Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lev Zilber (15 (27) mart 1894 və ya 1894, Pskov – 10 noyabr 1966, Moskva) — sovet mikrobioloqu, virusoloqu və immunoloqu; SSRİ Tibb Elmləri Akademiyasının akade

Lev Zilber

  • Ana Səhifə
  • Vikipediya
  • Lev Zilber

Lev Zilber (15 (27) mart 1894 və ya 1894, Pskov – 10 noyabr 1966, Moskva) — sovet mikrobioloqu, virusoloqu və immunoloqu; SSRİ Tibb Elmləri Akademiyasının akademiki (AMN SSSR; 1945), Sovet virusologiya məktəbinin banisi. Yazıçı Veniamin Kaverinin böyük qardaşı.

Lev Zilber
rus. Лев Александрович Зильбер
Doğum tarixi 15 (27) mart 1894(1894-03-27) və ya 1894(1894)
Doğum yeri
  • Pskov, Pskov quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 10 noyabr 1966(1966-11-10) (71–72 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Həyat yoldaşı
  • Zinaida Yermolyeva
Elm sahələri virusologiya, mikrobiologiya, İmmunologiya
Təhsili
  • Moskva Dövlət Universiteti,
  • Moskva Universitetinin Tibb fakültəsi[d]
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
2-ci dərəcəli "Stalin" mükafatı — 1946 SSRİ Dövlət mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Zilber 15 mart (27 mart) 1894-cü ildə kapelmeyster Abel Zilber və onun həyat yoldaşı, pianoçu və musiqi dükanı sahibi, qızı Xana Qirşevna (Anna Qriqoriyevna) Dessonun ailəsində anadan olub. Bacısı Leya, Lev Zilberin sinif yoldaşı olan yazıçı və ədəbiyyatşünas Yuri Tynyanov ilə evlidir.

Karyerası

1912-ci ildə Pskov quberniya gimnaziyasını gümüş medalla bitirmiş və Sankt-Peterburq İmperator Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olmuşdur. 1915-ci ildə Moskva Universitetinin tibb fakültəsinə transfer olub, eyni zamanda təbiət kafedrasında dərslərdə iştirak etməyə icazə alıb və 1919-cu ildə oranı bitirib.

1919-cu ildə könüllü olaraq cəbhəyə yola düşərək Qırmızı Orduda həkimdən tibb bölməsinin rəisinə qədər müxtəlif vəzifələrdə xidmət etmişdir. O, ağqvardiyaçılar tərəfindən əsir götürülsə də, qaçmağı bacarıb. 1921-ci ildən Moskvada Xalq Səhiyyə Komissarlığının Mikrobiologiya İnstitutunda işləyib.

1928-ci ildə Zinaida Yermolyeva ilə evlənib. Toydan sonrakı ilk aylar Zilber və Yermolyeva Fransada Paster İnstitutunda və Almaniyada Robert Kox İnstitutunda işləyiblər. 1929-cu ildə Xalq Səhiyyə Komissarı Nikolay Semaşko tərəfindən tif xəstəliyinin yayılmasının qarşısını almaq üçün Nijni Novqorod yaxınlığındakı Dzerjinsk şəhərinə göndərilib.

İlk həbsləri

1929-cu ildə Azərbaycan Mikrobiologiya İnstitutunun direktoru və Bakıda Tibb Universitetində mikrobiologiya kafedrasının müdiri vəzifələrində işləmək təklifini qəbul edib. 1930-cu ildə Dağlıq Qarabağın Bulutan və Hadrut kəndlərində vəba xəstəliyinin qarşısının alınmasına rəhbərlik etmişdir. Bakıya qayıtdıqdan sonra ona "Qırmızı bayraq" ordeni təqdim olundu, lakin daha sonra Azərbaycan əhalisini vəba xəstəliyinə yoluxdurmaq üçün təxribat törətməkdə ittiham edilərək həbs edildi. O, 4 aydan sonra azad edildi (böyük ehtimalla, Lev Zilberin kiçik qardaşı, yazıçı Veniamin Kaverinin Maksim Qorkidən xahiş etməsi ilə, bəlkə də keçmiş həyat yoldaşı Zinaida Yermolyevanın səyi ilə). Azadlığa çıxandan sonra Zilber Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda mikrobiologiya kafedrasına rəhbərlik edib və Lev Taraseviç adına RSFSR Xalq Səhiyyə Komissarlığının Dövlət Elmi və Nəzarət İnstitutunun mikrobiologiya şöbəsinin müdiri vəzifələrində çalışıb.

1932-ci ildə Qazaxıstanda çiçək xəstəliyinin qarşısının alınmasına rəhbərlik edib və 1935-ci ildə Valeriya Petrovna Kiseleva ilə evlənib.

1935-1936-cı illərdə RSFSR Xalq Səhiyyə Komissarlığı yanında Mərkəzi Virus Laboratoriyasının yaradılmasına və SSRİ Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda virusologiya şöbəsinin açılmasına nail olmuşdur.

1937-ci ildə mərkəzi sinir sistemindəki naməlum yoluxucu xəstəliyi öyrənmək üçün SSRİ Xalq Səhiyyə Komissarlığının Uzaq Şərq ekspedisiyasına rəhbərlik etmişdir. Ekspedisiyanın işi zamanı xəstəliyin xarakteri - gənə ensefaliti aydınlaşdırılıb və onunla mübarizə üsulları təklif olunub.

Qayıdandan dərhal sonra o, Moskvaya ensefalit yoluxdurmaq cəhdi və ensefalitin SSRİ-yə yapon diversantları tərəfindən gətirildiyini gizlətdiyinə görə həbs edilib. 1939-cu ilin iyununda azad edilib. Onun azad edilməsi uğrunda mübarizədə qardaşı Kaverin, Ermolyeva, Uzaq Şərq ekspedisiyasındakı həmkarları Antonina Şubladze, Mixail Çumakov, Valentin Solovyov və bir çox başqaları iştirak ediblər.

1939-cu ildə Qamaleya Elmi-Tədqiqat Epidemiologiya İnstitutunda virusologiya şöbəsinin müdiri olub və 1966-cı ildə üçüncü həbs zamanı (1940-1944) verdiyi fasiləni çıxmaqla ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lev zilber sözünün mənası, lev zilber haqqında məlumat. lev zilber nədir? lev zilber nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Asen Nikolov

  • Mart 01, 2026

    Asiya şiri

  • Fevral 26, 2026

    Azərbaycanda bələdiyyə

  • Mart 01, 2026

    Əli İnsanov

  • Fevral 27, 2026

    Əfşar

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst