Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş

Kərkincək qızılquş

  • Ana Səhifə
  • Vikipediya
  • Kərkincək qızılquş

Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Kərkincək qızılquş
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Australaves
Klad:
Eufalconimorphae
Dəstə:
Qızılquşkimilər
Fəsilə:
Qızılquşlar
Yarımfəsilə:
Qızılquşlar
Cins:
Qızılquş
Növ:
Kərkincək qızılquş
Beynəlxalq elmi adı
  • Falco vespertinus L., 1766[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175656
NCBI  56351
EOL  45510790
FW  

Mündəricat

Təsviri

28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır.

Yayılması

Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür. XX əsrin əvvəllərində Muğan düzündə və ortalarında az sayda payız köçündə Qızılağac qoruğu ərazisində qeydə alınmışdır. 2010-cu ildə isə ilk Şirvan Milli Parkının ərazisində 1 cütün yuvalaması qeydə alınmışdır və aparılan monitorinqin nəticələri bu cütün artıq üç ildir ki müntəzəm olaraq ərazidə yuvaladığını göstərir.

Həyat tərzi

Dəniz səviyyəsindən 300–1500 m yüksəkliyə qədər ərazirlərdə yaşayır. Seyrək ağaclıqlar olan düzən ərazilərdə, əkin sahələri və otlaqlara yaxın sahələrdə yuvalayır. Qidasının əsasən iri cücülər, eləcə də kiçik quşlar və məməlilər təşkil edir.

Sayı

Dünya populyasiyası 300,000–800,000 fərd, Avropa populyasiyası isə 26,000–39,000 cüt olaraq qiymətləndirilir. Azərbaycanda yuvalamada cəmi bir cüt məlumdur.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə statusuna malikdir (Vulnerable —həssas növ), CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kərkincək qızılquş sözünün mənası, kərkincək qızılquş haqqında məlumat. kərkincək qızılquş nədir? kərkincək qızılquş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Şahdağ-Şirvan QVK

  • Fevral 27, 2026

    Gülüstan sülhü

  • Mart 06, 2026

    Dəyirman (roman)

  • Fevral 27, 2026

    Şabaş

  • Fevral 27, 2026

    Neymar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst