Konstantin Kapıdağlı və ya Kapıdağlı Konstantin (Κωνσταντίνος Κυζικηνός Konstandinos Kizikinos) — XVIII əsrin 2-ci yarısı və XIX əsrin 1-ci yarısında yaşamış Yunan əsilli Osmanlı rəssamıdır.
| Konstantin Kapıdağlı | |
|---|---|
| Doğum tarixi | XVIII əsr |
| Vəfat tarixi | XIX əsr |
| Fəaliyyəti | rəssam |
| Janr | portret |

Konkret dünyaya gəldiyi zaman haqqında heç bir məlumat mövcud deyildir. Onun ilk rəsm əsərlərində kişi və qadın təsvirlərinə yer ayrılmışdır. Bu əsərləri hal-hazırda Topqapı sarayında nümayiş etdirilir. Konstantin 1789-cu ildə III Səlimin taxtaçıxma mərasimi adlı rəsm əsərini və 1803-cü ildə isə III Səlimin (təsbehli) portretini çəkmişdir.
III Səlimin sifarişi ilə Kapıdağlı tərəfindən hazırlanmış olan portretlər silsiləsi (Kapıdağlı seriyası) hal-hazırda da Topqapı Saray Muzeyində mühafizə olunur.
Konstantinin konkret ölüm tarixi də məlum deyildir.

Kapıdağlı kolleksiyası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Kapıdağlı haqqında məlumat. Konstantin Kapıdağlı nədir? Konstantin Kapıdağlı nə deməkdir?