Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan t

Brahmaputra çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Brahmaputra çayı

Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır.

Brahmaputra çayı
Sanskritcə ब्रह्मपुत्र)
Assamca ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô
Xəritə
Ölkə
  •  Hindistan
  •  Çin
  •  Banqladeş
  •  Nepal
Mənsəbi Qanq
Uzunluğu
  • 2.900 km
Su sərfi 19.500 m³/san
Hövzəsinin sahəsi 651.334 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır, Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur. Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür.

Təxminən 4,696 km (2,918 mil) uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada). Yazda Himalaydakı qarın əriməsi nəticəsində çayda fəlakətli daşqınlar baş verir. Suyun orta axın sürəti 19.800 m³/san olan çayda daşqınlar zamanı bu rəqəm təxminən 100.000 m³/san-ə yüksəlir. Çay eyni zamanda dünyada bor hadisəsinin baş verdiyi nadir çaylardan biridir.

Ərazidə 8.000 m-dən yuxarı olan yeganə zirvə Kançencaqra (8.586 m) olduğundan bura Brahmaputra hövzəsindəki ən yüksək nöqtədir. Çayın yuxarı axını uzun müddət məlum olmamış və yalnız 1884–1886-cı illərdə Yarlunq Tsanqponun başçılıq etdiyi ekspedisiya tərəfindən müəyyən edilmişdir. Buna görə də çayın bu hissəsi tez-tez Tsanqpo-Brahmaputra olaraq adlandırılır.

Çayın aşağı axını isə hindular üçün müqəddəsdir. Hindistan yarımadasındakı bir çox çayın adı qadın adı olduğu halda, yeganə olaraq bu çay kişiyə istinadən belə adlandırılmışdır. Brahmaputra Sanskrit dilində "Brahmanın oğlu" deməkdir.

Həmçinin bax

  • Qanq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Brahmaputra çayı haqqında məlumat. Brahmaputra çayı nədir? Brahmaputra çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəngəzur qəzası

  • Fevral 27, 2026

    Mümtaz Soysal

  • Fevral 27, 2026

    Cəmil Həsənli

  • Fevral 27, 2026

    Ceyhun Bayramov

  • Fevral 27, 2026

    Qovun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst