Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konstantin Konstantinoviç Rokossovski (pol. Канстанцін Ксавер'евіч Ракасоўскі; 9 (21) dekabr 1896 – 3 avqust 1968[…], Moskva) - sovet və polyak hərbi sərkərdəsi

Konstantin Rokossovski

  • Ana Səhifə
  • Vikipediya
  • Konstantin Rokossovski

Konstantin Konstantinoviç Rokossovski (pol. Канстанцін Ксавер'евіч Ракасоўскі; 9 (21) dekabr 1896 – 3 avqust 1968[…], Moskva) - sovet və polyak hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1944), Polşa marşalı (1949). 1945-ci ildə Qələbə paradına komandanlıq etmişdir. İkinci dünya müharibəsinin dahi sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanıdır (1944, 1945).

Konstantin Rokossovski
rus. Константи́н Константи́нович (Ксаве́рьевич) Рокоссо́вский
Şəxsi məlumatlar
Doğum tarixi 9 dekabr 1896
Doğum yeri Varşava,  Polşa
Vəfat tarixi 3 avqust 1968 (71 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Kreml divarı nekropolu
Vətəndaşlığı
  •  SSRİ
  •  Polşa Xalq Respublikası
Təhsili
  • M. V. Frunze adına Hərbi Akademiya
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Rusiya İmperator Ordusu, Qızıl Ordu
Xidmət illəri –1962
Rütbəsi Marşal
Komandanlıq edib
  • Polşa Silahlı Qüvvələri
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Rusiyada vətəndaş müharibəsi,
  • Çin-Sovet münaqişəsi (1929),
  • Böyük Vətən müharibəsi
Təltifləri Sovet İttifaqı QəhrəmanıSovet İttifaqı Qəhrəmanı
"Qələbə" ordeni "Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni"Lenin" ordeni"Qırmızı bayraq" ordeni"Qırmızı bayraq" ordeni"Qırmızı bayraq" ordeni"Qırmızı bayraq" ordeni"Qırmızı bayraq" ordeni"Qırmızı bayraq" ordeni"Moskvanın 800 illik xatirəsinə" medalı Suvorov ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Konstantin Rokossovski 21 dekabr 1896-cı ildə Varşavada doğulmuşdur. Milliyətcə polyakdır.

İkiqat Sovet İttifaqı qəhrəmanı adı aldıqdan sonra doğum yeri kimi "Velikiy Luka"nı göstərməyə başlayır. Həmin yerdə Rokosovskinin büstü qoyulmuşdur. 27 dekabr 1945-ci ildə yazılmış qısa tərcümeyi-hala əsasən Rokosovski "Velikiy Luka"da anadan olmuşdur. Atası Ksaveriy Yozef Rokosovski Varşava dəmir yollarında müfəttiş olmuşdur. Atası onu Anton Laqun adına pullu texniki peşə məktəbinə göndərsə də, 1902-ci ildə atası vəfat edir. O zaman Rokosovskinin 6 yaşı var idi. Sonralar Konstantin şirniyyatşı köməkçisi, stomotoloq köməkçisi və daş yonan kimi işləmişdir. 1911-ci ildə anası vəfat etmişdir. Biliklərini artırmaq məqsədilə Rokossovski rusca və polyak dilində xeyli kitab oxumuşdur.

Sovet İttifaqı marşalı Konstantin Rokossovski (1896-1968) Azərbaycan SSR KP MK-ya məktubunda yazırdı:

"Cəsur şahinlərin hər zərbəsində, hünərvər sovet tankçılarının hər bir yürüşündə, alman faşistlərinin hərbi qüvvələri üzərindəki hər qələbədə uğurun mühüm bir hissəsi Bakı neftçilərinə məxsusdur".

Həbs olunması

27 iyun 1937-ci ildə "sinfi sayıqlıq hissini itirdiyiə görə" kommunist partiyası sıralarından xaric edilir. Şəxsi işində onun K.A. Çaykovski ilə əlaqəli olması ilə bağlı məlumat qeyd edilmişdi. 22 iyul1937 -ci ildə Qızıl Ordudan kənaşlaşdırılır. Kəşfiyyat qərargahının rəisi ifadəsində bildirmişdir ki, Rokosovski 1932-ci ildə yapon hərbi missiyasının rəhbəri Mititaro Komatsubara ilə görüşmüşdür. 1937-ci ildə Rokosovskinin yapon və polyak kəşfiyyatı ilə əlaqəli olması ilə bağlı şərlənərək Leninqradda (indiki Sankt-Peterburq) həbs edilir. Rokosovskini kötükçəsinin sözlərinə əsasən o, həbsdə işgəncələrə məruz qalmışdır. Onun bir neçə dişini vurub salmış, qabırğalarını sındırmış, ayaqlarına çəkiçlə vurmuşlar.

Təltifləri

  • "Oələbə" ordeni (№ 6 — 30.03.1945)
  • Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı - 2 medal - (29.07.1944, 1.06.1945)
  • "Lenin" ordeni - 6 orden - (16.08.1936, 2.01.1942, 29.07.1944, 21.02.1945, 26.12.1946, 20.12.1956, 20.12.1966)
  • "Oktyabr inqilabı" ordeni - (22.02.1968)
  • "Qırmızı Bayraq" ordeni - 6 orden - (23.05.1920, 2.12.1921, 22.02.1930, 22.07.1941, 3.11.1944, 6.11.1947)
  • I dərəcəli Suvorov ordeni - (28.01.1943)
  • I dərəcəli Kutuzov ordeni - (27.08.1943)
  • "Moskvanın müdafiəsinə görə" medalı - (1.05.1944)
  • "Stalinqradın müdafiəsinə görə" medalı - (22.12.1942)
  • "Kiyevin müdafiəsinə görə" medalı - (21.06.1961)
  • "Almaniya üzərində qələbəyə görə" medalı - (9.05.1945)
  • "Böyük Vətən müharibəsində (1941-1945) qələbənin iyirmi illiyi" medalı - (7.05.1965)
  • "Könisberqin tutulmasına görə" medalı - (9.06.1945)
  • "Varşavasının azad edilməsinə görə" - (9.06.1945)
  • "Fəhlə-Kəndli Qızl Ordusunun XX illiyi" medalı - (22.02.1938)
  • "Sovet Ordusu və Donanmasının 30 illiyi" medalı - (22.02.1948)
  • "SSRİ Silahlı qüvvələrinin 40 illiyi" medalı - (18.12.1957)
  • "SSRİ Silahlı qüvvələrinin 40 illiyi" medalı - (26.12.1967)
  • "Moskvanın 800 illiyi" xatirə medalı - (12.06.1947)
  • Üzərində SSRİ-nin Dövlət gerbi olan fəxri silah - (1968)

Biblioqrafiya

  • Рокоссовский К. К. Солдатский долг. — М.: Воениздат, 1997. — (Полководцы Великой Отечественной)
  • Рокоссовский К. К. На Берлинском и Восточнопрусском направлениях. // Военно-исторический журнал. — 1965. — № 2.
  • Рокоссовский К. К. Севернее Берлина. // Военно-исторический журнал. — 1965. — № 5.
  • Рокоссовский К. К. На Волоколамском направлении. На северных подступах к столице. // Военно-исторический журнал. — 1966. — № 11—12.
  • Рокоссовский К. К. Победа на Волге. // Военно-исторический журнал. — 1968. — № 2.
  • Рокоссовский К. К. На Центральном фронте зимой и летом 1943 года. // Военно-исторический журнал. — 1968. — № 6.
  • Рокоссовский К. К. Письмо главному редактору «Военно-исторического журнала» В. А. Мацуленко. // Военно-исторический журнал. — 1992. — № 3.
  • Кардашов В. И. Рокоссовский. — 3-е изд. — М.: Мол.гвардия, 1980. — (Жизнь замечательных людей)
  • Соколов Б. В. Рокоссовский. — М.: Мол. гвардия, 2010. — (Жизнь замечательных людей)
  • Носкова А. Ф. К. К. Рокоссовский в Польше. 1949—1956 гг.:неизвестные страницы биографии / Studia polonica. К 70-летию Виктора Александровича Хорева.- М.: «Индрик», 2002.
  • Маршал двух народов. Варшава:, 1980.
  • Юрий Лубченков «100 великих полководцев Второй мировой», 2010 г.

Filmlər

  • ЦСДФ (РЦСДФ). Полководцы. 1988. 59 minutes in.
  • 1949 — Bədii film "Stalinqrad döyüşü" — Rokosovski rolunun ifaçısı - SSRİ xalq artisti Livanov Boris Nikolayeviç
  • 1972 — kinoepopeya "Azadlıq" — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Vladlen Davıdov.
  • 1977 — kinoepopeya - "Azadlıq əsgərləri — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Vladlen Davıdov.
  • 1985 — kinoepopeya "Moskva uğrunda döyüş" - Rokosovski rolunun ifaçısı — RSFSR xalq artisti Aleksandr Qoloborodko.
  • 1990 — Bədii film "Stalinqrad" — Rokosovski rolunun ifaçısı - RSFSR xalq artisti Aleksandr Qoloborodko.
  • 1994 — Teleserial "Əsrin faciəsi" - Rokosovski rolunun ifaçısı — RSFSR xalq artisti Vladlen Davıdov.

Həmçinin bax

Vikianbarda Konstantin Rokossovski ilə əlaqəli mediafayllar var.


Sovet İttifaqı Marşalları
Kliment Voroşilov • Mixail Tuxaçevski • Aleksandr Yeqorov • Semyon Budyonnı • Vasili Blyuxer • Semyon Timoşenko • Qriqori Kulik • Boris Şapoşnikov • Georgi Jukov • Aleksandr Vasilevski • İosif Stalin • İvan Konev • Leonid Qovorov • Konstantin Rokossovski • Rodion Malinovski • Fyodor Tolbuxin • Kirill Meretskov • Lavrenti Beriya • Vasili Sokolovski • Nikolay Bulqanin • Hovannes Baqramyan • Sergey Biryuzov • Andrey Qreçko • Andrey Yeryomenko • Kirill Moskalenko • Vasili Çuykov • Matvey Zaxarov • Filipp Qolikov • Nikolay Krılov • İvan Yakubovski • Pavel Batitski • Pyotr Koşevoy • Leonid Brejnev • Dmitri Ustinov • Viktor Kulikov • Nikolay Oqarkov • Sergey Sokolov • Sergey Axromeyev • Semyon Kurkotkin • Vasili Petrov • Dmitri Yazov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Rokossovski haqqında məlumat. Konstantin Rokossovski nədir? Konstantin Rokossovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Başqırdıstan gerbi

  • Fevral 27, 2026

    Düşüncə

  • Fevral 27, 2026

    Sparama

  • Fevral 27, 2026

    Kokos adaları

  • Fevral 24, 2026

    Paleogen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst