Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstantin İvanoviç Sençixin (rus. Константин Иванович Сенчихин 1905, Bakı – 1985, Bakı) — Azərbaycan SSR əməkdar memarı, Bakı şəhərində bir çox binaların müəll

Konstantin Sençixin

  • Ana Səhifə
  • Vikipediya
  • Konstantin Sençixin

Konstantin İvanoviç Sençixin (rus. Константин Иванович Сенчихин 1905, Bakı – 1985, Bakı) — Azərbaycan SSR əməkdar memarı, Bakı şəhərində bir çox binaların müəllifi, Bakımetrolayihənin direktoru, "Yalançı Bakı" layihəsinin memarı.

Konstantin Sençixin
rus. Константин Сенчихин
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1985(1985) (79–80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  SSRİ
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Əsas tikililəri Artistlər Evi
Monolit
"Dinamo" İdman Kompleksi
Gənclik metrostansiyası
20 Yanvar metrostansiyası
Şəhərsalma layihələri "Yalançı Bakı" layihəsi
Mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı "Qırmızı əmək bayrağı" ordeni

Gənclik, Xətai və 20 yanvar metrostansiyalarının memarıdır.

Mündəricat

Həyatı və fəaliyyəti

Sençixin Konstantin İvanoviç 1905-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Mikayıl Hüseynov və Sadıq Dadaşovla eyni qrupda təhsil alıb.

Sençixinin ilk işi Sabunçuda tikilmiş fabrika mətbəxdir. Bu həm də onun diplom işi idi. Daha sonra onun layihəsi ilə Suraxanıda da fabrika-mətbəx tikilir. Tikilmiş fabrika-mətbəxin şəkilləri 1934-cü ildə "Arxitektura SSSR" jurnalının 6-cı sayında yayımlanır.

Fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhərində onun layihələri əsasında Azərbaycan Tibb İnstitutunun binası, "Dinamo" İdman Kompleksi, Azərbaycan Müdafiə Nazirliyinin binası, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış və inzibati binalar kompleksi, Lökbatan Mədəniyyət Sarayı, Monolit və Artistlər Evi tikilib.

"Yalançı Bakı" layihəsi

İkinci Dünya müharibəsinin ilk günlərindən Bakını və buradakı çoxsaylı sənaye obyektlərini hava hücumlarından qorumaq üçün bütünlüklə paytaxtın maskalanması ideyası aktuallaşır. SSRİ Dövlət Müdafiə Komitəsinin Baş Qərargahı bununla bağlı qərar qəbul edərək Konstantin Sençixini Bakı şəhərinin maskalanması xidmətinə rəis təyin edir. Şəhəri maskalamaq üçün və şəhərdəki binaları havadan müşahidə etmək üçün onun ixtiyarına bir təyyarə də ayırırlar.

Nəticədə Bakıdan 30 km aralıda Konstantin Sençixinin rəhbərliyi ilə yalançı Bakı layihəsi reallaşdırılır. Burada düşmən təyyarələrini aldatmaq üçün maketlərdən yeni şəhər tikilir, hətta avtomobillərin, şəhər tramvaylarının, qatarların hərəkətini imitasiya edən konstruksiyalar da qurulur. Yaradılan Yalançı Bakı layihəsi mərkəz tərəfindən də bəyənilir. Konstantin Sençixin bu layihə barədə bunları deyib:

" Fikirləşirdim ki, məni yerimdəcə güllələyəcəklər. Hamının təəccübünə səbəb olan səhnə yaşandı - Moskvadan gəlmiş general mənə yaxınlaşdı, əlimi sıxdı və dedi: “Ölkəmiz üçün hazırladığınız çox yaxşı və unikal layihəyə görə sağ olun. Bu, o qədər realdır ki, hətta mən də bilərək ki, gördüyüm real Bakı deyil, fərqləri hiss edə bilmədim”. Həmin an mən hiss etdim ki, son günlərdə yaşadığım gərginlik necə birdən-birə yoxa çıxdı. Azadolma hissi o qədər güclü idi ki, həmin gün barədə daha heç nəyi, hətta evə necə gəlib çatdığımı da xatırlamıram. "

Bakı metrosu

Azərbaycan poçt markası

Konstantin Sençixin uzun illər "Bakımetrolayihə"-yə rəhbərlik edib. Birinci xəttin texniki layihəsi hazır olduqdan sonra Sençixin Moskvaya SSRİ Nəqliyyat Nazirliyinə layihəni təqdim etmək üçün gedib. Lakin iclasda nazir təklif edib ki, metroya ayrılan xərclər platformaların uzunluğunu və vaqonların sayının azaltmaqla azaldılsın. Lakin Sençixin bununla razılaşmır o qeyd edir ki, Bakı sənaye şəhəridir və əhalisi sürətlə artır indi pula müəyyən qədər qənaət etmək sonradan xərclərin daha da artmasına səbəb olacaq. Əhali artdıqca platformaları və stansiyaları da böyütməyə, vaqonları artırmağa ehtiyac yaranacaq. Mövcud stansiyanın böyüdülməsi isə daha çox xərc aparır nəinki yeni stansiyanın tikilməsi. Bununla da o naziri razı sala bilir və istədiyi məbləği alır.

Birinci xəttin inşası bitdikdən sonra Sençixin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Gənclik, Depo, Xətai və 20 yanvar metrostansiyaları Sençixinin layihələri əsasında tikilib. Onun son işi 20 yanvar metrostansiyası olub. Bu stansiyanın layihəsini o Tokay Məmmədovla birgə hazırlayıb. Xəstə olduğu üçüb stansiyanın layihəsini də xəstəxana da işləyib.

1985-ci ildə Bakıda dünyasını dəyişib.

Xatirəsi

2017-ci il iyunun 22-də Azərmarka tərəfindən Azərbaycan Memarlar İttifaqının sifarişi ilə Konstantin Sençixinin təsvir edildiyi marka çap edilib.

Memarı olduğu binalar

  • Monolit
  • "Dinamo" idman sarayı (İndiki Dinamo hoteli)
  • Atistlər evi
  • Azərbaycan Tibb İnstitutunun binası
  • Azərbaycan Müdafiə Nazirliyinin binası
  • Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış və inzibati binalar kompleksi
  • Lökbatan Mədəniyyət Sarayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Sençixin haqqında məlumat. Konstantin Sençixin nədir? Konstantin Sençixin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Brahmaputra çayı

  • Fevral 25, 2026

    Rotterdam

  • Fevral 27, 2026

    Musiqili film

  • Fevral 27, 2026

    Tədqiq

  • Fevral 25, 2026

    Harri Trumen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst