Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kunyomi (訓読み, くんよみ, hərfi tərcümədə"}]]}'>hərf. "adi oxunuş"?) — Çin heroqliflərinin mənasına uyğun olaraq yapon dilində oxunuşu, yəni Çin simvollarının yapon d

Kunyomi

  • Ana Səhifə
  • Vikipediya
  • Kunyomi

Kunyomi (訓読み, くんよみ, hərf. "adi oxunuş"?) — Çin heroqliflərinin mənasına uyğun olaraq yapon dilində oxunuşu, yəni Çin simvollarının yapon dilinə tərcüməsi.

Metod kimi

Kunyomi metodu əsasən yerli yapon sözləri (yamato kotoba, 大和言葉 — hərf. "Yamato sözləri") əsasında yaradılmışdır. Bu sözlərə mənaca uyğun Çin heroqlifləri seçilmişdir. Başqa sözlə, kunyomi Çin simvollarının yapon dilinə tərcüməsi kimi qəbul olunur. Bəzi heroqliflərin birdən çox kunyomi oxunuşu ola bilər, bəzilərinin isə heç olmaya bilər.

Məsələn, 東 simvolu "şərq" mənasını verir və onun onyomi oxunuşu "to"dur, lakin yapon dilində heroqliflərdən əvvəl bu istiqaməti ifadə etmək üçün iki söz mövcud idi: higashi və azuma. Bu sözlər həmin heroqlifin kun’yomi oxunuşu kimi qəbul edilmişdir. Digər tərəfdən, 寸 simvolu Çin ölçü vahidini (təxminən 4 sm) göstərir və yapon dilində onun ekvivalenti olmadığı üçün yalnız onyomi oxunuşu ("sun") mövcuddur. Kunyomi yapon sözlərinin heca strukturuna əsaslanır. Əksər isim və sifətlərin kunyomi oxunuşu 2–3 hecadan ibarətdir, fel kunyomiləri isə daha qısadır — 1–2 heca. Bu hal fel formalarını ifadə edən, hiraqana ilə yazılan, lakin fel heroqliflərinin oxunuşunun bir hissəsi hesab olunan okuriqana hərəkatınının nəzərə alınmadığı təqdirdə keçərlidir.

Çox vaxt bir yapon sözünü yazmaq üçün müxtəlif heroqliflərdən istifadə olunmuşdur. Bu, mənanın fərqli çalarlarını əks etdirməyə xidmət etmişdir. Məsələn, "naosu" sözü 治す şəklində yazıldığı halda "sağaltmaq", "[sağlamlığı] düzəltmək" mənasını verir, 直す şəklində yazıldıqda isə "[səhvləri] düzəltmək", "təmir etmək" mənasını ifadə edir. Bəzən fərq açıq görünür, bəzən isə çox incə olur. Məzmun fərqlərini düzgün göstərmək üçün söz bəzən hiraqana ilə yazılır. Məsələn, "moto" (hərf. "əsas") sözünü ifadə etmək üçün beş fərqli heroqlifdən istifadə olunur: 元, 基, 本, 下, 素. Eyni kunyomi oxunuşuna malik heroqliflərin istifadəsindəki incə fərqləri hətta yaponlar üçün də anlamaq çətindir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kunyomi sözünün mənası, kunyomi haqqında məlumat. kunyomi nədir? kunyomi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Roza Eyvazova

  • Mart 06, 2026

    Toxaristan yabquluğu

  • Mart 06, 2026

    Humay 2008-2009

  • Fevral 27, 2026

    Balıqyetişdirmə

  • Mart 01, 2026

    Qövsi Təbrizi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst