Kip Torn (1 iyun 1940[…]) — Amerikalı fizik və astronom, ümumi nisbilik nəzəriyyəsi üzrə dünyanın aparıcı mütəxəssislərindən biridir. O, qravitasiya dalğalarının eksperimental aşkarlanmasına görə 2017-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülüb.
| Kip Torn | |
|---|---|
| ing. Kip Stephen Thorne | |
| |
| Doğum adı | Kip Stephen Thorne |
| Doğum tarixi | 1 iyun 1940[…] (85 yaş) |
| Elm sahələri | fizika, astronomiya |
| Elmi dərəcəsi | |
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
O, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1973il) və Rusiya Elmlər Akademiyasının xarici üzvüdür (1999il).
Cazibə qüvvəsi nəzəriyyəsi, astrofizika və kvant ölçmə nəzəriyyəsi üzrə mütəxəssis, Beynəlxalq LIGO cazibə dalğası axtarış layihəsinin qurucularından biri olub.
Həyat yolu
1965-ci ildə Prinston Universitetindən doktorluq dərəcəsi almışdır. 1991-ci ildən Kaliforniya Texnologiya İnstitutunda Feynman professoru, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1972il) və NASA Elmi Şurasının üzvüdür. 2009-cu ildə təqaüdə çıxdı, lakin Kalteksdə Feynman professoru vəzifəsində qalaraq bütün diqqətini ümumi fizika dərsliyi və populyar kitablar üzərində işləməyə verdi.
11 fevral 2016-cı ildə o, qravitasiya dalğalarının kəşfinə həsr olunmuş mətbuat konfransında LIGO əməkdaşlığını təmsil edən dörd alimdən biri oldu.
Cazibə nəzəriyyəsi və yüksək enerjili astronomiya haqqında kitabların müəllifi və redaktorudur. 1973-cü ildə o, Con Uiler və Çarlz Misner ilə birlikdə klassik "Qravitasiya" kitabını yazıb. Ümumi nisbilik nəzəriyyəsi üzrə dərslik-monoqrafiya kitabının həmmüəllifidir.
Mükafatları
- 1983-cü ildə — Silliman Mühazirəsi
- 1992-ci ildə — Rixtmayer Xatirə Mükafatı
- 1996-cı ildə — Karl Şvartsşild Medalı
- 1996-cı ildə- Yuliya Edgar Lilienfeld Mükafatı
- 2009-cu ildə — Albert Eynşteyn Medalı
- 2010-cu ildə — Nils Bor Medalı
- 2016-cı ildə — Fundamental Fizika Mükafatı
- 2016-cı ildə — Qruber Mükafatı
- 2016-cı ildə — Şau Mükafatı
- 2016-cı ildə — Kavli Mükafatı
- 2016-cı ildə — Tomalla Mükafatı
- 2016-cı ildə — Oskar Kleyn Medalı
- 2017-ci ildə — Asturiya Şahzadəsi Mükafatı
- 2017-ci ildə — Fizika üzrə Nobel Mükafatı (1\4 mükafat)
- 2018-ci ildə — Luis Tomas Mükafatı, Rokfeller Universiteti
- 2020-ci ildə — Ceyms Medison Medalı
- 1981-ci ildə — Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri Doktoru .
- 2001-ci ildə Qlazqo Universitetindən fəxri dərəcəyə layiq görülüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kip Torn haqqında məlumat. Kip Torn nədir? Kip Torn nə deməkdir?
