath and Lebanon»). Beirut: Dar-al-Tali’a Books, 1973
  • Hitti Philip K. History of Syria Including Lebanon and Palestine, Vol. 2 (2002) (ISBN 1-931956-61-8)
  • Holst, Sanford. Phoenicians: Lebanon’s Epic Heritage. Los Angeles: Cambridge and Boston Press, 2005.
  • Norton, Augustus R. Amal and the Shi’a: Struggle for the Soul of Lebanon. Austin and London: University of Texas Press, 1987.
  • Riley-Smith, Jonathan. The Oxford Illustrated History of the Crusades. New York: Oxford University Press, 2001.
  • Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. Berkeley: University of California Press, 1990.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Livanlılar haqqında məlumat. Livanlılar nədir? Livanlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sampdoriya FK

  • Fevral 27, 2026

    Şahbulaq məscidi

  • Fevral 27, 2026

    Brachyloma

  • Mart 01, 2026

    Daxili xəstəliklər

  • Fevral 28, 2026

    Aerodrom

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst