Kiçik ağdiş (lat. Crocidura suaveolens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü.
| Kiçik ağdiş | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Klad: Klad: Klad: Klad: Klad: Choanozoa Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Klad: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Dəstə: Fəsilə: Yereşənlər Yarımfəsilə: Ağdişlər Cins: Növ: Kiçik ağdiş | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Xarici quruluşu
Kütləsi 4,8-10,2 qram, bədəninin uzunluğu 57,8-69,8 mm, quyruğu 34,8-40,0 mm,pəncəsi 11,0-12,1 mm-ə çatan xırda heyvanlardır.
Yayılması
İspaniyadan Koreya yarmadasına qədər Paleoarktikanın geniş ərazilərində yayılmışdır. Azərbaycanda az sayda fərdlər Kiçik və Böyük Qafqazda, Lənkəran və Kür-Araz ovalıqlarında rast gəlinir. Meşələrdə, meşə çöllərdə, yarımsəhralarda yaşayır.
Həyat tərzi
Apreldən oktyabrın sonuna qədər çoxalır. Əksər dişilər bir mövsüm ərzində 2-3 nə-sil verir. Yazda balaların sayı yayda və payızda olduğundan çox olur. Xırda ağdişin əsas yemini böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, qarışqalar, ağcaqanadlar təşkil edir. Müxtəlif zərərli cücüləri məhv etməklə fayda verir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kiçik ağdiş haqqında məlumat. Kiçik ağdiş nədir? Kiçik ağdiş nə deməkdir?
