Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kumandılar (özlərini къуманды, къубанды, къуўанды, къувандыг adlandırırlar) — türk xalqı. Xalq olaraq, Rusiyanın Altay diyarı, Altay Respublikası və Kemerovo vi

Kumandılar

  • Ana Səhifə
  • Vikipediya
  • Kumandılar

Kumandılar (özlərini къуманды, къубанды, къуўанды, къувандыг adlandırırlar) — türk xalqı. Xalq olaraq, Rusiyanın Altay diyarı, Altay Respublikası və Kemerovo vilayəti ərazisində geniş yayılmışlar.

Kumandılar
özlərini къуманды, къубанды, къуўанды, къувандыг
Ümumi sayı
2900
Yaşadığı ərazilər
Rusiya Rusiya 2892 (2010)
Dili

Kumandin dili

Daxildir
Türk xalqları
Qohum xalqlar

Tubalar, Çelqanlar

Mündəricat

Tarixi

2002-ci ildə Kumandılar müstəqil xalq olaraq qeydə alınmışdır. 1926-cı ildə RSFSR dönəmində aparılan siyahıya alınma zamanı burada cəmi 6327 Kumandı aşkarlanmışdır. Onların hamısı Sibir diyarı ərazisində yaşayırdılar. Onlar əsasən Biyski dairəsində 4948 nəfər, Oyrat muxtar vilayətində isə 1384 nəfər təşkil edirdi. Bu siyahıya alınma zamanı onlar Altaylılara aid bir qrup hesab edilirdi.

2000-ci ildə Rusiya hökuməti tərəfinfən Kumandılar 24 mart № 255 qərarla Rusiya ərazisində yaşayan köklü xalq olduğu təstiqlənir.

Genetikası

Xromosonları: Y-xromoson. Subpapulyasiyası isə R1b-M73 (49%) mutansiyasına aid edilir. Bundan əlavə R1a, N1b və N1c qrupları müəyyən edilmişdir.

Sayları

2002-ci ildə aparılan siyahıya alınma görə sayları:

  • Altay diyarı (Biya çayı hövzəsi: Biya rayonu, Krasnoqorski rayonu, Soltonski rayonu) — 1663 nəfər;
  • Altay Respublikası (Turoçak rayonu) — 931 nəfər;
  • Kemerovo vilayəti — 294 nəfər;
  • Rusiyanın digər ərazilərində — 226 nəfər.

Bütün Rusiyada — 3114 nəfər.

Yaşayış yerlərinə görə yerləşmələri:

Altay diyarı:

Biysk şəhəri: 658 nəf.;

Krasnoqorskoye kəndi: 217 nəf.;

Solton kəndi: 136 nəf.

Altay Respublikası:

Qorno-Altaysk: 438 nəf.

Dilləri

Kumandin dili Altay dil ailəsinin Türk qrupuna aid edilir. Bu dil Şimali-Altay dillərinə daxildir. Bəziləri isə bu dili Şimali-Altay dillərinin bir dialekti hesab edirlər. Rəsmi olaraq Kimandılar və onların dili müstəqil dil, xalq olaraq tanınmışdır. Bəzi alimlər isə onları Altaylılara aid edərək altaylıların formalaşmasında iştirak edən etnos, dillərini isə dialekt hesab edirlər

İcma

1990-ci illərdə kumandılar müstəqil xalq olması təstiqləndikdən sonra milli ərazi icmaları yaradılır. Bunlara misal kimi Krasoqorski və Solton rayonunda Şatobalski milli kənd sovetləri yaradılır. 1999-ci ildə Qorno-Altaysk şəhərində «Kumandılr xalqının dirçəlişi» adlı ictimai hərəkat başlayır.

Altay diyarı ərazisində «İstok» (Biysk) və «Kаrdаş» (Barnaul) icmaları yaradılır. Buna baxmayaraq bütün Kumandılar bir təşkilatda birləşməmişlər. Xalqın yox olma təhlükəsi yüksəkdir. 2007-ci ildə Qorno-Altayskda «Şimali Altay xalqlarının mədəniyyəti» adlı konfrans keçirilmişdir.

Ədəbiyyat

  • Кумандинцы // Сибирь. Атлас Азиатской России. — М.: Топ-книга, Феория, Дизайн. Информация. Картография, 2007. — 664 с. — ISBN 5-287-00413-3.
  • Кумандинцы // Народы России. Атлас культур и религий. — М.: Дизайн. Информация. Картография, 2010. — 320 с. — ISBN 978-5-287-00718-8.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kumandılar haqqında məlumat. Kumandılar nədir? Kumandılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cini indeksi

  • Fevral 27, 2026

    Hebei

  • Fevral 27, 2026

    Frankenşteyn

  • Fevral 24, 2026

    Kömür

  • Fevral 27, 2026

    Qafqaz səfəri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst