Kokuci (国字, こくじ?, hərf. "Milli simvollar") və yA Vasey-kanci (和製漢字, わせいかんじ?, hərf. "Yaponiya tərəfindən yaradılmış kancilər") — yapon dilində Çin dilindən götürülməmiş, Yaponiyada yaradılmış kancilər. Çox vaxt mövcud heroqliflərin birləşdirilməsi yolu ilə yaradılırlar, lakin bu birləşmələr Çin dilində rast gəlinmir.
Kokuci adətən yapon dilində olan sözlər üçün hazırlanmış olduğuna görə, əsasən yalnız yapon oxunuşu olan kunyomi ilə istifadə olunur, lakin bəzən onların çincə tələffüzdən törəyən onyomi oxunuşu da mövcuddur. Məsələn, 働 (dō, hərf. "iş") heroqlifi 動 (dō, hərf. "hərəkət etmək") heroqlifindən on’yomi oxunuşunu almışdır. Nadir hallarda kokuci yalnız onyomi oxunuşuna malik olur. Kokucinin çoxu semantik birləşmələrdən ibarətdir. Bu, Çin kancilərindən fərqlidir. Çin kanciləri adətən fono-semantik birləşmələr olur və fonetik elementi semantik elementlə birləşdirir. Kokucidə fonetik element adətən mövcud olmadığı üçün yalnız semantik birləşmə üsulu istifadə olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kokuci sözünün mənası, kokuci haqqında məlumat. kokuci nədir? kokuci nə deməkdir?