Abdulla İbrahim oğlu Muxtarov (24 dekabr 1918, Saxur, Dağıstan MSSR – 17 may 2013)— Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.
| Abdulla Muxtarov | |
|---|---|
| azərb. Abdulla İbrahim oğlu Muxtarov | |
![]() Abdulla Muxtarov | |
| Doğum tarixi | |
| Doğum yeri | Dağıstan Muxtar Respublikası, Rutul rayonu, Saxur kəndi |
| Vəfat tarixi | |
| Vətəndaşlığı | |
| Milliyyəti | Saxur |
| Elm sahəsi | fizika |
| Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru. Professor |
| İş yeri | Bakı Dövlət Universiteti |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
24 dekabr 1918-ci ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Milliyətcə saxurdur.
Bakı Dövlət Universitetinin professoru, Evli idi. İki övladı var. 17 may, 2013-cü ildə vəfat edib.
Təltif və mükafatlar
- "Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı" — 1969;
- "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı — 1970;
- "1974-cü il sosialist yarışının qalibi" — 1974;
- "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı — 1975
- "Şərəf nişanı" ordeni — 1978;
- "SSRİ-nin təhsil əlaçısı" medalı — 1980;
- "Əmək veteranı" medalı — 1981;
- Azərbaycanın Əməkdar Elm Xadimi — 1992;
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 1998;
- BDU-nun "Xatirə" medalı — 1998
Kitabları
- Statistik fizika (1961)
- Kvant mexanikası (1999)
Elmi əsərləri
Xarici ölkələrdə 50-yə yaxn elmi əsəri çap edilmişdir. Əsas elmi nailiyyətləri aşağıdakılardır:
- Elmi rəhbərimlə birgə (Sokolov A. A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-ci il).
- Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il).
- Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam.
- Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin propaqatorlarını qurmuşam.
- Bu əsasda ete- dəstələrinin fermionlara, adronlara, bozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır.
- Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan Z-bozondan əlavə Z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abdulla muxtarov sözünün mənası, abdulla muxtarov haqqında məlumat. abdulla muxtarov nədir? abdulla muxtarov nə deməkdir?
