Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keypəşin — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd.

Keypəşin

  • Ana Səhifə
  • Vikipediya
  • Keypəşin

Keypəşin — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən azərbaycanlılar yaşamış kənd.

Tarixi Zəngəzur əraziləri
Gığı dərəsi
Ümumi məlumatlar
Ölkə Ermənistan Ermənistan
Bölgə Mərz: Sünik mərzi
Rayon: Qafan rayonu (1930-1995)
İnzibati mərkəz Qafan
Ləğv edilib 1937
İndiki adı Kefaşen (erm. կեֆաշեն)
Astğaberd (erm. Աստղաբերդ)
Əhalisi 200 nəfər (1988)
57 (Pəyhanla birlikdə) (2011)
Saat qurşağı
  • UTC+04:00
Xəritədə yeri
Keypəşin xəritədə
Keypəşin
Keypəşin

1930–1995-ci illər aralığında Qafan rayonuna daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə yerləşir.

Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, kənd dağıdılmışdır.

Mündəricat

Tarixi

Keypəşin kəndi bir nəslin, yəni Məliklilər tayfasının məskunlaşdığı məkan olub. Tarixi mənbələrə görə, Məlikli tayfası Cənubi Azərbaycandan Qaradağ mahalından köç edib Bərgüşad ərazisində məskunlaşmış, sonradan isə yaylaq yerlərinə çıxmaq məqsədilə Keypəşini seçmişdir.

1727-ci ildə Osmanlı Dövləti tərəfindən tərtib edilmiş "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Keypəşin kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilmişdir. Hal-hazırda Qubadlı rayonu ərazisində yerləşən Xocahan kəndi Səfəvi və Osmanlılar dövründə Bərgüşad adlı mahal, liva kimi inzibati ərazi vahidləri tərkibində idi.

Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi ermənilərin qadağalarına baxmayaraq Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarındakı bir çox kənd kimi Xocahan kəndinin də Gığı dərəsində öz adına yaylağı olub.

Keypəşin camaatının Qubadlı və Zəngilan rayonunun əhalisi ilə çox sıx əlaqələri olmuşdur. Kənd əhalisi mal-qoyunlarını qışda Qubadlı ərazisində saxlayardılar. Keypəşinin yaylaq yerləri çox olduğundan yay aylarında Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının camaatı həm özləri istirahətə gələr, həm də təsərrüfatlarını dağlara gətirərdilər.

Adı

Bəzi mənbələrdə Kepəşen şəklində işlənən toponim Azərbaycan dilində "pilləli qaya" mənasında işlənən "kəp" sözü ilə türk dilində yaşayış məntəqəsi, oba mənası bildirən şenlik sözünün fonetik forması olan "şen" topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

"Şen" topoformantı erməni dilində də eyni mənada oba, kiçik yaşayış məntəqəsi mənasında işlənir.

Coğrafiyası

Keypəşin kəndi Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangöldən 15 km aralı, dəniz səviyyəsindən 2,111 m yüksəklikdə, Gığı dərəsində mənzərəli meşə ətəyində yerləşir. Bir tərəfdən Ordubadın, digər tərəfdən Sisiyanın azərbaycanlılar yaşamış əraziləri ilə sərhəddə idi. Əriməz (3200 m) və Sarımsaxlı dağları kəndin ən uca yüksəklikləridir.

Keypəşin kəndinə ən yaxın, qonşu kənd Pəyhan kəndidir. Keypəşin Gığıçay sahilində Pəyhan və Mahmudlu (Çaykənd) kəndləri arasında yerləşir.

Əhalisi

Keypəşin kəndində 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 136 nəfər, 1956-cı ildə 372 nəfər (?) yaşamışdır.

1918-ci il hadisələri vaxtı kəndi tərk etməli olan azərbaycanlıların geri qayıdışı Ermənistanda sovet hökumətinin qurulmasından sonra — 1922-ci ildə baş tutur.

8 dekabr 1988-ci il tarixində Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyası zamanı bölgənin digər azərbaycanlı əhalisi kimi sonuncu 200 nəfər keypəşinli də kəndi tərk etməli olur. Onlar əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində məskunlaşırlar.

Hal-hazırda Sünik mərzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisində yerləşən kənddə bir neçə evi çıxmaq şərtilə yaşayış yoxdur, kənd tamamilə dağıdılmışdır.

Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Keypəşin kəndində əhalinin sayı
illər 1897 1922 1926 1931 1959 1988
say 68 45 85 136 372 (?) 200

Tayfaları

  • Mirimli tayfası
  1. Əsəduşağı
  2. Nəsiruşağı
  3. İbrahim uşağı
  4. Qasım uşağı
  5. Əmirulla uşağı
  • Cəfər-Qəfərli tayfası
  • Mahmuduşağı tayfası

Qeydlər

  1. Cümləyə istinad göstərilən Çingiz Salmanovun "Qubadlının yer-yurd adları (Mononimləri)" 2018-12-22 at the Wayback Machine adlı kitabında "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"nin 1772-ci ildə tərtib olunduğu yazılsa da, sözügedən "müfəssəl dəftər" Osmanlı Dövləti tərəfindən 1727-ci ildə tərtib olunub. Görünür "1772" yazılması texniki səhvdir, rəqəmlərin yeri dəyişik salınıb.

Həmçinin bax

  • Qafan rayonu
  • Gığı dərəsi
  • Pəyhan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, keypəşin sözünün mənası, keypəşin haqqında məlumat. keypəşin nədir? keypəşin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Xəlfəli

  • Mart 01, 2026

    Vestminster borosu

  • Mart 06, 2026

    Kommelinid

  • Fevral 27, 2026

    Molla Sədra

  • Fevral 27, 2026

    Surət Hüseynov

Trend Mahnılar
  • Mart 07, 2026

    Tacir Rustemov & Gulka Elekberli - İncime 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst