Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kinşasa (ing. Kinshasa; 1966-dək Leopoldvil) — Konqo Demokratik Respublikasının paytaxtı və ən böyük şəhəri. Şəhər Konqo çayının sahilində, Konqo Respublikasını

Kinşasa

  • Ana Səhifə
  • Vikipediya
  • Kinşasa

Kinşasa (ing. Kinshasa; 1966-dək Leopoldvil) — Konqo Demokratik Respublikasının paytaxtı və ən böyük şəhəri. Şəhər Konqo çayının sahilində, Konqo Respublikasının paytaxtı Brazzavil şəhəri ilə üzbəüz yerləşir. Əhalisi 2014-cü ilin hesablamalarına görə 10.125.000 nəfərdir. Ərazisinin 60%-i az məskunlaşmış kənd yerləri olsa da, inzibati bölgüyə əsasən şəhərə aid edilir.

Kinşasa
Kinshasa
Bayraq Gerb
Bayraq Gerb
4°19′19″ c. e. 15°18′43″ ş. u.HGYO
Ölkə
  •  Konqo Demokratik Respublikası
Tarixi və coğrafiyası
Əsası qoyulub 1881
Sahəsi
  • 9.965 ± 1 km²
Mərkəzin hündürlüyü 240 ± 1 m
Əhalisi
Əhalisi
  • 14.565.700 nəf. (2020)
Rəsmi dili
  • fransız dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 0987-, 1
Digər
kinshasa.cd
Xəritəni göstər/gizlə
Kinşasa xəritədə
Kinşasa
Kinşasa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kinşasa Qahirə və Laqosdan sonra Afrikanın üçüncü ən böyük şəhəri hesab olunur.

Tarixi

Kinşasa şəhərinin əsası 1881-ci ildə Afrikanın məşhur tədqiqatçılarından sayılan Henri Morton Stenli tərəfindən ticarət məntəqəsi kimi qoyulmuşdur. Şəhər indiki Konqo Demokratik Respublikasının böyük hissəsinə sahib olan Belçikanın kralı II Leopoldun şərəfinə Leopoldvil adlandırıldı. Şəhər Konqo çayı üzərində Livinqston şəlalələrindən yuxarıda yerləşən ilk gəmi limanı oldu ki, bu da onun inkişafında böyük rola malik idi.

1960-cı ildə Belçika Konqosu Belçikadan müstəqillik qazandı, 1965-ci ildə isə dövlət çevrilişi nəticəsində Mobutu Sese Seko hakimiyyətə gəldi. Onun apardığı afrikalaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, onun ərazisindəki Kinşasa kəndinin adı şəhərə verildi.

1974-cü ildə boks üzrə dünya çempionu adı uğrunda dövrün ən məşhur boksçuları — Məhəmməd Əli və Corc Formen arasındakı qarşılaşma Kinşasada keçirilmişdir. "Cunqlidə gurultu" adını almış bu qarşılaşmada Məhəmməd Əli qalib gələrək ağır çəkidə dünya çempionu adını geri qaytarmışdı.

Qardaşlaşmış şəhərlər

  • Brazzavil, Konqo Respublikası
  • Belçika Brüssel, Belçika (2002)
  • Seneqal Dakar, Seneqal
  • Türkiyə Ankara, Türkiyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kinşasa haqqında məlumat. Kinşasa nədir? Kinşasa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Etnoxronim

  • Fevral 27, 2026

    Rusudan Xoperiya

  • Fevral 27, 2026

    Pekin Universiteti

  • Fevral 27, 2026

    Aleksandr Qlezer

  • Fevral 27, 2026

    Yallı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst