Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehmed Lütfi Kırdar (türk. Mehmet Lütfi Kirdar; 15 mart 1887, Kərkük – 17 fevral 1961, Yassıada) — Türk həkim, dövlət xadimi və hərbçisi. Manisa və İstanbul val

Lütfi Kırdar

  • Ana Səhifə
  • Vikipediya
  • Lütfi Kırdar

Mehmed Lütfi Kırdar (türk. Mehmet Lütfi Kirdar; 15 mart 1887, Kərkük – 17 fevral 1961, Yassıada) — Türk həkim, dövlət xadimi və hərbçisi. Manisa və İstanbul valisi, millət vəkili və səhiyyə naziri.

Lütfi Kırdar
türk. Mehmet Lütfi Kirdar
Türkiyə Cümhuriyyətinin Səhiyyə və Sosial Yardım naziri
26 noyabr 1957 – 27 may 1960
Baş nazirAdnan Menderes
ƏvvəlkiNafiz Körəz
SonrakıNüsrət Qarasu
İstanbul valisi və bələdiyyə sədri
8 dekabr 1938 – 16 oktyabr 1949
ƏvvəlkiMühiddin Üstündağ
SonrakıFəxrəddin Kərim Göyay
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1887(1887-03-15)
Doğum yeri
  • Kərkük, Kərkük mühafəzəsi, İraq
Vəfat tarixi 17 fevral 1961(1961-02-17) (73 yaşında)
Vəfat yeri
  • Yassıada
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Partiya
  • Cümhuriyyət Xalq Partiyası,
  • Demokrat Partiya
Təhsili
  • İstanbul Universiteti Tibb fakültəsi[d]
Fəaliyyəti hərbi həkim, oftalmoloq, diplomat, siyasətçi
Uşağı 2
Hərbi xidmət
Xidmət illəri 1912-1913, 1914-1923
Mənsubiyyəti Osmanlı imperiyası
Türkiyə Cümhuriyyəti
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Türkiyə İstiqlaliyyət müharibəsi,
  • Balkan müharibələri
Rütbəsi ikinci leytenant

Təltifləri "İstiqlal" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gəncliyi

Lütfi Kırdar 1889-cu ildə Kərkükdə Əbdüsəməd bəylə Ayşə xanımın ailəsində anadan olub. 1925-ci ildə ailə quran Lütfi bəyin həyat yoldaşı Hayrunnisə (1904-1960) xanım olub. Onların Ərdəm (1927) və Ünər (1933) adlı iki oğulları dünyaya gəlib. İbtidai təhsilini Kərkükdə alan Lütfi bəy orta təhsilini isə Bağdadda tamamlamış, 1908-ci ildə İstanbula gələrək Tibb fakültəsinə daxil olmuşdur. Balkan müharibəsi başlayanda könüllü olaraq müharibəyə qatılan Kırdar, müharibədən sonra Darülfünun Tibb fakültəsini (1917) bitirir. Əmək fəaliyyətinə Nəcəf Bələdiyyəsinin həkimi olaraq başlayan Lütfi Kırdar Birinci Dünya müharibəsinin başlaması ilə könüllü olaraq orduya qatılır.

Müharibədən sonra Ərzurum konqresinin keçirildiyi günlərdə Atatürkün komandanlığı ilə Ərzurumda mühacirlər üçün Ümumi Sağlamlıq Xidməti müdiri və Qızıl Aypara Sağlamlıq Komitəsinin sədri vəzifələrində çalışmışdır. O, Türkiyənin İstiqlaliyyət müharibəsi zamanı Qızıl Aypara Sağlamlıq və Sanitar Təcili Yardım Qrupunun rəhbəri vəzifəsində də çalışıb. İstiqlaliyyət müharibəsinin hər mərhələsindəki şücaətlərinə görə "İstiqlal" medalı ilə təltif edilib.

Cümhuriyyət dövründəki xidmətləri

Türkiyə İstiqlaliyyət müharibəsindən sonra 1923-cü ildə Vyana və Münxendə oftalmologiya ixtisası üzrə təhsil alıb. 1924-cü ildə Türkiyəyə qayıtdıqdan sonra, İzmir Sağlamlıq Müdirliyinə təyin edilib. Öz istəyi ilə 1933-cü ildə İzmir Məmləkət Xəstəxanasının göz klinikasına təyin olunub. 1935-ci ildə Kütahyadan millət vəkili seçilib. 1935-1936-cı illərdə CHP Balıqəsir İli başçısı vəzifəsində çalışıb. 1936-cı ildə təyin olunduğu Manisa valisi vəzifəsini başa vurduqdan sonra Manisa Şəhər Şurasının qərarı ilə ona fəxri vətəndaş adı verilmiş və adı Turqutluda bir küçəyə verilmişdi. 1938-ci ildə İstanbul valisi və bələdiyyə sədri təyin edilib. O, bu sonuncu vəzifəsində 12 il çalışıb. Onun dövründə İstanbul Hərbiyə İdman və Sərgi Sarayı, Açıq Səma Teatrı, Dolmabağçadakı İnönü Stadionu, Taksim meydanı, Taksim Gəzi Parkı və Atatürk Bulvarı tikilib. 1940-cı ildə Taksim Qışlası söküldü.

Lütfi Kırdarın Zəncirliquyu qəbiristanlığındakı məzarı

O, 1949-cu ildə İstanbul valiliyindən və bələdiyyə sədrliyindən uzaqlaşdırıldı. Həmin ilin dekabrında (1949-1950) keçirilən təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Manisa millət vəkili olaraq TBMM-yə daxil oldu. 1950-ci il mayın 14-də keçirilən parlament seçkilərində qalib ola bilmədi. 1954-cü il seçkilərində Demokrat Partiyasından İstanbulun müstəqil deputatı oldu. 1957-ci ildə yenidən millət vəkili oldu. O, son olaraq Adnan Menderes hökumətində Səhiyyə və Sosial Yardım naziri (1957-1960) vəzifəsində çalışıb. 27 may çevrilişinə qədər də bu vəzifəsində qalıb.

Mayın 27-də həbs edilən Lütfi Kırdar 1961-ci il fevralın 17-də mühakimə olunduğu Yassıadada ürək tutmasından vəfat edib. 19 fevral 1961-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. Ərdəm Kırdar və Ünər Kırdar adlı iki oğlu var.

Xatirəsi

  • Lütfi Kırdar Konqres və Sərgi Sarayı. Şişli, İstanbul.
  • Dr.Lütfi Kırdar Şəhər Xəstəxanası. Kartal, İstanbul.
  • Lütfi Kırdar küçəsi. Başakşəhər, İstanbul.
  • Dr.Lütfi Kırdar İbtidai məktəbi. Güngörən, İstanbul.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lütfi Kırdar haqqında məlumat. Lütfi Kırdar nədir? Lütfi Kırdar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    256 (ədəd)

  • Fevral 27, 2026

    Hüseynbala Ağaverdiyev

  • Fevral 27, 2026

    Klark Qeybl

  • Fevral 27, 2026

    XVII Lüdoviq

  • Fevral 27, 2026

    Timin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst