Natiq Hacı oğlu Cavadov (8 mart 1955, Əliağalı, Ağdam rayonu) — Milli Aerokosmik Agentliyinin (MAKA) Müşahidə Şurasının sədri, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü. Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvü. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Milli Təhlükəsizlik və Hərbi elmlər üzrə Ekspert Şurasının sədri.
| Natiq Cavadov | |
|---|---|
| Natiq Hacı oğlu Cavadov | |
| |
| Doğum tarixi | 8 mart 1955 (70 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Elmi dərəcəsi | texnika elmləri doktoru |
| Elmi adı | |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Natiq Cavadov 8 mart 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi bitirmiş, elə həmin il Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-2003-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində texnik, böyük texnik, mühəndis, böyük mühəndis, aparıcı mühəndis, partiya komitəsinin katibi, daha sonra Ağdam "Mikropribor" Elmi-Texniki Kompleksinin baş direktoru və Bakı şəhərindəki Kosmik Cihazqayırma zavodunun direktoru vəzifəsində işləmişdir. 2003-cü ildən 2019-cu ilədək Azərbaycan Respublikası "Sənayeavtomatika" İstehsalat Birliyinin Baş direktoru olmuş, elə həmin il Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2025-ci ildən Milli Aerokosmik Agentliyinin Müşahidə Şurasının sədridir.
Ailəlidir, 2 övladı var.
Elmi fəaliyyəti
1997-ci ildə - texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2010-cu ildən professordur. Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, 2024-cü ildə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. 2025-ci ildən Asiya Elmlər Akadmiyasının akademikidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür.
300-dən artıq elmi məqalənin, o cümlədən 8 monoqrafiya, 5 dərslik, 7 müəlliflik şəhadətnaməsinin, 10-dən çox patent müəllifidir. 100-dən çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya, Latviya, Finlandiya, İtaliya, Danimarka və s. çap edilmişdir.
Elmi dərəcələri
- 1997-ci ildə - texnika elmləri namizədi
- 2007-ci il - texnika elmləri doktoru
- 2010-cu il - professor elmi adı
İctimai fəaliyyəti
- 2009-cu il - "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının redaksiya heyətinin üzvü
- 2011-ci ildən - Moskvada nəşr edilən "Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə" elmi-texniki jurnalının redaksiya heyətinin üzvü
- 2011-ci ildən- Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri
- 2019-cu ildən - Milli Aerokosmik Agentliyinin dövri nəşri olan “AMAKA-nın Xəbərləri” jurnalının baş redaktoru
- 2022-ci ildən - Milli Aerokosmik Agentliyinin dövri nəşri olan “Xüsusi texnika və texnologiyalar” jurnalının baş redaktoru
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Ekspert Şurasının sədri
- 2024- cü ildən - Azərbaycan Mühəndislik Akademiyası, “Mühəndislik və İnnovativ Texnologiyalar Departamenti”nin rəhbəri
- 2024- cü ildən - 2024-cü ildə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü və “Aerokosmik Elmlər və Texnologiyalar” bölməsinin sədri seçilmişdir.
- 2025-ci ildən Asiya Elmlər Akademiyasının akademikidir.
- Beynəlxalq Akademik Akkreditasiya və Atesstasiya Komitəsinin Azərbaycan Respublikası üzrə nümayəndəsi.
Təltif və mükafatları
- "Tərəqqi" medalı – Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə
- "Mühəndislik şöhrəti" medalı - 2011-ci il Beynəlxalq Mühəndislik Akademiyası
- "Fəxri mühəndis" döş nişanı və "20 il xidmətinə görə" qızıl döş nişanı - Azərbaycan Mühəndislik Akademiyası
- “Qızıl ulduz” medalı, “Atatürk” beynəlxalq mükafatı və ilin “Baş Direktoru” beynəlxalq mükafatı - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası
- 10-dan çox beynəlxalq sertifikata layiq görülmüşdür.
Beynəlxalq tədbirlərdə iştirakı
- 20-dan çox beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Hazırladığı kadrlar
- 10-dan çox elmlər doktoru və texnika üzrə fəlsəfə doktoru
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Natiq Cavadov haqqında məlumat. Natiq Cavadov nədir? Natiq Cavadov nə deməkdir?
