Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir.
| Şəhər | |||
| Buynaksk | |||
|---|---|---|---|
| Шура Шура Щурагьи Буйнакск | |||
| |||
| |||
| 42°49′ şm. e. 47°07′ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1834 | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 490 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 368220 | ||
| Digər | |||
| buynaksk05.ru | |||
![]() Buynaksk | |||
Tarixi
Mahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir.
Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı. 2010-cu il sentyabrın 5-də Buynaksk rayonundakı hərbi hissəyə hücum olub. Naməlum şəxsin partlayıcı quraşdırılmış maşını hərbi hissənin darvazasına çırpması nəticəsində baş verən partlayış zamanı 5 rus əsgəri ölüb, 30-dan çoxu isə yaralanıb. Lakin sonradan verilən məlumata görə bu hücum nəticəsində ümumilikdə 56 rus hərbçisi öldürülüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buynaksk haqqında məlumat. Buynaksk nədir? Buynaksk nə deməkdir?


