Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını

Kot-d’İvuar

  • Ana Səhifə
  • Vikipediya
  • Kot-d’İvuar

Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, Liberiya və Qvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur.

Kot-d'İvuar Respublikası
République de Côte d'Ivoire
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"Union - Discipline - Travail"
"Birlik, İntizam və çalışqanlıq"
Himn: L'Abidjanaise
Tarixi
 • Müstəqillik 7 Avqust 1960
Rəsmi dili Fransızca
Paytaxt Yamusukro (de-yure)
Abican (de-fakto)
Ən böyük şəhəri Abican
İdarəetmə forması Respublika
Prezident Alassan Uattara[ 4.XII.2010 ~]
Sahəsi Dünyada 69-cu
 • Ümumi 322463 km²
 • Su sahəsi (%) 1,4
Əhalisi
 • Əhali (2016) 23,5 milyon nəfər (56-cı)
 • Siyahıyaalma (15.V.2014) 22.261.331 nəf.
 • Sıxlıq 72 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2015) 78,6 milyard $ dollar  (92-ci)
 • Adambaşına 3 300 $ dollar  (183-cü)
ÜDM (nominal)
 • Ümumi (2008) 23,508 milyard $ dollar  (98-ci)
 • Adambaşına 1.132 $ dollar  (89-cu)
Valyuta Qərbi Afrika CFA frankı (XOF)
İnternet domeni .ci
ISO kodu CI
Telefon kodu 225
Saat qurşaqları GMT +0
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kot-d'İvuar dövlətinin regionları

Mündəricat

Ölkə adı

Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir.

Coğrafiya

Kot-d'İvuarın xəritəsi

Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var.

Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir. Ölkənin ən yüksək nöqtəsi Qvineya sərhədinin yaxınlığında yerləşən 1.752 m yüksəkliyə sahib olan Nimba Dağıdır. Ölkənin şimal bölgəsinin bir hissəsi Yuxarı Qvineya Yaylaları olaraq adlandırılan bölgədə yerləşir. Bundan başqa qalan bölgələrdə orta yüksəklik 200 m-dən 350 m arasında dəyişir.

Əhali

Fil dişi Sahilində son olaraq 2014-cü ildə həyata keçirilən rəsmi əhalinin siyahıyaalınma nəticələrinə görə 22.671.331 əhali müəyyən edilmişdir. Bu son rəsmi siyahıyaalınma nəticəsi olub, 2015 təxmini sayma nəticələrinə görə ölkədə 23.295.302 əhali yaşadığı təxmin edilmişdir.

Fil Dişi Sahili gənc bir əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 58,89%-i 0–24 yaş aralığındadır. Ölkənin yalnız 3,34%-i 65 yaş və yuxarıdır.

0–14 yaş : 37,94% (kişi 4,456,646 / qadın 4,381,907)
15 −24 Yaş : 20,95% (kişi 2,459,156 / qadın 2,420,284)
25 −54 Yaş : 33,53% (kişi 3,997,615 / qadın 3,812,563)
55 −64 Yaş : 4,25% (kişi 495,177 / qadın 493,854)
65 Yaş və üzəri : 3,34% (kişi 375,276 / qadın 402,824)

Dil

Ölkənin tək rəsmi dili Fransızcadır. Bu dilidən başqa ölkə daxilində 77 fərqli dil danışılmaqdadır. Bu dillər arasında baule və diula ən geniş istifadə edilən dillərdir. Bundan başqa yerli etnik əsaslı Senufoca, Yacoubaca, Anyice, Attiece, Kulangoca, Tagwanaca və Lobice kimi fərqli dillərdən də istifadə edilir. Rəsmi dilidən başqa açıq ara danışıq dili Dioulacadır. Ölkə əhalisinin 61%-i bu dili bilir və danışır. Xüsusilə ölkənin şimal hissəsində geniş yayılan dil, eyni zamanda ticarət dili olaraq da istifadə edilir. Ancaq ölkənin Fransa koloniyası olmasından sonra ölkədə rəsmi olaraq istifadə dil Fransızcadır.

Din

Ölkə daxilində İslam ən geniş yayılmış din mövqeyində olub, əhalinin 40,2%-i bu dinə inanır. Ölkənin ən geniş yayılmış ikinci din isə 38,7% ilə Xristianlıq dinidir. Bunun içərisində katolik məzhəbinə mənsub xristianların nisbəti 19,3%, protestant məzhəbinə mənsubları 19,3% səviyyəsindədir. Bu iki dindən başqa 2011–2012 məlumatlarına görə yerli Afrika dinlərinə inananlarıdan başqa hər hansı bir dinə mənsub olmadığını bəyan edən kiçik bir qrupda mövcuddur.

     Kot-d'İvuar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kot-d’İvuar haqqında məlumat. Kot-d’İvuar nədir? Kot-d’İvuar nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      Torpaq

    • Fevral 26, 2026

      Telavi

    • Fevral 23, 2026

      21 aprel

    • Fevral 25, 2026

      Liberalizm

    • Fevral 26, 2026

      Trias

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst