Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı.

Mauntbetten planı

  • Ana Səhifə
  • Vikipediya
  • Mauntbetten planı

Mauntbetten planı — Böyük Britaniyanın mütəmləkəsi olan Hindistanın iki dominiona (Hindistan İttifaqı və Pakistan) bölünməsi planı.

Britaniya Hindistanı və vassal knyazlıqlar, 1909

Mündəricat

Tarixi zərurət

Hindistanda müstəmləkə zülmünə qarşı mübarizə İkinci Dünya müharibəsindən sonra daha geniş vüsət aldı. Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasətdə ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina edərək kiçik tərəfdaş rolunu oynayırdı. Hərbi-iqtisadi baxımdan Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Vaşinqtonun xeyrinə imtina etdi.

İngiltərədə 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində qalib gələn leyboristlər konservatorlardan fərqli olaraq "Hindistandan getməyin vacibliyi, qaçılmazlığı", "qalmaq üçün getmək" siaysətinin zəruriliyini daha aydın əkildə dərk edirdilər. Liberal tendensiya Hindistanın bütövlüyünü saxlamaq, ideya baxımdan leyboristlərə yaxın olan HMK-ya önəmli hakimiyyət funksiyaları ötürməyə üstünlük verirdi. İngilislərin əlində zəiflədilmiş mərkəzi hakimiyyətin qalması onları Hindistanın bütövlüyünün qarantına çevirirdi, eyni zamanda siyasi elitanın diqqətini, enerjisini yerli problemlərin həllinə yönəldirdi. Hindistanın regional, konfessional, adminstrativ-siyasi əsaslara görə parçalanması müstəmləkəçilərin əsas siyasi xətti idi.

Leyborist hökumətinin lord Petik-Lourens missiyası Hindistanın vahidliyini təmin etmək, İngiltərə ilə sıx əlaqələrini təmin etməyə çalışırdı. Londonda 1946-cı il may ayının 16-da açıqlanan "bütövlük planı" Konstitusiya Assambleyasının fəaliyyətini nəzərdə tutur, məhz liberaların baxışlarını əks etdirirdi. Petik-Laurensin missiyasının fəaliyyəti nəticəsində C.Nehrunun rəhbərliyi altında Hindistanın müvəqqəti hökuməti yaradıldı. Missiyanın planı HMK və Müsəlman Liqası rəhbərliklərinin arasında razılaşmanın əldə edilməsinə imkan verdi, lakin Pakistanın yaradılması ideyası missiyanın uğursuzluqla nəticələnməsinə gətirib çıxardı.

Leyborist hökumət lord Mauntbetteni vitse-kral təyin etdi və 1947-ci il fevralın 20-də yaydığı məlumatda Böyük Britaniyanın 1948-ci ilin iyulunda Hindistandan çıxacağı bildirildi. Mauntbetten Hindistanın gələcək liderlərini Böyük Britaniyanın dominionu statusunda müstəqillik əldə etməyə razı salmağa çalışırdı. Müsəlman Liqasının mövqeyi və hakimiyyət məsələsinin həll edilməməsi HMK liderlərinin Hindistanın iki müstəqil dominiona bölünməsinə razılıq vermələrinə gətirib çıxardı.

Mauntbetten planının qəbul edilməsi və məzmunu

Bölünmə planı ("Mauntbetten planı") Hindistan Milli Konqresi, Müsəlman Liqası, siqh icmasının razılığı əldə edildikdən sonra İngiltərə hökuməti tərəfindən 1947-ci il 3 iyunda parlamentə təqdim olundu. Parlamentin qəbul etdiyi qanun 18 iyul 1947-ci ildə kral tərəfindən təsdiq olundu, 14 avqustda Pakistan, 15 avqustda Hindistаn dominionunun yaradıldığı elan olundu.

Mauntbetten planında Hindistаnın iki dominionа (Hindistаn İttifаqı və Pаkistаn) bölünməsi bаrədə müddəаlаr öz əksini tаpdı:

  1. Hindistandа iki dominion yаrаnır: Hindistаn İttifаqı və Pakistan.
  2. Benqaliya və Pəncabın dini göstəricilərə görə bölünməsi hindus və müsəlman əhаlisinin üstünlük təşkil еtdiyi vilаyətlərdən sеçilmiş dеputаtlаrın аyrı-аyrılıqdа səs vеrməsi ilə həyаtа kеçiriləcək.
  3. müsəlmanlаrın yаşаdığı Şimаl-Qərb sərhəd vilаyətləri və Silhеt (Аssаm) dаirəsində rеfеrеndum kеçiriləcək.
  4. Sindin tаlеyi vilаyət qаnunvеrici оrqаnındа kеçiriləcək səsvеrmə nəticəsində müəyyən olunacaq.
  5. Knyаzlıqlаrın bu dominionlаrdаn birinin tərkibinə dахil оlmаsı səlаhiyyəti оnlаrın hаkimlərinə аiddir.
  6. Təsis yığıncаqlаrı iki dominionun təsis yığıncаğınа bölünür və оnlаr hər iki dövlətin stаtusunu müəyyən edirlər.

Xarici keçid

  • Indian Independence Bill,1947
  • "Indian Independence Act 1947 (c.30)" (PDF). Original Statute from The UK Statute Law Database. Office of Public Sector Information, National Archives, UK. İstifadə tarixi: 30 aprel 2010.
  • . Revised Statute from The UK Statute Law Database. Office of Public Sector Information, National Archives, UK. 15 oktyabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2008.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mauntbetten planı sözünün mənası, mauntbetten planı haqqında məlumat. mauntbetten planı nədir? mauntbetten planı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    31 (ədəd)

  • Fevral 27, 2026

    Adam oğurluğu

  • Fevral 27, 2026

    Funafuti

  • Mart 01, 2026

    Dryopteris filix-mas

  • Mart 01, 2026

    Sevilya bərbəri

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst