Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir

Koa

  • Ana Səhifə
  • Vikipediya
  • Koa

Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır.

Koa
Aid olduğu milli mətbəxlər
Kamal paşa şirniyyatı[d]
Mənşəyi
  •  Hindistan
Tərkibi
Əsas
  • süd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hazırlanması

Nepalda koa satıcısı

Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir. Yanmanın qarşısını almaq üçün ideal temperatur təxminən 80 °C-dir (180 °F). Koanın daha tez hazırlanmasının digər üsulu yağsız südə tam yağlı quru südü əlavə edib bərkiyənədək qarışdırmaq və qızdırmaqdır. Lakin sonuncu hazırlanma qaydası koanın ənənəvi hazırlanma üsulu olmadığından eyni dadı verməyə bilər.

Adətən koa ağ və ya solğun sarı rəngdə olur. Qışda hazırlandıqda yayda istifadə edilmək üçün saxlanıla və bu zaman saxlandığı qabın (zərərsiz halda) təsiri ilə yaşıl çalar və dən-dən görüntü alına bilər. Belə koa hariyali (yaşıl koa) adlanır və adətən koanın daha çox bişirildiyi reseptlərdə (məsələn, gülab camun hazırlanarkən) istifadə olunur. Soyuducunun meydana gəlməsi ilə hariyali istehsalı azalmışdır.

Növləri

Maysurda südlü koa satışı

Koanın müxtəlif növləri var. Tərkibindəki suyun miqdarından asılı olaraq təsnif olunur:

  • Batti "qaya" deməkdir, kütləsinin 20%-ni su təşkil edir. Ən bərk koa növüdür. Pendir kimi rəndələnə bilər. 1 ilə qədər saxlanılarsa, özünəməxsus ətri və səthində kif yaranır.
  • Çikna ("sürüşkən" və ya "əzilən") koanın 50%-i sudan ibarətdir.
  • Daanedaar taxıl çeşididir. Hazırlanması zamanı süd qaynayarkən qatılaşır. Orta sululuğa malikdir. Kalakand, qourd barfi və digər şirniyyatlar hazırlanarkən istifadə edilir. It is used for preparing kalakand, gourd barfi and other sweets.
  • Pindi quru koadır. Barfi və peda hazırlanması zamanı istifadə olunur.
  • Dhap az quru versiyasıdır. Gülab camun və pantua hazırlanması üçün istifadə edilir.

Həmçinin bax

  • Koa da daxil olmaqla bir sıra süd məhsulları barədə məlumatları özündə əks etdirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sənədi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koa haqqında məlumat. Koa nədir? Koa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Sofokl

  • Mart 01, 2026

    Bakı yeparxiyası

  • Fevral 27, 2026

    Norveç gerbi

  • Fevral 27, 2026

    Aeroport

  • Fevral 27, 2026

    Space TV

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst