Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Luarsab Nikolayeviç Andronikov (Andronikaşvili; 14 fevral 1872 və ya 26 fevral 1872, Ojio[d], Tiflis quberniyası – 19 dekabr 1939, Tbilisi) — hüquqşünas, ictima

Laursab Andronikaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Laursab Andronikaşvili

Luarsab Nikolayeviç Andronikov (Andronikaşvili; 14 fevral 1872 və ya 26 fevral 1872, Ojio[d], Tiflis quberniyası – 19 dekabr 1939, Tbilisi) — hüquqşünas, ictimai xadim. Məşhur ədəbiyyatşünas İrakli Andronikov və fizik Elevter Andronikaşvilinin atası.

Laursab Andronikaşvili
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1872(1872-02-14) və ya 26 fevral 1872(1872-02-26)
Doğum yeri
  • Ojio[d], Telavi qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 dekabr 1939(1939-12-19) (67 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Didube panteonu
Vətəndaşlığı Rusiya imperiyası (1917-ci ilə qədər)
Təhsili
  • Birinci Tiflis gimnaziyası,
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti hüquqşünas
Uşaqları
  • Elevter Andronikaşvili,
  • İrakli Andronikov

Mündəricat

Həyatı

Laursab Andronikaşvili mayor Nikolay Vissarionoviç Andronikovun zadəgan ailəsində anadan olub (1836-təx.1882). Laursabın məxsus olduğu Andronikaşvili nəsli Gürcüstanın ən zədim zadəgan soylarındandır. Gürcü əfsanələrinə görə, Andronikaşvili knyaz soyu əvvəlini 1183-1185-ci illərdə Konstantinopolda hökmranlıq edən Bizans imperatoru Andronik Komnenosdan götürür. Onun oğlu Aleksey, atasının ölümündən sonra Gürcüstana sığınmış və burda öz nəsil-şəcərəsinin başlanğıcını qoymuşdur. Gürcüstan salnamələrində bu soyad ilk dəfə 1558-ci ildə çəkilmişdir. Laursab Andronikaşvili zadəgan olması hesabına ən yaxşı təhsil ocaqlarında oxumuşdur.

Laursab Andronikaşvili orta təhsilini Tiflisdə almışdır. Burada Birinci Tiflis Kişi Gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqa yollanmışdır. Laursab Andronikaşvili Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. Təhsilini Almaniyanın Heydelberq və Strasburq Universitetlərinin Fəlsəfə fakültələrində təkmilləşdirir. Andronikaşvili 1897-ci ilin sonunda Rusiyaya qayıdır və universitetdə təhsil almağa davam edir, 1899-cu ildə təhsilini başa vurur.

Laursab Andronikaşvili 18 oktyabr 1899-cu ildən Hüquq üzrə vəkil köməkçisi, 7 yanvar 1906-cı ildən Sankt-Peterburqda hüquq üzrə vəkil vəzifələrində çalışır. 1905-ci ildən Laursab vəkil köməkçisi V.B.Stankeviç ilə birlikdə 150-dən çox siyasi mühakimədə iştirak etmişdir.

Laursab Fevral burjua inqilabını dəstəkləyir. O, 1917-ci ildən sonra müxtəlif təhsil müəssisələrində dərs demişdir. 1919-1920-ci illərdə Tula Ali Pedaqoji İnstitutunda fəlsəfə mövzusunda mühazirə oxuyur. 1920-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçür, burada Dövlət İnstitutunda məhkəmə bəlağəti mövzusunda mühazirələr oxuyur və Xalq Təsərrüfatı Ali Şurasında hüquq məsləhətçisi olaraq xidmət göstərməyə başlayır. Laursab Andronikaşvili 1921-ci ilin payızında birdəfəlik Gürcüstana köçür və burada ölənə qədər təşkil etdiyi Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin professoru olaraq çalışır.

Laursab Andronikaşvili Gürcüstanın ictimai xadimlərinin dəfn edildiyi qəbirstanlıqda Didube panteonunda dəfn edilmişdi.

Ədəbiyyat

  • Макашвили В. Г. Луарсаб Николаевич Андроникашвили (к 110-летию со дня рождения). // Правоведение. Известия высших учебных заведений. — Л., 1982, № 2. — С. 61—68.
  • Троицкий, Николай Алексеевич Адвокатура в России и политические процессы 1866—1904 гг. — Тула, 2000. — С. 141—142.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Laursab Andronikaşvili haqqında məlumat. Laursab Andronikaşvili nədir? Laursab Andronikaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Beretta AR-70

  • Fevral 27, 2026

    Vanq Pao

  • Fevral 27, 2026

    Heydəri

  • Fevral 28, 2026

    Arundinoideae

  • Fevral 27, 2026

    Cekson Van

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst