Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili

Kleopatra iynəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Kleopatra iynəsi

Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib.

Kleopatra iynəsi
Cleopatra's Needle
Ölkə  Böyük Britaniya
Şəhər London
Yerləşir Vestminster borosu
Tikilmə tarixi E. ə. II minilliyin ortaları
Üslubu Qədim Misir memarlığı
51°30′30″ şm. e. 0°07′13″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır. XIX əsrin əvvəlində abidə baxımsız qalmış və quma batmışdır.

Misir hakimi Məhəmməd Əli tərəfindən eqiptomaniyanın ən qızğın çağında, 1819-cu ildə vitse admiral Nelsonun Əbukir dəniz döyüşündə və general Eberkrombinin 1801-ci il İsgəndəriyyə qələbəsini qeyd etmək üçün britaniyalılara hədiyyə edilmişdir. 1877-ci ildək, cərrah Erazmus Vilsonun şəxsi hesabından obeliskin Böyük Britaniyanın paytaxtına aparılması üçün pul ayırana qədər, İsgəndəriyyədə qalmışdır.

Obeliski dəmir silindirin içinə saldılar və xüsusi konstruksiya olunmuş "Kleopatra" gəmisinə yükləyib, 1877-ci ilin sentyabrında paroxodla yedək götürdülər. Biskay Körfəzində üzən zaman gəmi tufana düşür və 6 dənizçi həlak olur. 1878-ci il yanvarın 21-də obelisk Londona çatır. İlkin planda onun Britaniya parlamentinin sarayı önündə qoymaq planlaşdırılırdı. 1878-ci il 12 sentyabrda onu Viktoriya sahilində qoydular. Ətrafında tuncdan tökülmüş və üzü obeliskə tərəf olan Sfinks heykəlləri yerləşdirilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kleopatra iynəsi sözünün mənası, kleopatra iynəsi haqqında məlumat. kleopatra iynəsi nədir? kleopatra iynəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elektron imza

  • Mart 02, 2026

    Məhəmməd Bürcəliyev

  • Mart 06, 2026

    Abdulla Muxtarov

  • Fevral 27, 2026

    Reqressiya analizi

  • Mart 06, 2026

    Hello, world!

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst