Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Makovelski (rus. Александр Маковельский; 22 iyul (3 avqust) 1884 və ya 22 iyul 1884, Qrodno, Qrodno quberniyası[d], Rusiya imperiyası – 16 dekabr 1969

Aleksandr Makovelski

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Makovelski

Aleksandr Makovelski (rus. Александр Маковельский; 22 iyul (3 avqust) 1884 və ya 22 iyul 1884, Qrodno, Qrodno quberniyası[d], Rusiya imperiyası – 16 dekabr 1969, Bakı) — Azərbaycan polyaklarından olan məşhur tarixçi, filosof.

Aleksandr Makovelski
rus. Александр Маковельский
Aleksandr Makovelski tələbə vaxtı
Aleksandr Makovelski tələbə vaxtı
Doğum tarixi 22 iyul 1884
Doğum yeri Qrodno , Belarus
Vəfat tarixi 16 dekabr 1969 (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti polyak
Təhsili
  • Kazan Dövlət Universiteti
Fəaliyyəti tarixçi, filosof
Elmi dərəcəsi
  • fəlsəfə elmləri doktoru
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi — 1930

Mündəricat

Həyatı

Aleksandr Osipoviç Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. Makovelski Qrodno şəhərində klassik gimnaziyanı medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı. Makovelskinin elmi-maraq dairəsi ali təhsil aldığı dövrdə daha da genişlənmişdir. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Qədim yunan, latın, alman, ingilis, fransız, italyan, polyak, çex dillərini dərindən bilməsi Makovelskinin fəaliyyət sahəsinin genişlənməsinə səbəb olmuşdur.

Makovelski daim öz biliklərini təkcə tarix-filologiya sahəsində deyil, təbiət və dəqiq elmləri də geniş öyrənirdi, xüsusilə astronomiya, biologiya, riyaziyyat elmləri bölməsi ilə də məşğul olmağa vaxt tapırdı. O, yüksək səviyyədə riyaziyyat-cəbr və həndəsəni bilirdi, bundan istifadə edərək istənilən çətin mövzünü asan və başa düşülən formada məruzə və mühazirələrdə dinləyiciyə izah edə və çatdıra bilirdi. 1904-cü ildə üçüncü kurs tələbəsi Makolevski Kazan Universitetinin 100-illik yubileyində Safoklun Antiqona faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi- adlı əsərinə görə medalla mükafatlandırılmışdır.

Elmi fəaliyyəti

Makovelski 1907-ci ildə Universiteti bitiridikdən sonra fəlsəfə kafedrasında professor dərəcəsi almaq üçün saxlanılmışdı.

Aleksandr Makovelski iş yoldaşlarının əhatəsində (sağdan birinci)

1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi Əxlaq Epikteti böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayiət olunduğu üçün tezliklə mətbuata da yol tapdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir. Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq çətin məsələ idi. Makovelskinin qayıtmasına tanınmış, şöhrətli yazıçı D. Merejkovski və onun arvadı Z. Qippius zamin durmuşdur. Birinci Dünya müharibəsinin başlaması səbəbindən Makovelski elmi işini yarımçıq bıraxmışdır. Müharibənin başlamasından sonra Rusiyaya qayıdan Makovelski Sankt-Peterburq və Moskva şəhərlərində elm-kitabxanalarda işini davam edirdi. 1914-cü ildə Aleksandr Makovelskinin fundamental Sokrataqədərkilər əsərinin I cildi işıq üzü görmüşdür.

A. O. Makovelskinin elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafiyası Bakıda 1964-cü ildə çapdan çıxmışdır. Burada alimin Azərbaycan, rus, alman dillərində çap edilmiş 145, çap edilməmiş 18 elmi əsərinin adı göstərilmişdir.

Əsas elmi əsərləri

  • Родословное дерево научного социализма, пер. с немецкого. Казань, 1906. 16 с.
  • Введение в философию, в. I. Понятие о философии. Казань, 1912. 57 с.
  • Мораль Эпиктета. Казань, 1912. 37 с.
  • Введение в философию, в. II. Проблема познания. Казань, 1913. 67 с.
  • Введение в философию (пять выпусков). Казань, 1917. 342 с.
  • Астрономические учения древних философов (до Платона) (отд. оттиск). Баку, 1925. с. 112–131
  • Воспитание ребенка. Баку, 1940. 11 с.
  • Софисты, в. I. Баку, 1940. 47 с.
  • Софисты, в. II. Баку, 1941. 100 с.
  • Низами о войне. Изв. АзФАН СССР, 1944, № 6, с. 63–71
  • Низами как философ. Труды Ин-та истории и философии АН Азерб. ССР. т. II. 1946, с. 21–27
  • Древнегреческие атомисты. Баку, 1946.401 c.
  • Логика и наука. Изв. АН Азерб. ССР, 1949, № 4, с. 167–170
  • К вопросу о мировоззрении М. Шафи. Труды Института истории и философии АН Азерб. ССР. т. VII, 1955, с. 192–212
  • Авеста. Баку, 1960. 143 с.
  • История логики. Москва, 1967. 502 с.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Makovelski haqqında məlumat. Aleksandr Makovelski nədir? Aleksandr Makovelski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muscari neglectum

  • Fevral 27, 2026

    Şəfəq Əlibəyli

  • Fevral 25, 2026

    Braunşveyq

  • Fevral 27, 2026

    Qiyaslı

  • Fevral 28, 2026

    Abram Hannibal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst