Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə öz

Kənan Hacı

  • Ana Səhifə
  • Vikipediya
  • Kənan Hacı

Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.

Kənan Hacı
Doğum tarixi 1975(1975) (50–51 yaş)
Doğum yeri
  • Buzovna, Əzizbəyov rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti esseist, şair, tərcüməçi
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Mündəricat

Həyatı və Fəaliyyəti

Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.

1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. "İki sahil", "Ədalət", "Vətəndaş həmrəyliyi", "Yazar" və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, "Qanun" Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun "Qərib axşamlar" verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.

Mükafatları

  • 2004-cü ildə Müstəqil Media Mərkəzinin "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb.
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Kitab bayramı" yarışmasında "2009-cu ilin Yeni Nəsil yazarı" mükafatını alıb. "Qızıl Qələm" və "Həsən bəy Zərdabi" mükafatları laureatıdır.
  • 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatına layiq görülüb.
  • 2020-ci ildə Orta Asya Yazarlar və Tarixçilər Birliyi tərəfindən Türk Dünyasına xidmətlərə görə "Turan Birliyi" medalına layiq görülüb.
  • 2020-ci ildə həmçinin "Vektor" Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Şahmar Əkbərzadə" adına beynəlxalq mükafata layiq görülüb.
  • 2024-cü ildə "Cəfər Cabbarlı" mükafatına layiq görülmüşdür.
  • 2025-ci ildə "Bəynəlxalq Rəsul Rza" mükafatına layiq görülmüşdür.

Əsərləri

  • 2008-ci il — "Retro yuxular" (Xüsusi buraxılış)
  • 2009-cu il — "Özündən qaçmaq olmur" (şeir)
  • 2010-cu il — "Çəhrayı qan" (nəsr)
  • 2010-cu il — "Quşlar üçün karusel" (nəsr)
  • 2011-ci il — "Yağ kimi" (roman)
  • 2013-cü il — "Atamın sevgilisi" (nəsr)
  • 2013-cü il — "Yaddaş kartı" (memuar-roman)
  • 2014-cü il — "Rəqqasə" (roman)
  • 2015-ci il — "Uzaqdasan, soyuqdur" (şeir)
  • 2015-ci il — "Ədəbiyyatın kulisi" (esselər)
  • 2017-ci il — "Fironun dəftəri" (roman)
  • 2017-ci il — "İki qadını ayıran pəncərə" (nəsr)

Pyesləri

  • 2004-cü il — "Kölgə" (pantomim)
  • 2017-ci il — "Xəlbir və ney"

Tərcümələri

  • Lev Tolstoy – "İnsan nə ilə yaşayır"
  • Umberto Eko – "Naməlum O"
  • "Həyat işığı" (Rus ədəbiyyatından seçmələr)
  • "Əjdahanı necə öldürdülər" (Avropa yazarlarından hekayələr)
  • "Actus reus" (müştərək)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kənan hacı sözünün mənası, kənan hacı haqqında məlumat. kənan hacı nədir? kənan hacı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Sindhicə

  • Fevral 27, 2026

    Dadlıq

  • Fevral 27, 2026

    Smooth Criminal

  • Fevral 27, 2026

    Dionis

  • Fevral 27, 2026

    Repkor

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst