Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XVII Lüdoviq, Normandiya hersoqu Luis Çarlz (fr. Louis-Charles) və ya vəliəhd Luis Çarlz (1789–1793-cü illərdə) (fr. Louis Charles, fr. Duc de Normandie ya da f

XVII Lüdoviq

  • Ana Səhifə
  • Vikipediya
  • XVII Lüdoviq

XVII Lüdoviq, Normandiya hersoqu Luis Çarlz (fr. Louis-Charles) və ya vəliəhd Luis Çarlz (1789–1793-cü illərdə) (fr. Louis Charles, fr. Duc de Normandie ya da fr. Louis Charles de France; 27 mart 1785[…], Versal – 8 iyun 1795[…], Paris, Birinci Fransa Respublikası) — Kral XVI Lüdovik və Kraliça Mariya Antuanettanın ikinci oğlu. XVI Lüdoviq edam edildikdən sonra, kral tərəfdarları tərəfindən taxtın varisi elan edildi və 1793-cü ildən ölənə qədər Fransa kralı olmuşdur.

XVII Lüdoviq
fr. Louis XVII
Fransa və Navarra kralı
1793 – 8 iyun 1795
Fransa dofeni
4 iyun 1789 – bilinmir
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1785(1785-03-27)[…]
Doğum yeri
  • Versal, Fransa krallığı
Vəfat tarixi 8 iyun 1795(1795-06-08)[…] (10 yaşında)
Vəfat yeri
  • Paris, Birinci Fransa Respublikası
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Sen-Deni bazilikası
Atası XVI Lüdovik
Anası Mariya Antuanetta

Təltifləri "Müqəddəs Ruh" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Louis-Charles adı altında vəftiz edildi. Qardaşı Lui-Cozef inqilabın başlamasından dərhal sonra 1789-cu ilin iyununda öldükdən sonra vəliəhd kimi Normandiya hersoqu titulu almışdır. 10 avqust 1792-ci ildə baş verən xalq üsyanı nəticəsində Fransadakı monarxiya rejiminin süqutundan sonra, kral ailəsinin digər üzvləri ilə birlikdə Parisdəki Le Temple həbsxanasında həbs edilmişdir. Atası 21 yanvar 1793-cü ildə edam edildikdən dərhal sonra sürgün edilmiş fransız zadəganları (émirgés) tərəfindən dərhal Fransa kralı elan edilmişdir.

Bu vaxt, Avstriya və Prussiya ilə müharibə vəziyyətində olan inqilabi hökumətin düşmənləri ilə bazarlığında dəyərli bir girov halına gələn Lüdoviq, 1793-cü il 3 iyulda anasından alındı və Antuan Simon adlı bir satıcıya verildi. Mariya Antuanetta 16 oktyabr 1793-cü ildə gilyotinlə edam edildi. Lüdoviq 1794-cü ilin yanvarında yenidən Le Temple həbsxanasında həbs edildi. Həbsxanadakı pis şərait səbəbiylə səhhəti sürətlə pisləşən Lüdoviqin ölümü yenidən mühüm bir siyasi qüvvəyə çevrilən monarxiya tərəfdarları üçün ağır bir zərbə oldu. Araşdırma nəticəsində Lüdoviqin limfa düyünləri vərəmindən öldüyü aydın oldu.

Lüdoviqin həyatının son dövrü haqqında məhdud məlumatlar müxtəlif şayiələrə səbəb olmuşdur. Bəziləri vəliəhdin əslində ölmədiyini və həbsxanadan qaçdığını, bəziləri isə zəhərləndiyini iddia etdi. Bu iddialar sonrakı illərdə otuzdan çox insanın XVII Lüdoviq olduqları iddiası ilə meydana çıxmasına səbəb oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, XVII Lüdoviq haqqında məlumat. XVII Lüdoviq nədir? XVII Lüdoviq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ürək (insan)

  • Fevral 26, 2026

    Andrea Boçelli

  • Fevral 27, 2026

    E.ə. 534

  • Fevral 27, 2026

    Karl Bernadot

  • Fevral 27, 2026

    Klinika

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst