Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kodein (metilmorfin) — tiryəkin əsas alkaloidlərindən biri olub, tibbdə analgetik, öskürəkkəsici və ishal əleyhinə vasitə kimi istifadə edilir. Tiryəkin tərkibi

Kodein

  • Ana Səhifə
  • Vikipediya
  • Kodein

Kodein (metilmorfin) — tiryəkin əsas alkaloidlərindən biri olub, tibbdə analgetik, öskürəkkəsici və ishal əleyhinə vasitə kimi istifadə edilir. Tiryəkin tərkibində 0,2–2% kodein vardır. Hind tiryəkinin ayrı-ayrı çeşidlərində kodeinin miqdarı 6%-ə çatır. Kodein çox güclü əsasdır, suda, etil spirtində, xloroformda, dietil efirində və duru turşu məhlullarında yaxşı həll olur, qələvi məhlullarda isə həll olmur.

Kodein
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı (4R,4aR,7S,7aR,12bS)-9-methoksi-3-metil-2,4,4a,7,7a,13-heksahidro-1H-4,12-metanobenzofuro[3,2-e]izoquinolin-7-ol
Qısaldılmış adı Codeine
Ənənəvi adı Metilmorfin
Kimyəvi formulu C18H21NO3
Empirik formulu С18H21NO3
Fiziki xassələri
Nisbi mol. kütl. 299,4 а. k. v.
Molyar kütlə 299,4 q/mol
Aqreqat halı ağ rəngli kristallik
Sıxlıq 1,32 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 154 °C
Qaynama nöqtəsi 250 °C
Alışma temperaturu 75 °C
Kimyəvi xassələri
suda həllolma 1 q/100 ml
xloroformda həllolma 0,577 q/100 ml
Təsnifatı
CAS-da qeyd. nöm. 76-57-3
PubChem 5284371
EINECS-də qeyd. nöm. 200-969-1
SMILES
 
  • CN1CCC23C4C1CC5=C2C(=C(C=C5)OC)OC3C(C=C4)O
InChI
 
  • InChI=1S/C18H21NO3/c1-19-8-7-18-11-4-5-13(20)17(18)22-16-14(21-2)6-3-10(15(16)18)9-12(11)19/h3-6,11-13,17,20H,7-9H2,1-2H3/t11-,12+,13-,17-,18-/m0/s1
    OROGSEYTTFOCAN-DNJOTXNNSA-N
ChEBI 16714
ChemSpider 4447447
Toksikologiya
Zəhərliliyi zəhərlidir
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Tarixçəsi

Kodein qədim yunan mənşəli söz olub κώδεια (kṓdeia) "xaşxaş başı" mənasını verir. İlk dəfə 1832-ci ildə Fransız kimyaçı Pierre-Jean Robiquet tərəfindən tiryəkdən ekstraksiya edilərək alınmışdır.

Alınması

Kodein təbii mənbəyi olan tiryəkdən ekstraksiya yolu ilə alınsa da əsasən morfinin o-metilləşəməsi prosesi ilə sintez edilir. Kodeinin morfindən sintezi ilk dəfə 20-ci əsrin sonlarında Robert C.Corcoran və Junning Ma tərəfindən tamamlanmışdır.

İstifadəsi və təsirləri

Kodein tibbdə daha çox əsas, fosfat və sulfat duzu şəklində işlənir. Orqanizmə göstərdiyi təsirə görə morfinə bənzəyir. Ancaq ağrıkəsici təsiri morfinə nisbətən azdır. Kodeinin tənəffüsə mənfi təsiri morfinə nisbətən az dərəcədədir. Kodein mərkəzi sinir sistemində öskürək mərkəzinin oyanma qabiliyyətini azaldır, ona görə də ən çox öskürəkkəsici vasitə kimi tətbiq edilir. Eyni zamanda qeyri-narkotik ağrıkəsicilər analgin, kofein, fenobarbital və digər preparatlarla birlikdə baş ağrılarında, nevralgiyalarda və s. hallarda təyin olunur. Kodein həm lokal, həm də mərkəzi təsir mexanizmi vasitəsilə bağırsaq hərəkətliliyini azaldaraq ishalın qarşısını alır. Kodein molekulunda fenol hidroksilinin hidrogen atomu metil qrupu ilə əvəz olunduğu üçün onun toksik təsiri morfinə nisbətən azdır. Ancaq baş beyinin orta şöbəsini morfinə nisbətən daha güclü iflic edir. Kodeinin toksik dozası onurğa beyinə təsir etməklə qıcolma əlamətləri törədir. Doza aşılması zamanı insanda yüksək həyəcan, hipotansiyon, mioz, yavaş nəbz, taxikardiya, dərinin qızarması, qulaqlarda küyün əmələ gəlməsi, əzələ zəifliyi , qan dövranının çökməsi və tənəffüs iflicinə səbəb ola bilər. Oral yolla toksiki dozası 12 mq/kq — dır. Kodein tez-tez, təkrar olaraq orqanizmə qəbul edildikdə ona qarşı asılılıq yaranır. Kodein bədəndə bir neçə yolla metobolizm prosesinə məruz qalır. Onun bir hissəsi bədəndə qlükuror turşusu ilə birləşir və qlükuronid şəklində sidiklə xaric olur. Kodeinin digər hissəsi isə o-demetilləşməyə uğrayır və morfin əmələ gəlir, bir qismi isə N-demetilləşmə nəticəsində norkodeinə çevrilir. Əmələ gələn hər iki maddə — morfin və norkodein qlükuronid şəklində sidiklə bədəndən atılır. Kodeinin az bir hissəsi sidiklə dəyişməz halda xaric olur. Kodein qana düşdükdən 6 saat sonra onun 2/3 hissəsi orqanizmdən uzaqlaşır, 24 saatdan sonra isə tamamilə bədəndən xaric olur.

Həmçinin bax

Morfin, tebain, papverin. Alkaloidlər. Narkotiklər. Heroin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kodein sözünün mənası, kodein haqqında məlumat. kodein nədir? kodein nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ballıca

  • Fevral 27, 2026

    Burun sümüyü

  • Mart 02, 2026

    Kulyaş Bayseyitova

  • Fevral 27, 2026

    İnsan qurbanı

  • Fevral 27, 2026

    Karen Horni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst