Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan ed

Dəyirman (roman)

  • Ana Səhifə
  • Vikipediya
  • Dəyirman (roman)

Dəyirman (türk. Değirmen) — Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman.

Dəyirman
Değirmen
Müəllif Rəşad Nuri Güntəkin
Orijinalın dili türk dili
Orijinalın nəşr ili 1944
Tərcüməçi azərb. Vaqif Sultanlı‎
Səhifə 144

Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir.

Mündəricat

Məzmunu

"Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır.

Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.

Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur.

Obrazlar

  • Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam
  • Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan
  • Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu
  • Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan
  • Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan
  • Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru)
  • Rüfət : Bələdiyyənin baş katibi
  • Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə

Nəşr

"Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır. Bundan sonra roman 1958, 1966, 1970, 1977, 1983, 1985, 1987, 1990, 1993, 2004, 2014 və daha sonrakı illərdə nəşr olunmuş, 2017-ci ildə müəllifin "Bütün əsərləri" toplusunun 7-ci cildinə daxil edilmişdir.

Azərbaycan dilinə tərcümə

"Dəyirman" romanı Vaqif Sultanlının tərcüməsində 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən "Yarpaq tökümü" ilə birlikdə 10.000 nüsxədə nəşr olunmuşdur.

Səhnə həyatı

"Dəyirman" romanı Turgut Özakman tərəfindən "Sarıpınar 1914" adı ilə səhnələşdirilmiş və ilk dəfə 1968-ci ildə Ankara Sənət Teatrında (Ankara Sanat Tiyatrosu') tamaşaya qoyulmuşdur.

Filmoqrafiya

1987-ci ildə "Dəyirman" romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyni adlı bədii film çəkilmişdir.

Həmçinin bax

  • Türk ədəbiyyatı
  • Rəşad Nuri Güntəkin

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dəyirman (roman) sözünün mənası, dəyirman (roman) haqqında məlumat. dəyirman (roman) nədir? dəyirman (roman) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Latışlar

  • Mart 06, 2026

    Atiyə Sultan

  • Fevral 25, 2026

    Mühasirə

  • Mart 06, 2026

    Dilarə Kazımova

  • Fevral 27, 2026

    67 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst