Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris") — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi v

Oftalmologiya

  • Ana Səhifə
  • Vikipediya
  • Oftalmologiya

Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris") — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsi.

Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkim.

Mündəricat

Tarixi

Oftalmologiya qədim dövrlərdə yaranmışdır. Eramızdan əvvəl II minilliyin ortalarında Misirdə yaşamış göz xəstəliklərini müalicə edən şəfaçılardan biri olan Peni Ank İrinin məzar daşı üzərində həkk olunmuş adı və təsviri bu günə qədər gəlib çatmışdır.

Kornelius Sels (e.ə. I əsr) irisin, siliyer cismin, gözün ön və arxa kameraların mövcudluğunu müəyyən etmişdir. O, həmçinin korluğu 2 hissəyə bölmüşdü: geri dönməz — korluğa səbəb qlaukoma və geri dönən — korluğa səbəb katarakta olanda. Sels XVII-ci əsrin ortalarına qədər istifadə edilən kataraktın azaldılması texnikasını təkmilləşdirmişdir.

Ərəb əsilli həkim İbn əl-Heysəm (Əlhazen, eramızın X—XI əsrləri) Avropada eynəklərin ixtirasına və müasir görmə nəzəriyyələrinin yaranmasına böyük töhfə verən “Optika kitabı”nı yazmışdır. Əbu Əli ibn Sinanın (İbn Sina, eramızın X əsri) məşhur “Tibbi təbabət Kanonu” əsəri 500 ildən artıq müddət ərzində həm ərəb ölkələrində, həm də Avropada göz xəstəliklərinin əsas bələdçisi olmuşdur.

XIX-cu əsrdə müasir oftalmologiyanın inkişafında mühüm rol oynamış ingilis cərrahı Corc Kritçet etdiyi oftalmoloji əməliyyatlar və nəşrləri ilə Avropada şöhrət qazanmışdır.

Xəstəliklər

Dolayı oftalmoskopiya

Oftalmoloqların müalicə etdiyi ən çox yayılmış xəstəliklərin bəzilərinin qısa siyahısı:

  • Katarakta
  • Həddindən artıq göz yaşının axması (göz yaşı kanalının tıxanması)
  • Proptoz (qabarmış gözlər)
  • Tiroid göz xəstəliyi
  • Göz şişləri
  • Ptoz
  • Diabetik retinopatiya
  • Quru göz sindromu
  • Qlaukoma
  • Makula degenerasiyası
  • Retina dekolmanı
  • Endoftalmit
  • Refraksiya xətaları
  • Çəpgözlük (gözlərin düzgün düzülməməsi və ya sapması)
  • Göz travması
  • Orbital sınığı

Alt ixtisaslar

Oftalmologiyaya müəyyən xəstəliklər və ya gözün müəyyən hissələrinin xəstəlikləri ilə məşğul olan alt ixtisaslar daxildir. Onlardan bəziləri bunlardır:

  • Ön seqment cərrahiyyəsi
  • Göz qişası, səthi və xarici xəstəliklər
  • Qlaukoma
  • Neyro-oftalmologiya
  • Göz onkologiyası
  • Okuloplastika və orbit cərrahiyyəsi
  • Oftalmik patologiya
  • Uşaq oftalmologiyası / çəpgözlük (gözlərin düzgün düzülməməsi)

Həmçinin bax

  • Göz xəstəlikləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oftalmologiya haqqında məlumat. Oftalmologiya nədir? Oftalmologiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bəlx

  • Fevral 10, 2026

    Karakas

  • Fevral 15, 2026

    Qiymətli kağız

  • Fevral 23, 2026

    26 yanvar

  • Fevral 23, 2026

    Neft

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst