Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lesli Riçard Qrovs (ing. Leslie Richard Groves; 17 avqust 1896, Olbani – 13 iyul 1970, Vaşinqton) — Amerika Birləşmiş Ştatları ordusunun general-leytenantı, 194

Lesli Qrovs

  • Ana Səhifə
  • Vikipediya
  • Lesli Qrovs

Lesli Riçard Qrovs (ing. Leslie Richard Groves; 17 avqust 1896, Olbani – 13 iyul 1970, Vaşinqton) — Amerika Birləşmiş Ştatları ordusunun general-leytenantı, 1942–1947-ci illərdə nüvə silahı proqramı olan Manhetten layihəsinin hərbi rəhbəri.

Lesli Qrovs
ing. Leslie Groves
Şəxsi məlumatlar
Doğum adı Leslie Richard Groves
Doğum tarixi 17 avqust 1896(1896-08-17)
Doğum yeri
  • Olbani, Olbani qraflığı[d], Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 13 iyul 1970(1970-07-13) (73 yaşında)
Vəfat yeri
  • Vaşinqton, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Arlinqton milli qəbiristanlığı
Vətəndaşlığı
  •  ABŞ
Təhsili
  • ABŞ Hərbi Akademiyası[d] (–1918),
  • ABŞ Ordusunun Müharibə Kolleci[d] (–1939),
  • Vaşinqton Universiteti,
  • Massaçusets Texnologiya İnstitutu
Hərbi fəaliyyəti
Qoşun növü Mühəndis Qoşunları[d]
Xidmət illəri 1918–1948
Rütbəsi
  • general-leytenant[d]
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • İkinci Dünya müharibəsi
Təltifləri American Campaign Medal İkinci dünya müharibəsi Zəfər medalı "Görkəmli xidmətə görə" medalı "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi World War I Victory Medal Army of Occupation of Germany Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Lesli Qrovs bir ordu keşişinin oğlu və XVII əsrdə Amerikaya köçən fransız hugenotların nəslindən idi. O, Vaşinqton Dövlət Universitetində və Massaçusets Texnologiya İnstitutunda təhsil alıb, daha sonra West Point hərbi akademiyasına daxil olub. 1918-ci ildə təhsilini başa vurduqdan sonra ABŞ Ordusu Mühəndislər Korpusunda xidmət etmişdir. 1922-ci ildə evlənib.

1934-cü ildən kapitan, 1936–1940-cı illərdə Baş Qərargah akademiyalarının tələbəsi, 1940-cı ildən Baş Qərargahın mayoru olub. Həmin il orduda müharibədən əvvəlki artımla əlaqədar olaraq o, polkovnik rütbəsinə yüksəldi. O, müxtəlif hərbi tikinti layihələrində, o cümlədən Pentaqonun binasının tikintisində xidmət edib və sərt, uğurlu, özünə güvənən lider kimi şöhrət qazanıb.

1942-ci ilin sentyabrında müvəqqəti olaraq müharibə vaxtı briqada generalı rütbəsinə yüksəldi və polkovnik Ceyms Marşalın yerinə atom layihəsinin hərbi rəhbəri təyin edildi. Layihəyə Manhetten kod adını Qrovs vermişdi. Qrovs layihənin rəhbəri kimi, Oak Ridge, Hanford, Los Alamos və başqa yerlərdə atom qurğularının tikinti sahələrini şəxsən seçdi və təsdiq etdi, bu müəssisələrin tikintisini və təchizatını təşkil etdi. Qrouvsun hərbi üsulları (layihəni axmaqların və kretinlərin bahalı toplantısı adlandırır) bir çox alimləri qıcıqlandırsa da, Robert Oppenheymerin layihənin elmi rəhbəri təyin edilməsində israrlı o idi.

Qrovsun nəzarəti altında tikilmiş nüvə obyektləri

Yaponiyanın ilk atom bombası üçün hədəfləri seçərkən Qrovs Kyotonun məhv edilməsini müdafiə etmişdi.

Müharibədən sonrakı islahatlar Qrovsun əleyhdarlarını hakimiyyətə gətirdi və 1947-ci ilin yanvarında Manhetten layihəsi ordunun məsuliyyət sferasından çıxarılaraq mülki yurisdiksiyaya verildi. Los Alamosda qısa bir xidmətdən sonra layihədən təsirli şəkildə uzaqlaşdırılan Qrovs 1948-ci ildə təqaüdə çıxdı və yerini cəbhə generallarına verdi. 1961-ci ilə qədər Qrovs hərbi sənaye korporasiyası Sperry Randın vitse-prezidenti vəzifəsində çalışmış; 1962-ci ildə "İndi bu barədə danışmaq olar" adlı xatirələr kitabını nəşr etmişdir (SSRİ- də 1964-cü ildə nəşr olunub).

O, ürək tutmasından vəfat edib və Arlinqton Milli Qəbiristanlığında dəfn edilib.

Kinoda təcəssümü

  • "Oppenheymer" filmi (Oppenheimer) (ABŞ, 2023) — Matt Deymon

Ədəbiyyat

  • Ancell, R. Manning; Miller, Christine. The Biographical Dictionary of World War II Generals and Flag Officers: The US Armed Forces. Greenwood Press. 1996.
  • Bird, Kai[ing.]; Sherwin, Martin J. [[American Prometheus|American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer]]. Alfred A. Knopf[ing.]. 2005.
  • Cullum, George W. Biographical Register of the Officers and Graduates of the US Military Academy at West Point New York Since Its Establishment in 1802: Supplement Volume VII 1920–1930. R. R. Donnelly and Sons, The Lakeside Press. 1930.
  • Cullum, George W. Biographical Register of the Officers and Graduates of the US Military Academy at West Point New York Since Its Establishment in 1802: Supplement Volume VIII 1930–1940. R. R. Donnelly and Sons, The Lakeside Press. 1940.
  • Cullum, George W. Biographical Register of the Officers and Graduates of the US Military Academy at West Point New York Since Its Establishment in 1802: Supplement Volume IX 1940–1950. R. R. Donnelly and Sons, The Lakeside Press. 1950.
  • Fine, Lenore; Remington, Jesse A. The Corps of Engineers: Construction in the United States. United States Army Center of Military History[ing.]*. 1972.
  • Herman, Arthur. Freedom's Forge: How American Business Produced Victory in World War II. Random House. 2012.
  • Jones, Vincent. Manhattan: The Army and the Atomic Bomb. United States Army Center of Military History[ing.]*. 1985.
  • Lawren, William. The General and the Bomb: A Biography of General Leslie R. Groves, Director of the Manhattan Project. Dodd, Mead[ing.]. 1988.
  • Nichols, Kenneth D.[ing.]. The Road to Trinity. William Morrow and Company. 1987.
  • Norris, Robert S. Racing for the Bomb: General Leslie R. Groves, the Manhattan Project's Indispensable Man. Steerforth Press. 2002.
  • Rhodes, Richard L.[ing.]. The Making of the Atomic Bomb[ing.]. Simon and Schuster. 1986.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lesli Qrovs haqqında məlumat. Lesli Qrovs nədir? Lesli Qrovs nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Erkən Xristianlıq

  • Fevral 27, 2026

    Theria

  • Fevral 27, 2026

    Salix aurita

  • Fevral 27, 2026

    Qeyri-metallar

  • Mart 01, 2026

    Oksigensiz tənəffüs

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst