Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kurt Levin (9 sentyabr 1890[…] – 12 fevral 1947[…]) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin

Kurt Levin

  • Ana Səhifə
  • Vikipediya
  • Kurt Levin

Kurt Levin (9 sentyabr 1890[…] – 12 fevral 1947[…]) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır.

Kurt Levin
alm. Kurt Lewin‎
Doğum tarixi 9 sentyabr 1890(1890-09-09)[…]
Vəfat tarixi 12 fevral 1947(1947-02-12)[…] (56 yaşında)
Vəfat səbəbi ürək tutması
Elm sahəsi psixologiya
İş yerləri
  • Kornell Universiteti,
  • Dyuk Universiteti,
  • Massaçusets Texnologiya İnstitutu,
  • Humboldt adına Berlin Universiteti
Təhsili
  • Münhen Lüdviq-Maksimilian Universiteti,
  • Frayburq Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

K. Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır.

Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir. Bir çox hallarda şəxsiyyətdaxili konflikt başqa adamlar tərəfindən yaradılır.

ABŞ-yə gəldikdən sonra Levin qrup differensiyası, ünsiyyət üslubunun tipologiyası problemləri ilə məşğul olur. O təklif edir ki, qrupa dinamik sistem, şəxsiyyətin psixoloji sahəsi kimi baxılmalıdır. İnsanın qrupda sosial davranışı qrupdaxili münasibətlər, qrupdaxili ənənələr, ünsiyyət üslubu ilə formalaşır. Davranış psixoloji sahə və tələbat funksiyası ilə birbaşa bağlıdır. K. Levin demokratik, avtoritar və liberal ünsiyyət üslublarını müəyyən etdi. O həm qrupda liderliyin yaranması məsələlərini öyrənmişdir. Bu sosial psixologiyada yeni bir istiqamətin – qrup dinamikası prosesinin yaranmasını şərtləndirdi. Levinin tədqiqatları şəxsiyyət psixologiyası, sosial psixologiya sahəsində eksperimental metodlardan istifadə etməyin mümkünlüyünü əsaslandırırdı. Beləliklə, geştaltpsixoloqların tədqiqatları yaradıcı təfəkkürdən tutmuş şəxsiyyətin fəallığı kimi çoxsaylı problemləri əhatə edir. Psixikanın öyrənilməsi qavrayışın, təfəkkürün, şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, onların əsaslı fərqini müəyyənləşdirmək imkanı verdi. Onların eksperimental yolla aldıqları nəticələr bu gün də aktual olaraq qalır. Lakin geştaltpsixologiya yeganə psixologiya məktəbidir ki, 30-cu illərdən sonra sıradan çıxdı. Bu, Avropada, xüsusilə də Almaniyada gedən siyasi proseslərin nəticəsində baş verdi.

İstiandlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Kurt Lewin // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  3. Riyazi genealogiya layihəsi (ing.). 1997.

Ədəbiyyat

  • Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
  • Rüstəmov F. A. Qərb pedaqogika tarixi. Bakı, 2003

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kurt Levin haqqında məlumat. Kurt Levin nədir? Kurt Levin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böhran sıxlığı

  • Fevral 27, 2026

    Natiq Cavadov

  • Fevral 27, 2026

    1798-ci il

  • Mart 01, 2026

    Datura leichhardtii

  • Fevral 27, 2026

    Yarasa (operetta)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst