Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nət

Keratit

  • Ana Səhifə
  • Vikipediya
  • Keratit

Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər .

Keratit
XBT-10 H16.
XBT-10-KM H16.9, H16
XBT-9 370
XBT-9-KM 370, 370.9, 370.8
OMIM 148190
DiseasesDB 7150
MeSH D007634
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xüsusiyyətləri

Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.

Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər.

Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən keratitin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır.

Simptomları

  • ağrı
  • görmənin zəifləməsi
  • xəstə gözün qızarması
  • xəstə gözün buynuz qişası parlaq deyil, bulanıq görünür,
  • gözdə yad cismin olması hissi
  • işiqdan qorxmaq
  • gözlərin sulanması
  • blefarospazm (göz qapaqlarının spazmşəkilli sıxılması)

Səbəbləri

  • "quru göz" sindromu. Bu sindromun inkişafı göz qapaqları xəstəlikləri, A vitamininin  çatışmazlığı, göz yaşların ifrazının pozulması, qadınlarda klimaks, bəzi dərman preparatlarının qəbulu nəticəsində mümkündür.
  • gözdə yad cismin olması
  • güclü işıq mənbəyinin uzun müddət ərzində təsiri (məsələn, qaynaq zamanı)
  • allergiya
  • kontakt linzaların düzgün taxılmaması
  • yerli hormonal preparatların tətbiqi
  • göz travmaları
  • viruslar (adenovirus, sadə herpes virusu). Keratitin əsas səbəbi sadə herpes virusu sayılır. İnsanların əksər hissəsi sadə herpes virusunun daşıyıcılarıdır. Lakin keratit hamıda inkişaf etmir. Virus immun sisteminin zəifləməsi zamanı aktivləşir. Bu zəifləməsinin səbəbi soyuqlama, stress və s. ola bilər.
  • bakteriyalar (stafilokokk, streptokokk və s.)
  • göbələk infeksiyaları
  • cərrahi əməliyyatların ağırlaşmaları.

Müalicəsi

Keratitin müalicəsi onun səbəbindən asılıdır. Bəzi hallarda dərmanlar kömək etmədikdə cərrahi əməliyyat tətbiq oluna bilər.

Həmçinin bax

  • Göz xəstəlikləri
  • Konyunktivit

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keratit haqqında məlumat. Keratit nədir? Keratit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xuan Musso

  • Fevral 27, 2026

    Şistlər

  • Fevral 27, 2026

    Çao

  • Mart 01, 2026

    Odens

  • Fevral 27, 2026

    Nativizm

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst