Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitu

ABŞ prezidentləri

  • Ana Səhifə
  • Vikipediya
  • ABŞ prezidentləri

Amerika Birləşmiş Ştatlarının prezidenti — ABŞ icraedici hakimiyyətinin başçısı. Vəzifə Konstitusiya konventinin (məclis) 1787-ci ildə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildəCorc Vaşinqton ABŞ-nin ilk prezidenti seçildi. Onun bu vəzifəni tutmasından öncə, "prezident" sözü "Kontinental konqresin prezidenti" birləşməsində istifadə olunurdu.

Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur).

Hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş şəxslər Qrover Klivlend və Donald Tramp olmuşdur. Qrover Klivlend 22-ci və 24-cü prezident, Donald Tramp isə 45-ci və 47-ci prezident olmuşdur.

Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il (1933-cü ildən 1945-ci ilə qədər) tutaraq prezident postunda ən uzun müddət qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur (1841-ci ilin mart–aprel ayları).

Amerika prezidentlərinin səkkizi vəzifədə olarkən vəfat etmişdir. Onlardan dördü səlahiyyətlərinin icrası zamanı təbii səbəblərdən (Uilyam Henri Harrison, Zakari Teylor, Uorren Hardinq və Franklin D. Ruzvelt) vəfat etmişdir, dördü isə qətlə yetirilmişdir: Linkoln (1865-ci ildə teatrda Konfederativ Ştatlarının tərəfdarı tərəfindən), Qarfild (1881-ci ildə vağzalda ruhi xəstə tərəfindən), Mak-Kinli (1901-ci ildə sərgidə anarxist tərəfindən) və Kennedi (1963-cü ildə Li Harvi Osvald tərəfindən). Riçard Nikson vəzifədən istefa vermiş ilk və yeganə prezidentdir.

ABŞ-nin ilk prezidenti Corc Vaşinqton seçicilərin 100% səsini alan yeganə prezident olub. Cerald Ford isə seçicilərin səsi ilə seçilməyib, belə ki, Riçard Nikson onu Spiro Aqnyunun istefasından sonra vitse-prezident təyin etdi və təyinatı Konqresin hər iki palatası təsdiqlədi, Niksonun istefasından sonra isə Ford avtomatik olaraq 38-ci prezident oldu. 1824-cü il seçkilərində seçicilərin mütləq səs çoxluğunu yığa bilməyən qalib Nümayəndələr Palatasının səsverməsindən sonra prezidenti postunu uduzdu. İkinci və altıncı prezidentlər, habelə qırx birinci və qırx üçüncü prezidentlər ata və oğul olmuşdular, iyirmi altıncı və otuz ikinci isə bir-birilərinə uzaq qohum idilər. Martin van Buren ingilis müstəmləkələrinin deyil müstəqil Ştatların ərazisində doğulmuş ilk prezident idi və həm də doğma dili ingiliscə olmayan yeganə prezident idi. Vəzifə başında olduğu zaman öldürülən iki prezidenti Conson soyadlı vitse-prezidentlər əvəz ediblər. Barak Obama ilk afroamerika mənşəli prezident olmuşdur. Vətəndaş müharibəsi zamanı cənub ştatları müstəqillik elan etdikdən və özünü ABŞ-nin tərkibindən çıxardıqdan sonra, 1861-ci ildən 1865-ci ilədək Amerika Konfederativ Ştatlarının prezidenti vəzifəsi mövcud olmuşdur. AKŞ-nin ilk və yeganə prezidenti Cefferson Devis olmuşdur. O bu vəzifəni 18 fevral 1861-ci ildən 10 may 1865-ci ilədək (bu dövrlərdə vitse-prezident Aleksandr Stivens idi) tutub.

Mündəricat

Prezidentlərin siyahısı

Partiyalar:

  Partiyasız   Federalist   Demokratik-respublikaçı   Demokrat   Viq   Respublikaçı

№ Şəkil Prezident Vəzifəyə gəlib Vəzifədən gedib Partiya Vitse-prezident
1 Corc Vaşinqton Corc Vaşinqton 30 aprel 1789 4 mart 1797 Partiyasız Con Adams
2 Con Adams Con Adams 4 mart 1797 4 mart 1801 Federalist Tomas Cefferson
3 Tomas Cefferson Tomas Cefferson 4 mart 1801 4 mart 1809 Demokratik-respublikaçı Aaron Burr
Corc Klinton
4 Ceyms Medison Ceyms Medison 4 mart 1809 4 mart 1817 Demokratik-respublikaçı Corc Klinton
olmayıb
Elbric Cerri
5 Ceyms Monro Ceyms Monro 4 mart 1817 4 mart 1825 Demokratik-respublikaçı Daniel Tompkins
6 Con Kuinsi Adams Con Kuinsi Adams 4 mart 1825 4 mart 1829 Demokratik-respublikaçı
Milli respublikaçı
Con Kelhun
7 Endrü Cekson Endrü Cekson 4 mart 1829 4 mart 1837 Demokrat Con Kelhun
olmayıb
Martin Van Buren
8 Martin Van Buren Martin Van Buren 4 mart 1837 4 mart 1841 Demokrat Riçard Conson
9 Uilyam Harrison Uilyam Harrison 4 mart 1841 4 aprel 1841 Viq Con Tayler
10 Con Tayler Con Tayler 4 aprel 1841 4 mart 1845 Viq olmayıb
Partiyasız
11 Ceyms Noks Polk Ceyms Noks Polk 4 mart 1845 4 mart 1849 Demokrat Corc Dallas
12 Zakari Teylor Zakari Teylor 4 mart 1849 9 iyul 1850 Viq Millard Filmor
13 Millard Filmor Millard Filmor 9 iyul 1850 4 mart 1853 Viq olmayıb
14 Franklin Pirs Franklin Pirs 4 mart 1853 4 mart 1857 Demokrat Uilyam Kinq
olmayıb
15 Ceyms Byukenen Ceyms Byukenen 4 mart 1857 4 mart 1861 Demokrat Con Brekinric
16 Avraam Linkoln Avraam Linkoln 4 mart 1861 15 aprel 1865 Respublikaçı Hannibal Hamlin
Endrü Conson
17 Endrü Conson Endrü Conson 15 aprel 1865 4 mart 1869 Demokrat
Milli ittifaq
olmayıb
18 Uliss Qrant Uliss Qrant 4 mart 1869 4 mart 1877 Respublikaçı Şayler Kolfaks
Henri Uilson
olmayıb
19 Raterford Heys Raterford Heys 4 mart 1877 4 mart 1881 Respublikaçı Uilyam Uayler
20 Ceyms Qarfild Ceyms Qarfild 4 mart 1881 19 sentyabr 1881 Respublikaçı Çester Artur
21 Çester Artur Çester Artur 19 sentyabr 1881 4 mart 1885 Respublikaçı olmayıb
22 Qrover Klivlend Qrover Klivlend 4 mart 1885 4 mart 1889 Demokrat Tomas Hendriks
olmayıb
23 Bencamin Harrison Bencamin Harrison 4 mart 1889 4 mart 1893 Respublikaçı Levi Morton
24 Qrover Klivlend Qrover Klivlend
(İkinci dəfə)
4 mart 1893 4 mart 1897 Demokrat Adlay Stivenson
25 Uilyam Mak-Kinli Uilyam Mak-Kinli 4 mart 1897 14 sentyabr 1901 Respublikaçı Qarret Hobart
olmayıb
Teodor Ruzvelt
26 Teodor Ruzvelt Teodor Ruzvelt 14 sentyabr 1901 4 mart 1909 Respublikaçı olmayıb
Çarlz Ferbenks
27 Uilyam Taft Uilyam Taft 4 mart 1909 4 mart 1913 Respublikaçı Ceyms Şerman
olmayıb
28 Vudro Vilson Vudro Vilson 4 mart 1913 4 mart 1921 Demokrat Tomas Marşal
29 Uorren Hardinq Uorren Hardinq 4 mart 1921 2 avqust 1923 Respublikaçı Kalvin Kulic
30 Kalvin Kulic Kalvin Kulic 2 avqust 1923 4 mart 1929 Respublikaçı olmayıb
Çarlz Daues
31 Herbert Huver Herbert Huver 4 mart 1929 4 mart 1933 Respublikaçı Çarlz Körtis
32 Franklin Delano Ruzvelt Franklin Delano Ruzvelt 4 mart 1933 12 aprel 1945 Demokrat Con Qarner
Henri Uolles
Harri Trumen
33 Harri Trumen Harri Trumen 12 aprel 1945 20 yanvar 1953 Demokrat olmayıb
Olben Barkli
34 Dvayt Eyzenhaver Dvayt Eyzenhaver 20 yanvar 1953 20 yanvar 1961 Respublikaçı Riçard Nikson
35 Con Kennedi Con Kennedi 20 yanvar 1961 22 noyabr 1963 Demokrat Lindon Conson
36 Lindon Conson Lindon Conson 22 noyabr 1963 20 yanvar 1969 Demokrat olmayıb
Hyubert Hamfri
37 Riçard Nikson Riçard Nikson 20 yanvar 1969 9 avqust 1974 Respublikaçı Spiro Aqnyu
olmayıb
Cerald Ford
38 Cerald Ford Cerald Ford 9 avqust 1974 20 yanvar 1977 Respublikaçı olmayıb
Nelson Rokfeller
39 Ceyms Karter Cimmi Karter 20 yanvar 1977 20 yanvar 1981 Demokrat Volter Mondeyl
40 Ronald Reyqan Ronald Reyqan 20 yanvar 1981 20 yanvar 1989 Respublikaçı Corc Herbert Uoker Buş
41 Corc Herbert Uoker Buş Corc Herbert Uoker Buş 20 yanvar 1989 20 yanvar 1993 Respublikaçı Den Kueyl
42 Bill Klinton Bill Klinton 20 yanvar 1993 20 yanvar 2001 Demokrat Albert Qor
43 Corc Uoker Buş Corc Uoker Buş 20 yanvar 2001 20 yanvar 2009 Respublikaçı Riçard Çeyni
44 Barak Obama Barak Obama 20 yanvar 2009 20 yanvar 2017 Demokrat Co Bayden
45 Donald Con Trump Donald Tramp 20 yanvar 2017 20 yanvar 2021 Respublikaçı Mayk Pens
46 Co Bayden Co Bayden 20 yanvar 2021 20 yanvar 2025 Demokrat Kamala Harris
47 Donald Con Trump Donald Tramp
(İkinci dəfə)
20 yanvar 2025 Vəzifədədir Respublikaçı Ceyms Devid Vens

Hazırda yaşayan sabiq prezidentlər

Hazırda keçmiş ABŞ prezidentlərinin 4-ü sağdır:

Prezident Prezidentlik dövrü Doğum tarixi
Bill Klinton 1993–2001 19 avqust 1946
Corc Uoker Buş 2001–2009 6 iyul 1946
Barak Obama 2009–2017 6 avqust 1961
Co Bayden 2021–2025 20 noyabr 1942

Prezidentlərdən sonuncu dəfə 29 dekabr 2024-cü ildə 100 yaşında Cimmi Karter vəfat etmişdir. (Prezidentlik dövrü 1977-ci ildən 1981-ci ilədək olmuşdur).

Həmçinin bax

  • ABŞ-nin birinci xanımlarının siyahısı
  • Tekumse lənəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ABŞ prezidentləri haqqında məlumat. ABŞ prezidentləri nədir? ABŞ prezidentləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Xristologiya

  • Fevral 24, 2026

    II Elizabet

  • Fevral 24, 2026

    Karbon dövrü

  • Fevral 23, 2026

    Kəsr

  • Fevral 24, 2026

    Satraplıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst