Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sumire Uesaka (上坂すみれ, Uesaka Sumire?, 19 dekabr 1991, Kamakura, Kanaqava prefekturası) – Yaponiya seyyusu və müğənnisi. 2012-ci ilə seyyu kimi, 2013-cü ildə müğ

Sumire Uesaka

  • Ana Səhifə
  • Vikipediya
  • Sumire Uesaka

Sumire Uesaka (上坂すみれ, Uesaka Sumire?, 19 dekabr 1991, Kamakura, Kanaqava prefekturası) – Yaponiya seyyusu və müğənnisi. 2012-ci ilə seyyu kimi, 2013-cü ildə müğənni kimi debüt etmişdir. Ruspərəstliyinə və animelərdə səsləndirdiyi rus personajlarına görə tanınır.

Sumire Uesaka
yap. 上坂すみれ
Doğum tarixi 19 dekabr 1991(1991-12-19) (34 yaş)
Doğum yeri
  • Kamakura, Kanaqava prefekturası, Yaponiya
Təhsili
  • Sofiya Universiteti (2010–2014)
Fəaliyyəti seyyu, müğənni, tarento[d], radioaparıcı[d], televiziya prodüseri[d], boyakar[d]
Fəaliyyət illəri 2009-cu ildən
voicekit.jp/talent/uesak…
king-cr.jp/artist/uesaka…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Karyerası

Sumire Uesaka 1991-ci ildə Kanaqava prefekturasından doğulmuşdur. 9 yaşında ingilis dili üzrə EIKEN imtahanından qayıdanda "Space Craft Junior Commercial Talent" agentliyi tərəfindən kəşf edilmişdir. Lisey illərində izlədiyi "Nurse Witch Komugi" animesində baş qəhrəmanı səsləndirən Haruko Momoidən təsirlənərək seyyuluqla maraqlanmağa başlamışdır. 2012-ci ildə seyyu kimi debüt etmişdir. 2013-cü ildə ilk sinqlı olan "Nanatsu no Umi yori Kimi no Umi" mahnısını buraxmışdır. 2016-cı ildə "Ən yaxşı yeni qadın seyyu" kateqoriyası üzrə Seyyu Mükafatının qalibi olmuşdur.

Uesaka rus dili təhsili aldığı üçün animelərdə bir sıra rus personajları səsləndirmişdir. 2012-ci ildə "Girls und Panzer" animesinin rus personajı Nonnanı səsləndirmiş, anime üçün "Katyuşa" mahnısının bir versiyasını ifa etmişdir. 2013-cü ildə Moskvada keçirilən "J-Fest" tədbirinin qonağı olmuşdur. O, 2024-cü ildə yayımlanmağa başlayan "Alya Sometimes Hides Her Feelings in Russian" anime serialının baş qəhrəmanı Alyanı səsləndirir. Uesaka personajın rus dilindəki dialoqlarını daha şirin səsləndirmək üçün rus dili üzrə supervayzerlə məsləhətləşmişdir.

Şəxsi həyatı

Uesaka Rusiya mədəniyyətinə və dilinə böyük marağı var. Liseyin birinci sinfində oxuyarkən internetdən dinlədiyi SSRİ himnindən təsirlənmiş və Rusiya ilə maraqlanmağa başlamışdır. O, Sofiya Universitetinin rusşünaslıq kafedrasına daxil olmuş, rus dilində teatr sənətini öyrənmək üçün Moskvaya getmişdir. Uesaka müsahibələrinin birində fəaliyyəti ilə Rusiya və Yaponiya xalqlarını yaxınlaşdırmaq istədiyini bildirmişdir. Əsas arzularından birinin Rusiya cizgi filmində çıxış etmək olduğunu açıqlamışdır. 2014-cü ilin martında universitetdən məzun olmuşdur. O, öz fanatlarını "yoldaşları" adlandırır. Onun rəsmi fanat klubu "Kolxoz soğan tarlası" (コルホーズの玉ねぎ畑?) adlanır.

Uesakanın CD kolleksiyası var, 1980-ci illərin texno-pop və metal-rok musiqisinə qulaq asmağı sevir. Müsahibələrin birində Akina Nakamorinin fanatı olduğunu bildirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sumire uesaka sözünün mənası, sumire uesaka haqqında məlumat. sumire uesaka nədir? sumire uesaka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mirəli Qaşqay

  • Fevral 26, 2026

    Levkipp

  • Fevral 27, 2026

    Siffeyn döyüşü

  • Fevral 27, 2026

    Xınıslı

  • Mart 06, 2026

    Skande

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst