Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bankə

  • Ana Səhifə
  • Vikipediya
  • Bankə

Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Bankə
39°24′50″ şm. e. 49°14′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7911 (2020) nəfər
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4713
Bankə xəritədə
Bankə
Bankə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
H.Z.Tağıyev adına Bankə Balıq Kombinatının tarixi inzibati binası

Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir.

Kür çayının sol sahilində, Cənub–Şərqi Şirvan düzündədir.

Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb.

Mündəricat

Tarixi

Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub.

1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859–1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.

XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir. Kalaşev yazır ki, Şimal–şərqi Bankənin sağ sahilində Qobu çala və Neft çala adlı istismar olunmayan duz gölləri var.

1918-ci il soyqırımı zamanı Kür çayına daxil olan erməni hərbi birləşmələri Bankədən ... – Qaraqaşlıya qədər hərəkət etmişdilər... Aşağı Surra–Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılması məqsədəmüvafiq bilinmişdi. Türk–Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.

1935-ci ildən şəhər tipli qəsəbədir: I Mayak, Yenikənd, Qırmızı Şəfəq, Sübh, Uzunbabalı, Müşfiq, Nord-Ost Qoltuq, II Mayak kəndləri kimi ətrafdakı yaşayış məntəqələri Sovet dövründə Bankə İƏD-ə daxil olub.

Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6–8 km aralı Nord-Ost Qoltuq kəndi yaxınlığında şirli qırmızı rəngli gil qablar, anqoblanmış bədii–saxsı məmulatının irili–xırdalı qırıqları aşkar etmişdir.

Rus molokanlar 1990-cı illərə qədər Neftçala şəhərində, o cümlədən Bankədə və Qoltuqda, Kür dili adasında kompakt şəkildə yaşayırdılar.

Toponimikası

Bankə suyun içərisində yüksək yer deməkdir. Eyni zamanda dənizin nisbətən dayaz yerlərinə də bankə deyirlər. Bu cür yerlər dənizdə gəmiçilik üçün çox təhlükəlidir. Vaxtilə qəsəbənin yerləşdiyi ərazi tamamilə su ilə əhatəli olub. Sonra dəniz tədricən geri çəkilməyə başlayıb. Su aşağıya endikcə torpaq sahə üzdə qalıb. Bankə Neftçalanın içində adaya bənzəyir.

Bank/banka "sahil", "dayaz yer", "kiçik boğaz" və ya dənizin dayaz yerlərindən ibarət olan sahəsi (Xəzər dənizində Kür bankəsi) mənası bildirən Hind–Avropa mənşəli sözdür. Geniş Avrasiya arealında rast gəlinir. Bankə həmin sözün yerli tələffüzə uyğunlaşdırılmış variantıdır. 1933-cü ildə Banq–mədən variantında qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Bankə qəsəbəsinin iqlimi quru səhra və yarım səhra iqlimidir. Kür çayı və ona yaxın ərazilərdə geniş əkinçilik tarlaları və otlaqlar var. Xəzər dənizinə yaxın ərazilərin torpaqları şorandır. Ümumiyyətlə qəsəbə dəniz səviyyəsindən 26 və ya 28 metr aşağıdır. Burada yağış ildə 250–400 mm düşür. Qışı mülayim və çoxda soyuq olmur.

Əhalisi

Neftçala Rayon İcra Hakimiyyətinin məlumatlarına əsasan 2024-cü ildə Bankə qəsəbə əhalisinin sayı 7120 nəfər olmuşdur.

1959197019791989
7260619863986003

İqtisadiyyatı

Bankə qəsəbəsində vaxtı ilə SSRİ dövründə fəaliyyət göstərən və o dövrün böyük kombinatlarından biri olan Bankə Balıq Kombinatı fəaliyyət göstərib. Kombinat hal–hazırda fəaliyyət göstərmir.

Əhali əsasən bağçılıq, heyvandarlıq və fərdi balıqçılıqla, qismən isə mikro sahibkarlıqla (ticarət) məşğul olur.

Din

Qəsəbədə "İmam Həsən" məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

Vikianbarda Bankə ilə əlaqəli mediafayllar var.
  • Bankə apteki

Həmçinin oxu

  • Əlisəfa Məmmədov — "Qarayazı düzündən Xəzər dənizinədək" (1979).
  • Pirağa İsmayılzadə — "Muğanın təsərrüfat həyatı" (2009).
  • Zoya Nuriyeva — "Azərbaycan sənayesində milli burjuaziya" (1999).
  • Azər Turan — "Darülmöminin" (2012).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bankə haqqında məlumat. Bankə nədir? Bankə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Pənahəli xan

  • Fevral 23, 2026

    14 oktyabr

  • Fevral 23, 2026

    Krit buğası

  • Fevral 23, 2026

    Sıxlıq

  • Fevral 23, 2026

    Edinburq Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst