Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Lehvaz

  • Ana Səhifə
  • Vikipediya
  • Lehvaz

Lehvaz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.

Kənd
Lehvaz
38°56′41″ şm. e. 46°12′37″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 16,87 km²
Mərkəzin hündürlüyü 930 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 571 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Lehvaz xəritədə
Lehvaz
Lehvaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən 6 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Meğri rayonunda Lehvaz adlı iki kənd olunmuşdur: Birinci Lehvaz, İkinci Lehvaz. Sonralar bu kəndlər birləşdirilərək Levaz adlı kənd yaranmışdır.

Toponimi

Toponim Strabonun "Coğrafiya" əsərində göstərilən skif tayfalarından olan leh etnonimi ilə türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasında işlənən bayz//bays sözündən əmələ gəlmişdir. Bu söz Azərbaycan toponomiyasında "düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənən bazı formasında da işlənir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

XX əsrin əvvəllərinə aid mənbədə kəndin adı Leqvaz kimidir (yenə orada). Toponim "lək" (bir hörgüclü erkək dəvə, burada dağın kənardan lökün hörgücü formasında olmasını ifadə edir) və qədim türk dillərində bays (vayz) "sıldırım" (bax: Bozabdal) sözlərindən ibarətdir. Deməli, toponim lök dəvə belinə oxşadığına görə "hörgüc formalı sıldırım" mə’nasındadır. Adın "leh" hissəsi Kəlbəcər r-nunda Lök (yerli əhali içərisində Leh və Lev kimi də adlanır) kəndinin və oradakı sıldırım qaya üzərində Alban çarı Artnerseh oğlu Qriqori tərəfindən (IX) əsr tikilmiş Levqala qalasının adında da vardır. Meğriçayın bir qolu da Lehvaz adlanırdı

Əhalisi

Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1886-cı ildə 375 nəfər, 1897-ci ildə 346 nəfər, 1904-cü ildə 525 nəfər, 1914-cü ildə 836 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildən kənd erməni təcavüzünə məruz qalmış, sakinləri qırğınlarla deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 189 nəfər, 1926-cı ildə 145 nəfər, 1931-ci ildə 171 nəfər, 1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənddə yaşayan azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lehvaz haqqında məlumat. Lehvaz nədir? Lehvaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qida

  • Fevral 27, 2026

    Qoşqarçay

  • Fevral 27, 2026

    İnturist

  • Fevral 27, 2026

    Qalxan

  • Fevral 24, 2026

    Peyğəmbər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst