Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ketrin Lenqford (ing. Katherine Langford; 29 aprel 1996, Pert) — Avstraliya aktrisası. Karyerasına müstəqil filmlərə çəkilərək başlayıb. "Netflix" orijinal tele

Ketrin Lenqford

  • Ana Səhifə
  • Vikipediya
  • Ketrin Lenqford

Ketrin Lenqford (ing. Katherine Langford; 29 aprel 1996, Pert) — Avstraliya aktrisası. Karyerasına müstəqil filmlərə çəkilərək başlayıb. "Netflix" orijinal televiziya serialı "13 səbəb"in ilk iki mövsümündə oynadığı Hanna Beyker roluna görə ulduz olub. Bu serialdakı ifasına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ketrin bir çox uğurlu ekran əsərində öz istedadını nümayiş etdirib: "Sevgilərlə, Saymon" (2018), "Bıçaqlar çəkildi" (2019) və "Spontaneous" (2020). Ketrin 2020-ci ildə daha bir "Netflix" istehsalında baş rol ifaçısı olub. "Cursed" (azərb. Lənətli‎) serialında qalıcı təəssürat buraxmağı bacarıb.

Ketrin Lenqford
ing. Katherine Langford
Doğum adı Katherine Anne Langford
Doğum tarixi 29 aprel 1996(1996-04-29) (29 yaş)
Doğum yeri
  • Pert, Qərbi Avstraliya, Avstraliya
Fəaliyyəti aktrisa, yazıçı, kino aktrisası, üzgüçü[d]
Fəaliyyət illəri 2015-ci ildən
Boyu 163 sm
IMDb ID7692698
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ketrin Enn Lenqford 1996-cı il aprelin 29-da Qərbi Avstraliya ştatının paytaxt şəhəri Pertdə anadan olub. Şəhərin ətraf bölgəsi olan Applecross-da boya-başa çatıb. Ketrinin anası Elizabet Lenqford (qızlıq soyadı: Qrin) pediatr, atası Stiven Lenqford isə uçuşla tibbi yardıma çatan həkim və tibbi xidmətlər direktoru kimi çalışıb. Ketrinin kiçik bacısı Cozefin Lenqford da aktrisadır.

Ketrin 2005-ci ildə müəllimi Heidi Lake-dən oxuma dərsləri almağa başlayıb. Bu dərslər zamanı o, klassik, caz və müasir də daxil olmaqla müxtəlif musiqi üslublarında ifalar etməyi öyrənib. Ketrin orta məktəbin son illərində "Perth Modern School"-a qəbul edilib. Orada musiqi və dramaturgiya təhsili almışdır. Ketrin üzgüçülüklə də məşğul olurdu. O, komandasına rəhbərlik edir və şəhərdə keçirilən üzgüçülük yarışlarında yaxşı nəticələr göstərirdi.

Ketrin Lenqford məktəb illərində tibb, siyasət və musiqili teatr kimi bir çox sahələrə maraq göstəmişdir. O, 2012-ci ildə yeniyetmə ikən Ledi Qaqanın "Born This Way Ball" adlı canlı konsertinə getmişdi. Bu nümayiş onu pianoda ifa etməyi öyrənməyə həvəsləndirmişdi. O, yazıb-ifa etdiyi üç mahnısını səsləndirdiyi videosunu internetə yerləşdirib: "I've Got a Crush on Zoe Bosch", "Young and Stupid" və "3 Words". İkinci mahnını 2013-cü ildə Pertdən olan üç yeniyetmənin intihar edərək ölməsindən sonra intihar əleyhinə mahnı olaraq yazmışdır. "Perth Modern" məktəbində oxuduğu son ildə Ketrin üzgüçülük etməyi dayandırır. Bunun əvəzinə o, musiqiyə diqqət yetirir və tamaşalar etməyə başlayır. Ketrin müxtəlif musiqi və dram müsabiqələrində uğurlar qazanır. 2013-cü ildə o, "Hotel Sorrento" adlı məktəb tamaşasında çıxış edib və həmin il məktəbi başa vurub.

Ketrin 2014-cü ildən 2015-ci ilə qədər "Principal Academy of Dance & Theatre Arts"-da musiqili teatr üzrə təhsil alıb. Orada Ketrin "Godspell" adlı tamaşada iştirak edib. 2015-ci ildə o, beş seçilmiş tələbədən biri kimi Milli Dram İncəsənət İnstitutunun (NIDA) Qabaqcıl Aktyorlar Rezidentura proqramında iştirak etmək üçün seçilib. Ketrinə həmçinin Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında da yer verilir. Həmin il o, "Nicholson's Academy of Screen Acting"-ə də qatılıb və 2015-ci ildə "Evita" tamaşasında Xuan Peronun məşuqəsi rolunu oynayıb. Ona Qərbi Avstraliya İfa Sənətləri Akademiyasında aktyorluq üzrə bakalavr proqramında yer təklif edilir. Ketrin 2016-cı ildə təhsilə başlamağı planlaşdırırdı. Lakin o, sonradan proqrama yazılmamağı seçir və peşəkar şəkildə aktyorluğa başlamağa qərar verir.

Filmoqrafiya

Film

İl Adı Rol Qeydlər
2018 Sevgilərlə, Saymon Leah Burke
The Misguided Vesna
2019 Bıçaqlar çəkildi Meg Thrombey
2020 Spontaneous Mara Carlyle

Televiziya

İl Adı Rol Qeydlər
2017–2018 13 səbəb Hannah Baker Baş rol (mövsüm 1 və 2)
2018 Robot Chicken Steffy, Wife, Bride (səsləndirmə) Epizod: "No Wait, He Has a Cane"
2020 Cursed Nimue Baş rol
2022 Savage River Miki Anderson Baş rol

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ketrin lenqford sözünün mənası, ketrin lenqford haqqında məlumat. ketrin lenqford nədir? ketrin lenqford nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Bunkyo

  • Fevral 27, 2026

    Elektroensefaloqrafiya

  • Mart 06, 2026

    Axıncı nahiyəsi

  • Fevral 27, 2026

    Abstraksiya

  • Mart 01, 2026

    Kapitalın dərinləşməsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst