İsmayılov Telman Mərdan oğlu (26 oktyabr 1956, Göyçay) — Rusiyada yaşayan biznesmen və AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi.
| Telman İsmayılov | |
|---|---|
| Telman Mərdan oğlu İsmayılov | |
| Doğum tarixi | 26 oktyabr 1956 (69 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Milliyyəti | Dağ yəhudisi |
| Təhsili |
|
| Fəaliyyəti | iş adamı, sahibkar, maliyyəçi, mesenat[d], qastronomçu |
| Mükafatları | |
Həyatı
Telman İsmayılov 1956-cı ildə Göyçay rayonunda anadan olub.
1973-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil aldığı bildirilir, lakin təhsil müəssisəsi bu məlumatı təkzib edib.
Fəaliyyəti
Telman İsmayılov tərəfindən Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa olunub. 23 may 2009-cu ildə "Mardan Palace" otelinin açılış mərasimi olmuşdur. Otelin açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dünya şöhrətli müğənnilər dəvət olunmuşdur. Otelin tikintisi 1,4 milyard dollara başa gəlmişdir.
Üç oğlu, Ələkbər ,Sərxan,Elxan ailə biznesində fəal iştirak edirlər.
Məlumatlara görə Telman İsmayılov Türkiyənin "Antalyaspor" klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.
Azərbaycandan olan biznesmen Türkiyədə türk vətəndaşlığına keçmək üçün rəsmi müraciət edib. T. İsmayılov Türkiyəni çox sevdiyini və özünün də türk olduğunu bildirib: "Rusiya pasportum var, ancaq Türkiyəyə aşiqəm. Bu səbəblə vətəndaşlığa keçmək üçün müraciət etdim". Telman İsmayılov Avrasiya Yəhudi Kongresinin vitse-prezidentidir. Dağ yəhudilərindən olan Telman İsmayılovun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir.[mənbə göstərilməlidir] İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirmişdir.[mənbə göstərilməlidir]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telman İsmayılov haqqında məlumat. Telman İsmayılov nədir? Telman İsmayılov nə deməkdir?