əl-Qamusül-muhit (ərəb. القاموس المحيط) — izahlı lüğət. Əsərin əsl adı "əl-Qamusül-muhit vəl-qabəsül-vasit əl-cami lima zəhəbə min lüğətil-Ərəb şəmatit"dir.
| Əl-Qamusül-muhit | |
|---|---|
| ərəb. القاموس المحيط | |
| |
| Müəllif | Firuzabadi |
| Orijinalın dili | ərəb dili |
| Orijinalın nəşr ili | bilinmir |
Müəllif
Əsərin müəllifi ərəb dili, təfsir və hədis alimi olan Firuzabadidir.
Əsər
Əsər hicri 810-cu (1410) ildə tamamlanıb. Okean mənasında olan "qamus" (ərəb. قاموس) sözü, əsərin məşhurlaşmasından sonra lüğət mənasında da işlədilməyə başlanıb. Əsərdə sözlər Cövhəri üslubunda düzülmüşdür. Lüğətdə sözlərin açıqlaması törədiyi həmin kökün altında verilmişdir. Müəllif, ərəb dili lüğətlərində ilk dəfə olaraq qısaltmalardan istifadə etmişdir: "ج" cəm, "ع" yer adı, "د" şəhər adı, "ة" kənd adı, "م" məruf və s. Əsər olduqca bəyənilmiş və istifadə edilmişdir.
Nəşrlər
Əsər, Kəlkətada (I–IV, 1230–1232), Mumbayda (1272/1884), Tehranda (kənarında farsca tərcüməsi ilə birlikdə h.q. 1277), Bulaqda (1289), Ləknəvdə (1885) və İstanbulda (I–IV, 1304) dəfələrlə nəşr edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əl-qamusül-muhit sözünün mənası, əl-qamusül-muhit haqqında məlumat. əl-qamusül-muhit nədir? əl-qamusül-muhit nə deməkdir?
