Göytala (əvvəlki adı: Qanaçtala)— Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Göytala kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
| Göytala | |
|---|---|
| |
| 39°40′41″ şm. e. 46°36′53″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Şuşa rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.314 m |
| Saat qurşağı |
|
![]() Göytala | |
Toponimikası
XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kəndi Qanaçtala adlandırmışdılar (qanaç erm. "göy, yaşıl" deməkdir). 1991-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Kənd salındığı ərazinin adını daşıyır. Göytala "yaşıl çəmən" deməkdir.
Tarixi
Bu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.
Coğrafiyası və iqlimi
Kənd Yağlıdərəçayın (Həkəri çayının qolu) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.
Xarici keçid
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göytala haqqında məlumat. Göytala nədir? Göytala nə deməkdir?

